Bakıda Müasir İncəsənət Muzeyi açıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Mart, 2009

111Martın 20-də Bakıda Müasir İncəsənət Muzeyinin açılışı olub.
Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb.
Postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, video salon və art-kafe də fəaliyyət göstərəcək. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.
Kultaz.com-un verdiyi xəbərə görə, Muzey binasının layihəsinin müəllifi Jan Nuveldir. O, Barselonada Torre Aqbar adlı möhtəşəm “göydələn”in və Parisdəki Ke Branli Dünya Mədəniyyəti Muzeyinin layihələrinin memarıdır.
Qeyd edək ki, muzeyin açılışında Azərbaycan prezidenti İlham Əliyev, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak ediblər.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. Beleki, men semimi qelbden bele bir incesenet abidesinin acilmasina cox sevindim.. Ilk novbede bu ugurda komeyi ve emeyi kecen her bir sexse oz tesekkurlerimi bildirirem. Men inaniram ki bu muzeyin acilmasi Azerbaycanin incesenetine boyuk derecede tesir edecek. Bunu dusunulmus olmasi bizi sevindirir.
    Tarixi Azerbaycanimizin inceseneti bizim ucun cox boyukehemiyyet kesb edir. BIz incesenetimize hormet edirik. Gelecek neslin de incesenetimize hormet ve qaygi gostermesi bizden asladir ve bizim elimizdedir. Mence Muasir Incesenet Muzeyinin acilmasi bu ugurda atilan ilk addimlardam biri ve en boyuyudur…. Genc nesil de daxil olmaqla bizim incesenet xadimlerinin eserlerini sergilemek ucun hele bu muzey de bes olmayacaq.
    Elnur Nurelizade

  2. Men de Bakida Muasir Incesenet Muzeyinin acilmasina cox sevindim. amma bilmek isterdim muzeye giris nece manat olacaqdir?

  3. MEN ORDA ISHLEYIREM.HELEKI BILINMIR DEQIQ QIYMET AMMA MY AYINDAN SONRA TAM OLARAQ XALQA ISTIFADEYE VERILECEK.HELE HEC KIMI BURAXMIRIQ ICERI.TEXMINEN 10 15 MANAT ARASI OLACAQ

  4. Zehmet olmasa, Müasir İncəsənət Muzeyi -nin unvanin ala bilermiyim sizlerden?

  5. HAMSIYA SALAM MAN BU MUZEI ADRESINI ISTYARDIM ,KIMSA VERA BILAR MANA?

  6. Salam , sizin muzeydə sərgi oldugunu eşitdim ,sərgiyə giriş neçə manatdır və nə vaxtdan giriş mümkündür.saat neçədən neçəyə qədər,

  7. Salam

  8. Eladir, sonra bir edebiyyat muzeyi achib butun edebiyyati da muzeye vermek lazimdi…

Şərh yazın