Mədəniyyət qəzeti -::- Mədəniyyət və Turizm Nazirliyi 30 Dekabr 2010, cümə axşamı
ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
MƏDƏNİ İRS
KİNO
İNCƏSƏNƏT
TEATR
MUSİQİ
ƏDƏBİYYAT
YUBİLEY
KORİFEYLƏR
YARADICI GƏNCLİK
AFİŞA
ŞOU-BİZNES
MƏDƏNİ-İSTİRAHƏT
ƏNƏNƏ
REPORTAJ
KÖŞƏ
YADDAS
SON XƏBƏRLƏR
TURİZM
DÜNYA MƏDƏNİYYƏTİ
TƏDBİR
AŞIQ SƏNƏTİ
BÖLGƏ
MÜSAHİBƏ

ARXİVDƏ AXTAR
Bütün xəbərlər
 

ARXİVDƏ AXTAR

Saytımızı bəyənmisinizmi?

Bəli
Xeyir

Bütün sorğular

 


Kulinariya günü qeyd edildi

21.10.2009
    20 oktyabr Azərbaycanda Beynəlxalq Kulinariya Günü kimi tanınır. Artıq üçüncü dəfədir ki, ölkəmizdə bu gün təntənəli şəkildə qeyd olunur. Beynəlxalq Kulinariya günü münasibətilə, 12 saylı Bakı Peşə Liseyində tədbir keçirildi. Tədbiri açıq elan edən liseyin direktoru Şərif Hacıyev qonaqları salamlayaraq ilk sözü Milli Kulinariya Mərkəzinin icraçı direktoru Nailə Muradovaya verdi. Nailə xanım son 3 ildə görülən işlərdən, qazanılmış uğurlardan söhbət açdı. Daha sonra qonaqlara söz verdi.
   Tədbir haqqında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin fikirlərini öyrəndik. O, bildirdi ki, belə tədbirlərin keçirilməsi vacibdir: “Gənc nəsil milli kulinariyamızın sirlərinə bələd olur, gələcəkdə ölkəmizin hüdudlarından kənarda xalqımızı layiqincə təmsil etmək imkanı qazanır. Mədəniyyət və Turizm Nazirliyi olaraq bundan sonra da belə tədbirlərin keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
   Tədbirdə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da iştirak edirdi. Onun sözlərinə görə, bu gün kulinariya sahəsində çalışan insanların əlamətdar günüdür. Həmçinin də təhsil sektoru üçün məxsusi gündür. Çünki bu tədbirdə şagird və müəllimlər öz hazırladıqları məhsulları nümayiş etdirir, digərlərindən nə isə öyrənmək imkanı qazanırlar. Bu peşə təhsilinin yüksəlməsinə xidmət edən və bu sahəyə marağın artmasına səbəb olan bir aksiyadır.
   Ülkər RƏHMANQIZI

  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
“Mədəniyyət” qəzeti
Bütün hüquqlar qorunur © 2008