AZERUSENG


Qobustanda təməlqoyma mərasimi



Prezident İlham Əliyev Mərəzə qəsəbəsində yeni tikilmiş
Ticarət mərkəzi ilə tanış olmuşdur

Dövlətimizin başçısına məlumat verildi ki, 3 hektar sahəni əhatə edən Ticarət mərkəzinin inşasına 2007-ci ilin aprelində başlanılmış və 6 ay ərzində işlər tamamlanmışdır. “Qobustan Holding” şirkəti tərəfindən inşa edilmiş Ticarət mərkəzi 3 bölmədən ibarətdir.

Qobustan rayonunun Mərəzə qəsəbəsində Olimpiya İdman Mərkəzinin təməlqoyma mərasimi

Prezident İlham Əliyev Mərəzə qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın açılış mərasimində iştirak etmişdir

YERLİ İCRA HAKİMİYYƏTİ HAQQINDA ƏSASNAMƏ
Bu Əsasnamə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir.

İqtisadiyyatı
Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.

İqlimi
İnzibati rayon ərazisində iqlim: yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Xəzri küləkləri (şimal-şərq) tez-tez əsir, şərq və cənub –şərq tərəfdən isti küləklər əsməsində təsadüf edilir.

Təbiəti
Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur.


  
Şrift ölçüsü:  11px13px15px17px
09:50 / 09.05.2008
Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılsın, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilsin, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılsın.

Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilsin, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 aprel 2008-ci il.


 

Back   Print   Top  

- Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
"...Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir..."    

- QOBUSTAN - Ümumi məlumat

Məlumatlar
Rayon: Qobustan
Rayon mərkəzi Qobustan şəhəri
Ərazi: 1369,4 (km2)
Əhali: 39922
Əhali sıxlığı: 29 (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 37
Telefon kodu: 150
Poçt kodu (Mərkəzi PŞ): AZ 3700
Yaşayış məntəqələrinin sayı 31

- Rayonun coğrafi vəziyyəti və relyefi
Tariximizin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində azərbaycan Respublikasının şərq hissəsində yerləşir.

- Təhsil
Qobustan rayonunda 18 orta, 10 əsas, 2 ibtidai məktəb, fəaliyyət göstərir. Bu məktəblərdə 5756 nəfər şagirdi kontingenti olan bu məktəblərdə 572 müəllim çalışır. Müəllimlərdən 4-ü əməkdar müəllimdir.

- Səhiyyə
Mərkəzi Rayon Xəstəxanası 125 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 50 çarpayılıq Sündü kənd sahə xəstəxanası, 25 çarpayılıq Təklə kənd sahə xəstəxanası, 12 kənd həkim ambulatoriyası və 6 feldşer mama məntəqələri vasitəsilə rayon əhalisinə tibbi xidmət göstərir.

- Azərbaycan linkləri

- e-mail

-


      Ünvan: Azərbaycan Respublikası Qobustan rayonu, AZ-3700
Qobustan Rayon İcra Hakimiyyəti
Telefon: (+994 150) 5-27-39
Tele/faks: (+994 150) 5-27-39
E-mail: icra@qobustan.gov.az

5
474
12908