21 Aprel
2012
şənbə
Mədəniyyət qəzeti
 
ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
MƏDƏNİ İRS
İNCƏSƏNƏT
TEATR
MUSİQİ
TURİZM
ƏDƏBİYYAT
YUBİLEY
KORİFEYLƏR
YARADICI GƏNCLİK
MƏDƏNİ-İSTİRAHƏT
ƏNƏNƏ
DÜNYA MƏDƏNİYYƏTİ
SƏRBƏST
YADDAS
SON XƏBƏRLƏR
KİNO
TƏDBİR
MÜSAHİBƏ
REPORTAJ
AŞIQ SƏNƏTİ
BÖLGƏ
ARXİVDƏ AXTAR
Bütün xəbərlər
SƏSVERMƏ ANKETİ
Saytımızı bəyənmisinizmi?

Bəli
Xeyir

Btn sor?ular

  [1], 2, 3, 4, 5, 6, 7, 8   >>
29.07.2011 - Uşaq Kitabxanasının yay oxu zalı balacaların sevimli mütaliə yeridir
Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, nitq qabiliyyətini artırır, mənəviyyatını zənginləşdirir. Uşaqlara mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacibdir.

17.06.2011 - Ürəyim qələbə sevinci istəyir
17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günüdür. Bəlkə də ikinci belə bir peşə, sənət yoxdur ki, ona bu qədər şeirlər qoşulsun, mahnılar bəstələnsin. Həkimlik şərəfli iş olduğu qədər də məsuliyyətlidir. Bu əlamətdar gün münasibətilə ömrünü həkimlik peşəsi ilə bağlamış 85 yaşlı cərrah Simuzər Xasayevanın ürək sözlərini oxucularla bölüşürük:

10.06.2011 - Şərqin qapısı və Qərbin astanası
Mədəniyyətlərarası dialoq məsələsi bu gün dünyada çox aktual mövzudur. Azərbaycan da bu sahədə dünyanın diqqətini çəkən təşəbbüslərin, layihələrin müəllifidir. Aprel ayında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu buna bariz nümunə oldu. Bakı şəhərinin mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınmasının bir sıra mühüm meyarları var.

03.06.2011 - Dünya köhnə dünyadır, sevgiləri təzədir
Sevginin xüsusi qanunu, tərifi yoxdur. Çünki onun rəngləri çoxdur. İnsan dünyaya gəlişindən son nəfəsinədək sevgi adlı bir qüdrətin min cür dadını duyur, sevgi libasına bürünür. Bəzən də heç fərqində olmur ki, yaşının hansı vədəsindədir, qəlbi hansı sevginin ünvanına qanadlanıb.

20.04.2011 - Yüksək ixtisaslı kadrlar mədəniyyətin sabahıdır
“Amerika universitetləri qüvvətlidir ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir”. ABŞ prezidentlərindən birinin bu sözləri müasir dünyada yüksək təhsilin nə dərəcədə böyük önəm kəsb etdiyinə gözəl nümunədir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin mədəniyyət meneceri və muzey işi və abidələrin mühafizəsi ixtisaslarının yaranmasının 20 ili tamam olur. Bu illər ərzində hər iki ixtisas üzrə təhsil alan tələbələr mədəniyyətin müxtəlif sahələrində yüksək ixtisaslı kadrlar kimi özlərini doğruldublar.

11.03.2011 - Mədəniyyətşünaslıq: tədris və təbliğat
Mədəniyyət bəşər tarixinin ən qədim qatlarından başlayaraq müxtəlif adət-ənənələr, ayin və mərasimlər, əsrlərlə təkmilləşən xalq sənətkarlığı, insan əlinin və bədii təxəyyülünün yaratdığı nümunələrlə bu günümüzə gəlib çıxıb. İnsanlarda ta qədimdən maddi tələbatla yanaşı, mədəni, mənəvi tələbat da olub. Bu ehtiyac onların öz kədərlərini, sevinclərini ifadə etmək zərurətindən irəli gəlirdi. Nəğmələr, rəqslər, bütövlükdə folklor nümunələri belə yarandı.

