Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et
  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031




Faydalı Linklər

www.wilayah.org
www.khamenei.ir
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.saafi.net
www.al-shia.org
www.ocaqnejad.net
www.seyidamili.net
www.ahlibeyt.az
www.islam-azeri.az
www.birlik.az
www.ahlibeyt.ge
www.muntozor.net
www.parlayangunesh.az
www.almustafa.ge
www.balaghah.net
www.islammaarifinde.com
www.islammektebi.org
www.azadxeber.az
www.ehlibeyt-moize.ucoz.ru
www.kovser.az
www.sibtayn.com
www.mahdawiat.com
www.hilal.az
www.sizinyol.com
www.ceferiler.com
www.shabestan.net/az/
www.abna.ir
www.ehlibeytalimleri.com
www.IslamaDogru.biz

Həzrət Əli (ə) : "Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan Allahın ayıdır. (Misbahul-mutəhəccid, c2 s 797)"
بِسمِ اللهِ الرَّحمنِ الرَّحیم اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَه فيها طَويلاً

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

İslam və tolerantlıq.

Əbülfəz Bunyadov 01 Yanvar 1970 04:00:00


image

Musahibimiz "Mənəvi dünya" ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənovdur.

 -Hacı, söhbətimizi son dövrlər gündəmdə daha çox hallandırılan tolerantlıq mövzusu üzərində qurmağımızı istərdik. Tolerantlıq nədir? 

 -Tolerantlıq, məlum olduğu kimi dözümlülük mənasınadır. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma tolerantlıq mənasını daşıyır. Bəşəriyyət tarixi müxtəlif ixtilaflı qarşıdurmalarla doludur, müharibələr, mübarizələr. Və çox zaman da bu münaqişələrin əsas təhrikedici halları əqidə fərqləri olub. Keçmiş insanların düşüncə tərzində başqa əqidələrə hörmətlə yanaşma inkişafı öz yerini almadığı üçün qarşıdurmalar baş verirdi. İnsanlıq inkişaf etdikcə göstəricilər də dəyişikliyə uğramalı idi. Bu da normal hal idi. İnsanı cismən hansısa bir işə məcbur etmək olar, amma əqidəcə insanı istismar etmək qeyri mümkündür. İnsanın maddi varlığına hakim olmaq mümkündürsə də lakin praktiki olaraq əqidə və şüuruna hakim olmaq qeyri-mümkündür. İnsan öz əqidəsini müəyyən edir və bunu zor gücünə dəyişmək mümkün deyil.

 Nəticədə insanlıq bəşəriyyət üçün zəruri olan bir yaşayış konsepsiyasını qəbul edir və bunun üçün də dinlərin bir yerdə hörmət müstəvisində yaşamaları qaçılmazdır. Bir həqiqət kimi bütünlükdə İslam iddia edir ki, o bütün bəşəriyyəti eyni əqidə ilə bərabər və hərtərəfli inkişaf nöqtəsinə qaldıra bilər. Amma bu potensial imkan baxımından hələ ki, mümkün deyil. Onunla yanaşı başqa dinlər də ortaq din kimi bəşəriyyət üçün qəbul olunmadığını nəzərə alsaq bir çox beynəlxaq konvensiya, aktlarda öz təsdiqini tapan dini dözümlülük şəraiti bəşəriyyət üçün əsas və lazımlı bir yoldur. Yəni tolerantlığın da ümumi mənası budur və dünyada da Qərbin də çox təqdim etdiyi bir dəyərdir ki, İslamın da buna özünəməxsus baxışı var.

 -Bu gün daha çox İslam və İslamyönlü dövlətlər dözümlülüyə dəvət olunur. -

Bəzən təəccüblüsü orasındadır ki, Qərbin dözümlülük məfhumunu hallandıran dairələr bu prinsipi daha çox pozanlardır. Və həqiqətdə dinlər arası, sivilizasiyalar arası dialoqdan danışan Qərb dünyası addımbaşı başqa mədəniyyət və sivilizasiyaları təhqir etməklə məşğuldur. Bu artıq mədəniyyətlər arasında olan uçurumu dərinləşdirən faktorlardır ki, Qərb bu gün də Peyğəmbərin (s) təhqiri ilə məşğul olur. Biz belə düşünürük ki, bu özü dözümsüzlüyün bariz nümunəsidir. Bunu söz azadlığı, insanların fikir azadlığı kimi tərənnüm etdirməyə çalışırlar, amma həqiqətdə bu İslam intibahının qarşısında zəiflikdən başqa bir şey deyil.

