22 may
Vikipediya, açıq ensiklopediya
Aprel – May – İyun | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
22 may — Qriqorian təqvimi ilə ilin 142-ci (uzun illərdə 143-cü) günü.
Mündəricat
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
Dünyada olan hadisələr[redaktə | əsas redaktə]
- 1766 - İstanbulda güclü zəlzələ olub
- 1856 - Moskvada Tretyakov qalereyasının açılışı olub
- 1908 - Rayt qardaşları təyyarəni patentləşdirib
- 1914 - Britaniya Fars körfəzində neft məsələlərini idarə etmək hüququ əldə edib
- 1927 - Çinin Ksininq əyalətində zəlzələ 200 000 insanın həyatına son qoyub
- 1939 - Almaniya və İtaliya arasında "Dəmir Paktı" adlanan müqavilə imzalanıb.
- 1940 - Sosialist Əməyi Qəhrəmanı fəxri adı təsis edilib
- 1967 - Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub
- 1972 - Riçard Nikson SSRİ-yə səfərə gəlib və tarixə Sovet İttifaqına gələn ilk ABŞ prezidenti kimi düşüb
- 1990 - Şimali və Cənubi Yəmən birləşib
- 1990 - Prezident Ayaz Mütəllibovun fərmanı ilə 28 May “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilib
- 1995 - Azərbaycan Respublikası Laos ilə diplomatik əlaqələr qurub
- 1996 - Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurub
- 2006 - Cənubi Azərbaycanın böyük şəhərlərində mətbuatda türkdilli əhalini təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib.
Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]
- 1995 — Azərbaycan Respublikası Laos ilə diplomatik əlaqələr qurmuşdur.
- 1996 — Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurmuşdur.
- 2006 — Cənubi Azərbaycannın böyük şəhərlərində İran qəzetlərindən birində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib.
Doğumlar[redaktə | əsas redaktə]
- 1859 - Artur Konan Doyl, görkəmli şotland yazıçısı.
- 1918 - Mehdi Məmmədov, Azərbaycanın xalq artisti.
- 1922 - Müğənni Sara Qədimova anadan olub
- 1928 - Nadir Qasımov, Azərbaycanın xalq rəssamı.
- 1937 - Aqşin Əlizadə, bəstəkar, Azərbaycanın xalq artisti.
- 1955 - Rəhman Əşrəfov, 20 yanvar şəhidi.
Ölümlər[redaktə | əsas redaktə]
- 1885 - Fransız yazıçı Viktor Hüqo vəfat edib
- 337 - Roma imperatoru I Konstantin
Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]
- Beynəlxalq biomüxtəliflik günü (1992).
Aylar | |
---|---|