Son dəqiqə →
    Font ölçüsü:
  • A+
  • A-

Azərbaycanın “Eurovision-2012” təmsilçisi bəlli oldu



Bölmə: Eurovision 2012
13 Fevral 2012 00:21


2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adı bəlli olub. Lent.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Sarayında təşkil olunan Milli Final konsertinin sonunda münsiflər heyəti qalibin adını açıqlayıb. Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri qalibi müəyyən etmək üçün məşvərətə gediblər. Müsabiqənin Azərbaycanda aparıcısı Hüsniyyə Məhərrəmova münsiflərin qərarını elan edib. Seçimə əsasən, Azərbaycanı “Eurovision-2012” Mahnı Müsabiqəsində Səbinə Babayeva təmsil edəcək.

Qeyd edək ki, Səbinə Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. Latviyada keçirilən “Amberstar”, Moskvada keçirilən “Slavyan Ulduzu”nda “Gran Pri” mükafatına layiq görülüb. Milli Seçimlərin 7-ci həftəsinin qalibidir.

Jalə

  • Oxunub: 5700 dəfə
  • Bookmarka əlavə edin


  Şərhlər Sayı: 3 
köhnə_oxucu Əvvəlcədən hami bilirdi ki,bu xanım seçiləcək. Seçim turlarını keçirib gözdən pərdə asmaq kimə lazım idi?
V1peR Mahnı özü məlumdu yoxsa hələ seçilməyib??
qonaq Ela!uchlukde gormek umudile ugurlar!
Bu bölməyə aid digər xəbərlər.
Xəbər lenti
16 Fevral 2012
15 Fevral 2012
14 Fevral 2012
Son xəbərlər >>>
Sehife0,0171 sn. içinde yüklendi.