Bu gün dünya İslam mədəniyyətinin intibah dövrünü yaşamasını qəbul edir, qəbul edir ki, İslam, cəmiyyətin maddi və mənəvi boşluqlarnı, çatışmamazlıqlarını ödəməyə qadir olan tək səmavi dindir. Buna görə də İslama qarşı islamofobiya məfhumunu sərgiləməklə öz ədavətlərini, dözümsüzlüklərini addımbaşı nümayiş etdirirlər. Qərb və qərbpərəst qüvvələr artıq anlayırlar ki, onlara məxsus mədəniyyət İslam mədəniyyəti daxilində əriyib yox olma astanasındadırlar. Buna görə də dözümsüzlük addımları ilə İslama qarşı bütün cəbhələrdən hücuma keçərək onu çokdürməyə çalışırlar. Buna hər hansı bir don geydirilməsinə baxmayaraq biz burada İslama qarşı dözümsüzlükdən başqa bir şey görmürük.

Bu gün Qərb, İslamdan xəbərsiz insanlara əllərində vasitə olan KIV-in vasitəsi ilə İslam haqqında yanlış təfəkkür əmələ gətirməklə Qərb insanını İslam tərztəfəkkür sistemini irtica qüvvə kimi təqdim edir və ona yaxınlaşmanı böyük təhlükə kimi reallaşdırır. Eyni zamanda müsəlmanlara qarşı iqtisadi, mədəni, elmi və sair istiqamətdən hücuma başlanılıb ki, bunlar günü-gündən daha geniş miqyas almaqdadır. Sizin sualınıza cavab olaraq qeyd edim ki, bu gün dinləri dözümlü olmağa çağıran qüvvələrdən başqa bu çağırışı pozan bir tərəf müşahidə olunmur. Xüsusən də ittiham olunan tərəfin İslam olması, bu dinə qarşı dözümsüzlüyün qərəzli olması məntiqini ortaya qoyur. Milyardlarla insanın inancını təhqir edib sonradan buna dözümlü olmağa çağıran qüvvələrin mənafeləri irticaçılıq nöqtəsindən başqa bir dəyər müstəvisinə gəlməməsi aydın və dərkolunandır. -

Artıq müsəlman dünyasına olan təhdid və basqılar müqəddəslərə qədər uzandı. Bunun arxasında nə durduğunu düşünürsünüz?

-Burada bir sıra hədəflər var. Belə addımlarla onlar müsəlman aləmində bir radikallaşma meylini yaratmaq, yəni müsəlmanları düşünülməmiş hərəkətlərə sövq etmək bu işin başında duran amillərdən biridir. Biz düşünürük ki, bu işin arxasında adi bir qəzetin durduğunu güman etmək gülüc olardı. Biz əminliklə söyləyə bilərik ki, burada rəsmi qüvvələr var və bunun hansı bir dövrdən müxtəlif ölkələrdə start götürməsi onu göstərir ki, bu hansısa mərkəzdən idarə olunur. Ümumiyyətlə bu gün KIV-in kimlərin əlində alət olduğunu bilirik  və bilirik ki, bu prosses idarə olunur. Zahirdə demokratiya görüntüsü yaradılsa da əslində bu demokratiya idarəolunan demokratiyadır. Əlbəttə bu gün bunu ümumi tənqid mövqeyindən çıxış etmək istəməzdik.

Bu günün təkamülü artıq öz bəhrəsini verməklə Qərbi onun istəmədiyi addıma sövq etməsi gözlənilən intibahın başlanğıcıdır. Bunu da qeyd etməliyik ki, danışılan sözlər dəyərli və ümumbəşəri mahiyyətə malikdir. Amma hər zamanda olduğu kimi yenə də bundan istifadə etmək istəyən dairələr var ki, dəyərlər istisna olmaqla konkret öz maraqlarını tətbiq etməyə çalışırlar. Qərbdə də əksəriyyəti hakimiyyətdə təmsil olunan dairələr var, bunlar ciddi qarətçilik imkanları olan dairələrdir ki, bunlar düşünülmüş şəkildə müsəlmanlara qarşı, müqəddəsləri təhqir etmək metodu ilə həyata keçirirlər ki, bilirsiz, dünyada inanca qarşı üsyan onun müqəddəs bildiklərini ləkələməklə effektiv bir forma yaratmaq təcrübəsi dünyada artıq mövcuddur, necə ki, kommunizm dövründə din xadiməri lağ olunurdu, bu metod dəyərlidir.

İndi də Peyğəmbəri (s) təhqir etməklə dinin müqəddəslərini aradan aparmaq istəkləri qarşıda duran planlardandır. Eyni zamanda da müsəlmanları düşünülməmiş addımlara sövq etdirmək. Bəzi hallarda isə özlərinin idarə etdikləri qüvvələr vasitəsi ilə qarışıqlıq salma taktikası ilə İslamı dünya insanına qarşı irtica göstərmə siyasəti davam edir. -

Yaranmış vəziyyətdə müqəddəsləri təhqir olunmuş insanların addığı addımlar hansı kriteriya ilə məhdudlaşmalıdır?

