“Xəzər Lənkəran”ın intizarla gözlədiyi an, yaxud AZAL da həsrətə son qoydu
11:09 25-03-2012
Font ölçüsü : a | A
|
|
|
AZAL uğursuz oyunlar seriyasına son qoydu. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” ölkə kubokunu da nəzərə alsaq, ardıcıl 3 məğlubiyyətdən sonra azarkeşlərini qələbə ilə sevindirdi. Bu, martın 24-də “Kəpəz”ə evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda reallaşdı.
Rafiq Mirzəyevin çalışdırdığı komanda bunadək “altılıq”da hər oyunda – səfərdə “Turan”a və “Rəvan”a 0:2, kubokda “Bakı”ya 1:3 hesabı ilə uduzmuşdu. AZAL təmsil etdiyi Şüvəlana qayıdışını qələbə ilə qeyd etdi. Maraqlıdır ki, bakılılar səfərdə uduzduğu 2 top fərqi ilə bu dəfə rəqibindən üstün oldu. “Təyyarəçilər” sonuncu qələbəsini də öz arenasında – martın 7-də XIX turdan təxirə salınan “Sumqayıt”la ev oyununda 6:3 hesabı ilə qazanmışdı. Növbəti qələbəni 17 gün gözləmək lazım gəldi.
AZAL-ın da qalib gəlməyi “altılıq”da hələ qələbə qazanmayan 3 komanda qaldı. Bu, ilk “altılıq”da “Xəzər Lənkəran”, 2-ci “altılıq”da “Sumqayıt”la “Simurq”dur. Sonuncular bu gün öz arasında görüşdüyündən, biri həsrətə son qoya bilər. Lənkəranlılar isə kuboku da nəzərə alsaq, son 4 oyundan 3-də uduzub, yalnız “Neftçi” ilə son matçda heç-heçə edib.
Mehman SÜLEYMANOV
bu xəbər
651 dəfə oxunub
|