25.02.2011 - Xeyirxahlıq mədəniyyəti
Hər birimizin ətrafında, qonum-qonşuların arasında, iş yerlərimizdə yaşı ötmüş qızlarla tez-tez rastlaşırıq. Gözümüzün önündəcə bu gözəllərin gül kimi solduğunu, şuxluqlarını itirdiklərini gördükcə adamın ruhu dara çəkilir, ürəyinin başı göynəyir. Böyük Sabirdən üzü bəri könlümüzü yaralayan misralar yada düşür:

11.02.2011 - “Əməyimizə verilən yüksək qiymət bizi daha əzmlə işləməyə ruhlandırır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşının fəxri ad və medallarla təltif edilməsi barədə sərəncam imzalayıb. Təltif olunanları bir daha təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Dövlət təltifinə layiq görülmüş şəxsləri oxucularımızla daha yaxından tanış edirik.

12.01.2011 - Pəhləvanlıq sənətinin geniş təbliğinə ehtiyac var
Pəhləvanlıq sənəti ölkəmizdə qədim və milli kökə bağlı ənənələrə malikdir. Tarixən Azərbaycanda bu sənətin dünyada tanınan simaları olub. XVIII əsrdə Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, XIX əsrin sonu - XX əsrin əvvəlində məşhur Sali Süleyman, Rəşid Yusifov kimi pəhləvanlar el hörməti qazanıblar.

24.12.2010 - Davranış mədəniyyəti
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir?

17.12.2010 - Pəhləvanlar həmişə xalqın sevimlisi olub
Azərbaycanda pəhləvanlığın qədim kökləri, bənzərsiz ənənələri mövcuddur. Bu, əzəli-əbədi döyüşkənliyimizin ifadəsi olmaqla yanaşı, həm də xalq ruhunun ayrı-ayrı fərdlərdə yaşamasının bariz nümunəsidir. Azərbaycanda dünya şöhrətli pəhləvanlar çox olub

06.10.2010 - Kitab və sənət dünyası
Aqillər deyib ki, kitab insanın ən yaxın dostu, sirdaşıdır. Elə bir dost ki, insana həyatı öyrədir, obrazların, hadisələrin güzgüsündə bəlkə də elə özümüzü bizə göstərir. Bu gün az adam tapılar ki, mütaliə ilə məşğul olmasın. Hər birimiz kitabxanalara gedərək bizə lazım olan kitabları oxuyur, bilik və dünyagörüşümüzü artırırıq.

17.09.2010 - Milli Kitabxana fəaliyyətini genişləndirir
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası keçmiş sovet məkanında ən böyük kitab xəzinələrindən biridir. 1923-cü ildə fəaliyyətə başlayan, zəngin tarixə malik olan kitabxana bu gün ölkəmizin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı mədəniyyət müəssisəsinə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəzə çevrilib.

08.09.2010 - Qurama sənəti - incə, nəfis əl işi
Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Bu mədəniyyətin inkişaf etmiş sahələrindən biri də dekorativ-tətbiqi sənətdir. Bu sənətin qədim tarixi var. Dekorativ-tətbiqi sənətin müxtəlif növləri arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və digər sənət növlərini qeyd etmək olar.

25.08.2010 - Səs irsimizin saxlanc yeri
SSRİ Səs Yazıları Arxivinin yaradılmasından heç bir il keçmədi ki, 1968-ci ildə Azərbaycanda da belə bir qurum yarandı. Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin yaradılmasında əsas məqsəd ölkənin ictimai-siyasi, tarixi, elmi və mədəni həyatını özündə əks etdirən bədii və sənədli fono-video sənədləri, səs və video yazılarını toplayıb dövlət mühafizəsini təşkil etmək idi. Arxivin ilk əməkdaşları isə Bakı Dövlət Universitetinin axşam şöbəsində təhsil alan bir qrup gənc oldu...

Az?rbaycan Respublikas? M?d?niyy?t v? Turizm Nazirliyi
?M?d?niyy?t? q?zeti
Btn hquqlar qorunur 2008-2011