aze | rus | eng | fra | arb

Azərbaycan xalcalarını necə qiymətləndirirsiniz?

Ən yaxşi xalçalardir
Pis deyil
Yaxşıdırlar



Novxanı

İSTEHSALI

Bu xalçanın vətəni Bakıdan 25km məsafədə yerləşən Novxanı kəndidir. Onu Novxanı ilə qonşu olan Qoradil və Fatmayı kəndlərində də toxuyurlar. Bəzi sənətşünaslar və xalçaçılar bu xalçanı səhvən «Quba» adlandırırdılar.

BƏDİİ XÜSUSİYYƏTLƏRİ

«Novxanı» xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə yerləşmiş bir neçə göldən ibarətdir. Bu altıbucaqlı rombşəkilli göllərin mərkəzində «köşək ayağı» adlanan kiçik medalyon yerləşir. «Köşək ayağı» on iki dairəvi elementlə əhatə edilmişdir. Bu elementlərin 8 ləçəyi olur.

İri göllərin yan tərəflərində kiçk ölçülü səkkizbucaqlı göllər cüt - cüt yerləşir. Onların daxilinə öz növbəsində iti guşəli ulduz yerləşdirilir.

Böyük və kiçik göllər Quba - Şirvan xalçaları üçün xarakterik olan quşlarla və digər elementlərlə əhatə olunmuşdur. Ara sahənin sol və sağ tərəflərində, aşağıdan yuxarıya qədər cıqqa buta (cıqqa - tac, qadınların baş bəzəyi) yerləşir.

Xalçanın ara sahəsi enli köbə zolağını əmələ gətirən iki ara haşiyə, üç mədahil və iki caqla əhatə olunmuşdur. Bəzi xalçaların köbə zolağında yalnız qarmaqşəkilli naxışları olan bir ara haşiyə olur.

«Novxanı» xalçalarının ara sahəsinin fonu əksər hallarda tünd - abı, bəzən tünd - göy vəya qırmızı olur. Xalçanın fonu nadir hallarda açıq palıdı olur. Xalça kompozisiyasının digər detallarının, o cümlədən göllərin və köbə zolaqlarının rəngi ara sahənin fonuna uyğun gəlir.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

«Novxanı» xalçalarının ölçüsü təqribən 125x125sm-dən 150x260sm-ə qədər dəyişir.

İlmələrin sıxlığı: bir kvadrat desimetrdə 40x40 ilmədən 45x45 ilməyə qədər yerləşir (bir kvadrat metrdə 160 min ilmədən 200 min ilməyə qədər). Xovun hündürlüyü 5-7mm-dir.

 



Şəkillər

Təqvim

Get the Flash Player to see this player.