Serbiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Koordinatlar: 44°14′00″ şm. e. 20°53′00″ ş. u. / 44.23333° şm. e. 20.88333° ş. u. / 44.23333; 20.88333

Serbiya Respublikası
Република Србија / Republika Srbija
Serbiya bayrağı Serbiya gerbi
Bayrağı Gerbi
Şüar: Само слога Србина спасава / Samo sloga Srbina spasava
(Serbləri yalnız birlik qurtarır)
Himn: Боже правде / Bože pravde
Serbiya – xəritədə yeri
Paytaxt Belqrad
Böyük şəhərlər Belqrad-1.135 min sakin(2011-ci il), Novi Sad, Niş, Kraquyevats, Subotitsa
Rəsmi dil serbcə
Etnik qruplar 83.32 % serb, 3.53 % macar, 2.05 % qaraçı, 2.02 % boşnak, 0.81 % xorvat, 8.27 % digər.[1]
İdarəetmə forması Parlamentli respublika
Prezident Tomislav Nikoliç [31.V.2012~
Baş nazir Aleksandr Vuçiç [22.IV.2014~
Ərazi
• Ümumi

77 474 km² (117-ci yer)
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (2011)
Əhali sıxlığı

7 920 min[2] nəfər (93[3])
7 186 862[1] nəfər
102 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$95,5 milyard  (85 yer)
$13 300  (116-cı yer yer)
İnsan inkişafı indeksi (2013) 0,769  (yüksək) (64)
Pul vahidi dinar (RSD)
Saat qurşağı UTC+1 (UKV)
İnternet domeni .rs
Telefon kodu +381

Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə BolqarıstanRumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və HerseqovinaMonteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır.

Tarixi[redaktə | əsas redaktə]

Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı RomaKonstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü. XIX əsrin əvvəlində baş vermiş Serbiya İnqilabı nəticəsində Serbiya konstitusiyalı monarxiyaya sahib müstəqil dövlətə çevrildi və Balkan yarımadasında feodalizmi qadağan edən ilk dövlət oldu. Birinci dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya Voyvodina və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurur. Yuqoslaviya Monteneqronun 2006-cı ildə ondan ayrılmasına qədər müxtəlif formalarda mövcud olur. 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf ölkədir, Avropa Birliyinə görmək üçün danışıqlar aparır.

Coğrafiyası[redaktə | əsas redaktə]

Serbiyanın ərazisi 88.361 kvadrat km-dir (Kosova daxil olmaqla) və bu göstəriciyə görə dünyada 113-cü yeri tutur. Sərhədlərinin ümumi uzunluğu 2027 kilometrdir (115 km Albaniya ilə, 302 km Bosniya və Herseqovina, 318 km Bolqarıstan, 241 km Xorvatiya, 151 km Macarıstan, 221 km Makedoniya Respublikası, 203 km Monteneqro və 476 km Rumıniya ilə). Serbiyanın şimal hissəsi Palloniya düzənliyindən ibarətdir. Ölkənin cənub hissəsi isə dağlıq ərazilərdir.

Əhalisi[redaktə | əsas redaktə]

Serbiyanın etnik xəritəsi
Voyevodinanın etnik xəritəsi

2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 7.498.001 nəfərdir.[4] 2011-ci il siyahıya almanın nəticələrinə görə Serbiyanın əhalisi (Kosovanı çıxmaqla) 7.186.862 nəfər olub. Serbiya 1990-cı illərin əvvəlindən başlayaraq kəskin demoqrafik böhran keçirir. Ölüm səviyyəsi doğumu üstələyir. Serbiya dünyada əhalisi ən sürətlə azalan 8-ci ölkədir. Serbiya həmçinin əhalisinin orta yaşı 42,2 olmaqla dünyanın 10 ən yaşlı ölkəsi sırasındadır. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə idi. Yuqoslaviya müharibələri nəticəsində bura 1 milyona yaxın qaçqən gəlmişdi, onların çoxusu Xorvatiyadan, az bir hissəsi isə Bosniya və Herseqovinadan qovulmuşdular. Bundan başqa həmin illərdə Serbiyanı 300.000 insan tərk elədi, onların 80%-i ali təhsilə sahib idi.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Serbiya iqtisadiyyatının strukturunda kənd təsərrüfatı 11,2 faiz, sənaye 18,7 faiz, xidmət sahəsi 70 faiz (2011).

İl ÜDM, milyard ABŞ dolları Əhalinin hər nəfərinə ÜDM, ABŞ dolları Dünya ÜDM-də payı, % ÜDM-nin artım templəri, %
2000 8.7 858 0.27 79.1
2001 11 1092 0.34 126.4
2002 15 1498 0.45 136.4
2003 20 2010 0.53 133.3
2004 24 2425 0.57 120
2005 25 2537 0.55 104.2
2006 29 2948 0.58 115
2007 39 3966 0.70 134.5
2008 48 4878 0.78 123.1
2009 40 4061 0.69 83.3
2010 38 3856 0.60 95
2011 41 5571 0.58 107.9

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 Републички завод за статистику Србије: Попис становништва, домаћинства и станова у Републици Србији 2011
  2. Републички завод за статистику Србије: Подаци: Актуелни показатељи Република Србија
  3. Central Intelligence Agency - CİA - The World Factbook: Country comparison: Population
  4. Statistical Office of the Republic of Serbia : Population according to the Census, 2002

Həmçinin bax[redaktə | əsas redaktə]