Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun
29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə
Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə
yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə
Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin
Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü
idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa
başladığı rol Çingiz Mustafayevi islahtçı-novator
lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü
başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu.
O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında
reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız
Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi.
Onun reportajları informasiya blokadasında olan
Azərbaycan haqqında gerçəkliklərin Amerika və
Avropanın aparıcı teleagentlikləri və televiziyalarına
yol tapdı. Dövlət televiziyasında mövcud olan
senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş
fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə
də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi
muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı
oldu. Onun reportajları bir qayda olaraq cəbhədən
olduğuna görə 215 kl studiyasını da tamaşaçılar
məhz müharibədn məlumat verən telequrum kimi qəbul
edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn
1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini
yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən
operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi
reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda
gedən siyasi proseslər barədə ətraflı informasiyalar
onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz
Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı
ilə tanış olsa da, dünya onu daha çox Xocalıda
çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz
bu filmi ilə Ermənistanın imici bütün dünyada
ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına
yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir
əskər, bir zabit və hətta bir komandan kimi çox
vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan
əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin
və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi
təqdirdə Çingizin emosional davranışı ən yeni
teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq
cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci
ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində
çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak
olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm
də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli
Qəhrəmanıdır.
|
|