21 Aprel
2012
şənbə
Mədəniyyət qəzeti
 
ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
MƏDƏNİ İRS
İNCƏSƏNƏT
TEATR
MUSİQİ
TURİZM
ƏDƏBİYYAT
YUBİLEY
KORİFEYLƏR
YARADICI GƏNCLİK
MƏDƏNİ-İSTİRAHƏT
ƏNƏNƏ
DÜNYA MƏDƏNİYYƏTİ
SƏRBƏST
YADDAS
SON XƏBƏRLƏR
KİNO
TƏDBİR
MÜSAHİBƏ
REPORTAJ
AŞIQ SƏNƏTİ
BÖLGƏ
ARXİVDƏ AXTAR
Bütün xəbərlər
SƏSVERMƏ ANKETİ
Saytımızı bəyənmisinizmi?

Bəli
Xeyir

Btn sor?ular

  [1], 2, 3 ... 12, 13, 14   >>
28.09.2011 - Millət vəkilləri nə oxuyur?
«Son zamanlar yeni kitabların internet vasitəsilə mütaliə edilməsi geniş yayılıb. Mən də daha çox internet vasitəsilə oxumağa üstünlük verirəm. Amma kitab oxumağın öz yeri var. Mütəmadi olaraq iqtisadiyyatla bağlı kitabları mütaliə edirəm. Xaricdən də mənə bu mövzuda kitablar göndərirlər. Bədii ədəbiyyat oxumağa vaxtım olmur”.

16.09.2011 - Vaxtından tez qocalmamaq üçün doyunca yatın
Alimlər belə hesab edirlər ki, sağlamlıq və yuxu bir-biri ilə sıx bağlı olan anlayışlardır. Yuxu rejiminin pozulması orqanizmdə mənfi dəyişikliklərə səbəb olur. Buna görə də yuxuya ayrılan vaxt gündəlik həyatınızın çox mühüm tərkib hissəsi hesab edilməlidir. Əks halda orqanizmin normal fəaliyyəti pozulacaq. Nəticədə orqanizmin bütün strukturlarının bərpası (adətən gecə vaxtı) sadəcə mümkün olmayacaq.

16.09.2011 - Çay və qəhvə ürəyə xeyirdir
Hollandiyalı alimlərin araşdırması nəticəsində məlum olub ki, mütəmadi şəkildə çay və qəhvə içmək sağlamlığa müsbət təsir göstərir. Məlumata görə, çay və qəhvə xüsusilə, ürək xəstəliklərinin qarşısını alır. Araşdırma 13 il ərzində aparılıb və 40 min insanı əhatə edib.

19.08.2011 - Bakıda “Fashion TV” klubu açılacaq
Beynəlxalq “Fashion TV” kanalının təsisçisi Mişel Adam Bakıya səfər edib. Səfərin məqsədi barədə jurnalistlərə məlumat verən M.Adam bildirib ki, yaxın gələcəkdə Bakıda “Fashion TV” klubu açılacaq: “Biz hazırda həmin klubun fəaliyyət göstərəcəyi məkanın seçimi ilə məşğuluq. Seçəcəyimiz məkan və klubun fəaliyyətə başlayacağı tarix haqqında yaxın zamanlarda mətbuata açıqlamalar verəcəyik”.

12.08.2011 - Brüs Linin paltosu, Maykl Ceksonun pencəyi və Stradivarinin skripkası
Məşhur aktyor Brüs Linin paltosu hərracda 77 min dollara satılıb. Aktyor həmin paltoda sonuncu dəfə “Ölüm oyunu” filmində çəkilmiş, həlak olmamışdan bir neçə gün əvvəl “Əjdahanın çıxışı” filminin təqdimatında iştirak edib.

12.08.2011 - Smartfonlar göz üçün təhlükəlidir
Smartfonların ekranlarında 3D formatında videofilmlərə baxmaq görmə qabiliyyətinə pis təsir edir, baş ağrıları verir. Artıq çoxdan populyar olan smartfonlar telefon zənglərindən başqa internetə operativ qoşulmağa, musiqi dinləməyə, film seyr etməyə, kitab oxumağa imkan verir. Lakin bu aparatların sahibləri hazırda çox populyar olan 3D formatında videoya baxmağa çox da aludə olmamalıdırlar.

12.08.2011 - İsti havada yaşıl çay, kompot və kvas içmək məsləhətdir
Çox isti havalarda həkimlər yaşıl çay, kompot və kvas içməyi məsləhət görürlər. Bu sərinləşdirici içkilər orqanizmin qızmasının qarşısını alır, su-duz mübadiləsini normallaşdırır. İsti havalarda orqanizmin qızması və susuzlaşması riski yaranır, nəfəs və tərlə birlikdə orqanizmin su itkisi artır.

