Nar mobile
 
l
r

Mükafatlar

top
Nar Mobile Mətbuat xidməti “İlin ən yaxşı PR-xidməti” elan olundu!
04 yanvar, 2010

79 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə Nar Mobile mətbuat xidməti biznes sahəsinin ən yaxşı PR xidməti seçildi.

Müsabiqənin qalibləri iştirakçıların fəaliyyətlərini əks etdirən göstəricilərin müqayisə olunaraq ballarla qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilmişdir. Hər bir göstərici üzrə iştirakçıların ballarının cəmlənməsi hesabına iştirakçılar üçün yekun ballar çıxarılmışdır.

"İlin ən yaxşı PR-xidməti" müsabiqəsi "Press-reliz Yayım Xidməti" KA tərəfindən (www.press-release.az) 2006-cı ildən təşkil olunur. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR- və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.

printerçap versiyası


bottom
© 2011 AZERFON LLC