Saving page now... http://ideacampaign.org/az/qafqaz_biom%C3%BCxt%C9%99lifliyi_sammiti_.html As it appears live September 24, 2020 5:53:55 PM UTC
Tamamlanmış layihələr

Qafqaz Biomüxtəlifliyi Sammiti

Giriş

7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.

Təsvir və Konsepsiya

Konfransın məqsədi pişik mütəxəssislərini, tədqiqatçıları və biomüxtəliflik sahəsində çalışan insanları bir araya toplayaraq böyük ikonik heyvanların qorunmasını müzakirə etmək, bilik və təcrübələri bölüşməkdir.

 

Sammit Bakıda müasir avadanlıqla təchiz edilmiş Heydər Əliyev Mərkəzinin auditoriyasında keçirilmişdir. Zaha Hadidin layihəsi olan bu bina artıq dünyanın ən mühüm müasir binalarından biri hesab olunur.

 

İştirakçılar dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, əsas beynəlxalq ekoloji QHT-lərin nümayəndələrindən, Qafqaz regionundakı tərəfdaşlardan və yerli akademiklərdən ibarət olmuşdur.

 

Sammitdən sonra nümayəndələrin, Azərbaycanın müxtəlif landşaftları və ekosistemləriilə tanış olmaq üçün maraqlı ekspedisiyasında iştirak etmək imkanları olmuşdur. 

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul