29 dekabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

SİYASİ MÜHACİR SOYDAŞLARIMIZ YENİ TƏŞKİLAT YARATDI

Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda adlı qurum insan haqları uğrunda mübarizə aparacaq

Avropada yaşayan bir qrup azərbaycanlı siyasi mühacir və müxalifətçi ziyalı Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda (European Azerbaijanis for Democrajy (EUROAD) təşkilatını yaradıb.

Təşkilatın təsisçilərindən biri, Fransada yaşayan Elnur Məcidli “Turan”a bildirib ki, EUROAD-ın yaradılmasında əsas məqsəd Avropadakı demokratik qüvvələri vahid çətir altında birləşdirməklə yanaşı Azərbaycanda baş verən siyasi prosesləri Avropa ictimaiyyətinə daha şəffaf və dəqiq şəkildə çatdırmaq, Azərbaycanın üzv olduğu Avropa institutları qarşısında götürdüyü öhdəliklərin icrasını yoxlamaq, Azərbaycanda demokratiya və söz azadlığının inkişafı, o cümlədən Qarabağ probleminin daha demokratik və ədalətli çözümünə töhfə verməkdir.
EUROAD eyni zamanda demokratiya və insan hüquqları sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, yerli və xarici QHT-lərlə əməkdaşlığı nəzərdə tutur. EUROAD-ın rəsmi təsis toplantısı yanvarda Fransanın Strasburq şəhərində keçiriləcək. EUROAD-ın ilk fəaliyyəti isə Azərbaycanda keçirilən 7 noyabr parlament seçkiləri və bu seçkilərin Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında müzakirəsi ilə bağlı olacaq.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri Mirzə Xəzər təşkilatın fəxri prezidenti seçilib. İdarə Heyətinə müxtəlif ölkələr və regionlar üzrə aşağıdakı koordinatorlar daxildir: Elnur Məcidli (Fransa), Fikrət Hüseynli (Benilüks), Qurban Ələkbərov (Qərbi Avropa), Güllü Cahangirova (Skandinaviya), Həbib Müntəzir (Abdullayev) (Almaniya), İsa Yusibov (Hollandiya), Murad Həsənli (Böyük Britaniya), Turqut Qəmbər (Azərbaycan), Vəfa Cəfərova (Türkiyə).

Xəbər xidməti

536 dəfə baxılıb

[29.12.2010] - QARAÇUXURDAKI QƏTLLƏ BAĞLI YENİ TƏFƏRRÜATLAR

[29.12.2010] - “DAŞKƏSƏN İŞİ OBYEKTİV ARAŞDIRILMAYIB”

[29.12.2010] - ABU 50 MİLYON MANATA SATIŞA ÇIXARILIB

[29.12.2010] - “QAÇQINKOM”un SAYTINDAKI SAXTAKARLIQ ARADAN QALDIRILACAQ

[29.12.2010] - YASAMAL POLİSİNDƏKİ “TƏMİZLƏMƏ”nin SƏBƏBİ AÇIQLANDI

[29.12.2010] - XOCASƏNDƏ DİNDARLARIN HƏBSİNƏ KÜTLƏVİ ETİRAZ

[29.12.2010] - DİNİ TƏDRİS MÜƏSSİSƏLƏRİNƏ NƏZARƏT SƏRTLƏŞDİRİLƏCƏK

[29.12.2010] - BIÇAQLANMIŞ QADIN XƏSTƏXANANIN ƏMƏLİYYAT OTAĞINDAN QAÇDI

[29.12.2010] - ŞAHDAĞ MİLLİ PARKINDA 10 HEKTAR MEŞƏ SAHƏSİ YANIB

[29.12.2010] - VƏKİL BAŞ PROKURORLUQDA ÜÇ SAAT İFADƏ VERDİ

[29.12.2010] - HİDAYƏT ORUCOVUN FİKİRLƏRİ ETİRAZLA QARŞILANDI

[29.12.2010] - “DEMOKRATİK İNKİŞAF PLATFORMASI” İCTİMAİ BİRLİYİ HESABAT VERDİ

[29.12.2010] - SALYANIN İCRA BAŞÇISI İŞDƏN ÇIXMAQ ÜÇÜN ƏRİZƏ YAZIB

[29.12.2010] - BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR TƏŞKİLATI İLƏ YEKUN VURDU

[29.12.2010] - MİSİR MƏRDANOV 2010-u UĞURLU TƏHSİL İLİ SAYIR

[29.12.2010] - BAKIDA 100 MİN MANATA 5 METR TORPAQ SATILIR

[29.12.2010] - OBAMANIN BAKIDAKI “OBYEKT”lərinin SAYI ARTIR

[28.12.2010] - DEPUTATDAN AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİK

[28.12.2010] - DEPUTATLAR HƏRBİ HİSSƏLƏRDƏ OLUBLAR

[28.12.2010] - GƏNCƏ AĞSAQQALLARI HİCABA QADAĞA İLƏ BAĞLI «TƏZƏPİR»də OLDULAR

ARXIV

Yeni MÜSAVAT © 2008