BTC-SAHDENİZ-ACG
BTC LAYİHƏSİNDƏ
ŞİRKƏTLƏRİN PAYLARI, %
BTC LAYİHƏSİ
BTC ƏİBK. Dəyəri $4 mlrd-dan artıq olan bu kəmərin uzunluğu 1769 km, məhsuldarlığı ildə 50mln. ton təşkil edir. Kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək AÇG-dən çıxarılan nefti Aralıq dənizinə çıxarmaq üçün nəzərdə tutulmuşdur. Layihə üzrə işlərin yerinə yetirilməsinə 10 min nəfərə yaxın işçi cəlb olunmuşdur. 25.05.05-ci ildə kəmərə ilk neft vurulmuş və 28.05.06-cı ildə ilk neft Ceyhan limanına çatmışdır. Hər iki hadisə beynəlxalq səviyyədə layihəyə cəlb olunmuş dövlətlərin başçılarının iştirakı ilə təntənəli surətdə qeyd olunmuşdur.
BTC açıq dənizlərə çıxışı asanlaşdırmışdır, Orta Asiyanın neft hasil edən dövlətləri üçün bu kəmər Rusiya ərazisindən keçməklə Qara dənizə çıxan neft kəmərlərinə alternativ marşrut yaratmışdır. BTC-nin əhəmiyyəti həm regionun neft istehsalçı-dövlətləri, həm də Avropanın neft istehlakçı-dövlətləri üçün ildən-ilə artır. Hazırda Qazaxıstan neftinin bir hissəsinin bu kəmər vasitəsi ilə nəql olunması üzrə ikitərəfli danışıqlar daha da intensivləşmişdir.
İndiyədək BTC kəməri vasitəsilə 13 mln. tondan çox neft nəql olunmuşdur.
ŞAH-DƏNIZ LAYİHƏSİNDƏ
ŞİRKƏTLƏRİN PAYLARI, %
«ŞAH-DƏNIZ»

«ŞAH-DƏNIZ» dünyada ən iri qaz yataqlarından biridir. Saziş sahəsi təxminən 859,8 km2-dir. Layihəni həyata keçirmək üçün $4,0-5,0 mlrd. məbləğində əsaslı xərclər tələb olunur.

Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verəcək.

2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir. İndiyədək yataqdan 280 mln. m3-ə yaxın qaz hasil edilmişdir.



AZƏRİ - ÇIRAQ - GÜNƏŞLİ LAYİHƏSİNDƏ
ŞİRKƏTLƏRİN PAYLARI, %
AZƏRİ - ÇIRAQ - GÜNƏŞLİ

AÇG. Saziş sahəsi təxminən 432,4 km2-dir. Hazırda Saziş sahəsindəki yataqlarda ehtiyatlar 1,0 mlrd. ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir. Kapital qoyuluşunun həcmi $15 mlrd-dan artıq həcmdə gözlənilir. AÇG Azərbaycanda işlənən ən böyük yataqlardandır. Bu Sazişin imzalandığı gün – 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

Layihə üzrə nəzərdə tutulmuş 5 hasilat platformasından 4-ü artıq istismara verilmiş, 5-ci – «Dərinsulu Günəşli» platformasının tikinti işləri başa çatmaq üzrədir. İşlənmə layihəsi üzrə AÇG layihəsi çərçivəsində 400-ə yaxın quyunun qazılması nəzərdə tutulmuşdur. İndiyədək yataqlardan 74 mln. tondan çox neft, 16 mlrd. m3-dən çox qaz hasil edilmişdir. 2006-cı ildə Saziş sahəsindən 23,3 mln. ton neft, 4,6 mlrd. m3 qaz hasil edilmişdir. 2010-cu ildə neft hasilatını 58 mln. tona, qaz hasilatını 15 mlrd. m3-ə çatdırmaq nəzərdə tutulmuşdur.

 
CƏNUBI QAFQAZ BORU KƏMƏRİ

Cənubi Qafqaz Boru Kəməri (CQBK) «Şah-dəniz» yatağından hasil edilən qazın bir hissəsinin (7,7 mlrd. m3) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilmək üçün tikilmişdir. scpUzunluğu 970 km olan, məhsuldarlığı ildə 30 mlrd. m3 olan kəmər BTC ƏİBK-ə paralel çəkilmişdir. Kəmərin tikintisi 2004-cü ildə başlamış və 2006-cı ilin sonunda başa çatmışdır. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 mlrd. m3 qaz alacaq. Ərzurum şəhərindən CQBK Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradacaq. 2002-ci ilin mart ayında Yunanıstan və Türkiyə Ankaradan Komotiniyə qədər boru kəməri çəkmək haqqında saziş imzaladılar. Beləliklə, Azərbaycan qazını nəinki Türkiyəyə, həm də Yunanıstana (bu ölkədə enerji ehtiyatlarına tələbat ildə 5% artır), həmçinin İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq. Gələcəkdə Qazaxıstan da bu kəmərə qoşulmaqla, öz qazını Avropa bazarlarına nəql etmək niyyətindədir.
13.03.07-ci il tarixində ilk Şahdəniz qazı bu kəmərə vurulmuşdur.