10.08.2011 - Dünyanın ən bahalı gülləri
Dünyanın ən bahalı gülü “Kinabalu qızılı” adlanır. Bu gül ancaq Borneo adasında (İndoneziya və Malayziya arasında) yerləşən Kinabalu dağında yetişir. Gülün ləçəkləri rəngarəng və zolaqlıdır. Bu gülün bir dəstəsi 5 min dollar məbləğində qiymətləndirilir.

05.08.2011 - Parisdə qadınlara şalvar qadağası
Fransada hələ 1799-cu ildə qəbul olunan və Parisdə xanımlara şalvarda gəzməyi qadağan edən qanun bu gün də formal olaraq qüvvədədir. Bu yaxınlarda fransız senatoru xanım Marivon Blonden həmin qanunun ləğv olunması təşəbbüsü ilə çıxış edib. O, təklifini Senatın ali palatasına göndərib.

05.08.2011 - Çiyələk dişləri ağardır
Alimlər müəyyən ediblər ki, hamının sevdiyi giləmeyvə olan çiyələk diş minasına ağardıcı təsir edir. İndi klinikalarda süni yolla dişləri ağartmağa çoxlu pul xərcləmək lazım deyil. Bu gözəl meyvəni dadmaq kifayətdir. Bunun sirri diş minasının üst qatını təmizləyən alma turşusundadır. Amma çiyələyi fasiləsiz və kiloqramlarla yemək lazım deyil. Əks halda o, diş minasını məhv edərək zərər yetirə bilər.

05.08.2011 - Pəhriz arıqlamağa kömək etmir
Əgər siz artıq çəkidən əziyyət çəkirsinizsə, alimlərin qənaətinə görə sizə pəhriz kömək etməyəcək. Çünki pəhriz sizi bir müddət normada saxlasa da, sonradan əvvəlki çəkinizə qayıdacaqsınız. Bu barədə “The Telegarp” qəzetindəki məqalədə deyilir. Statistik məlumatlar bunu təsdiq edir. Hər il 12 milyon adam pəhriz saxlayır, onların yalnız 10 faizi çəkisini azaltmağa nail ola bilir. Lakin bu da çox uzun sürmür. Onların çoxu 1 il ərzində yenə kökəlməyə başlayırlar.

05.08.2011 - Üz yanında tökülübdür tel nazik...
Ötən əsrin 60-cı illərində saç kəsdirmək, tel qoymaq kütləvi hal almışdı. Bu məqaləni də həmin illərdə yazmışdım. Lakin mətbuata vermədim. Fikirləşdim ki, bir adamın qəlbinə nə gəlirsə, onu həyata keçirməyə çalışır. Bu yaxınlarda arxivimdə həmin məqaləyə rast gəldim. Bu dəfə qərara gəldim ki, məqaləni mətbuata verim.

29.07.2011 - Qoca Xəzərin nağılı
Yayın bu qızmarında minlərlə insanın qoynuna üz tutduğu, sahilində dincəlib, qumluğunda rahatlıq tapdığı mavi gözlü Xəzərin sirlərlə dolu keçmişi barədə nələri bilirik? Xəzərin dünyasına qısa səyahət edək.

24.06.2011 - MARAQ DÜNYASI...
Avropa Birliyinin EADS aviakorporasiyasının tərkibindəki "Airbus" konserni gələcəyin futuristik sərnişin təyyarəsinin hazırlanmasına başlayıb. 2050-ci ildə istifadəyə veriləcək təyyarənin damı və yan divarları nəhəng aynabəndi xatırladan şüşələrdən ibarət olacaq. Aviakonstruktorların "vitalisinq" adlandırdıqları bu zonalar sərnişinləri panoramalı görüntülərlə təmin edəcək.

10.06.2011 - Azərbaycan mədəniyyəti koreyalı gənclərin gözü ilə
Azərbaycanla Koreya Respublikası arasında 2007-ci ildə imzalanan mübadilə proqramına əsasən, iki ölkənin gəncləri arasında qarşılıqlı səfərlər gerçəkləşir. İyunun 1-dən 9-dək ölkəmizdə səfərdə olan koreyalı gənclərdən ibarət 11 nəfərlik qrup Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Az?rbaycan Respublikas? M?d?niyy?t v? Turizm Nazirliyi
?M?d?niyy?t? q?zeti
Btn hquqlar qorunur 2008-2011