-Belə hallardan insanların təbii ki, etiraz etmək hüququ var. İnsanlar beynəlxaq hüquq konvensiyalarının təsbit etdikləri hüquq vasitəsi ilə etiraz etməlidirlər. Biz bunu, dünya ölkələrində etirazı müsbət və təbbi qarşılayırıq. Əslində bunu müsəlmanların təhqiri deyil, bəşəriyyətə qarşı olan təhqir kimi qiymətləndirmək lazımdır. Bəşəriyyət üçün din ümumi, ortaq bir dəyərdir. Peyğəmbərlərin (ə), kimliyindən asılı olmayaraq təhqir olunması, əslində bəşəriyyəti bir araya gətirən ortaq nöqtənin məhvi, ona ünvanlanan bir təxribatdır ki, bu yolverilməzdir. Peyğəmbərin (s) təhqirinə gəlincə isə müsəlmanlar bunu ümumbəşəri dəyərlərin təhqiri kimi dünyaya çatdırmalıdırlar. Və bunun daxilində öz dinlərinin təhqiri kimi də öz etirazlarını qanuni şəkildə bildirməlidirlər.

Bu prosses özbaşnalıq və qeyd etdiyimiz tolerantlığa dəyərdir. Bununla yanaşı hər bir müsəlman dünya insanına öz mədəniyyət, dəyər və əxlaqını çatdırması önəmlidir. Çünki, dünyada İslam gözəlliyi tanındıqca onun haqqında yalnış fikirlər yox olub gedə bilər. Bu gün dünya onun mənəvi və maddi istəklərini ödəyə biləcək bir dinin, bir dəyərin təşnəsidir. Belə əqidə sorağında olan dünya üçün ən münasib şəraitdir ki, İslam təqdim edilsin. Burada elmi, mədəni dəyərlər nümayiş etdirilməlidir. Onu deyim ki, müsəlman ölkələri də bu dəyərləri özündə ehtiva etməlidir.

Qeyd olunmalıdır ki, artıq bu prosses də başlanğıcını edib. Bir çox ölkələrdə artıq fərqli din münasibətləri ümumi din anlamına gəlib ki, bu da müsəlman xalqların özünə qayıdış dövrü kimi təqdim olunmalıdır. Həm də ki, İslam artıq dünyaya təqdim olunmalıdır. İslam başqa dinlərdən fərqli olaraq heç zaman öz praktikliyini itirməyib. O ayin və dini, ibadət müstəvisinə gələrək cılızlaşmayıb. Qərbi də qorxudan elə budur ki, İslam təcrübi dindir. İslam dini fərqli dəyərlər sisteminə malikdir. Elə bu səbəbdəndir ki, Qərb mədəniyyəti İslam mədəniyyətini Qərbə bir alternativ olaraq qəbul edir. Hətta müsəlman ölkələrindəki artım və İslama qarşı dünya insanın marağının artmasını təhlükə bilir və İslama qarşı əks təbliğat aparır.

Bu da insanların İslamdan uzaqlaşmalarna səbəb olacaq amil deyil, əksinə marağa səbəb olacaq tərz-təfəkkür sistemini yaradır. Danimarkada Peyğəmbərin (s) təhqirindən sonra tərcümə Qurana, İslam dininə olan maraq on dəfə artıb. Əks təbliğat əks effekt verir ki, bu da araşdırma cəhdidir ki, nəticə də İslamın xeyrinədir. Əlavə olaraq onu deyim ki, bu gün İslam, dünyada ən gözəl dövrünü yaşayır. Bəlkə də belə demək doğru olardı ki, İslam yaranandan bu günə qədər, İslam dininin müsbət tərzli belə bir dövrü olmamışdı. Hətta Peyğəmbər (s) və məsum İmamların (ə) dövründə belə İslam indiki kimi belə bir qüdrət əldə etməmişdi. Əlbəttə bu, Peyğəbər (s) və İmamlarla (ə) bağlı olan hal deyil, əksinə dövrün cəmiyyətinin buna hazır olmaması faktoru idi.

 Bu gün bəşəriyyətin inkişaf tərzi yüksəlir və bu da bu dinin dərkinə böyük təkandır. İnkişaf etmiş ölkələrdə İslam daha çox inkişaf edir. Bir Qərbin xristian ərəb alimi deyirdi ki: "Həzrət Əli (ə) öz dövründən daha çox gələcəyin insanıdır." Yəni öz dövründə onu anlamaq çətin idi. Elə bu günün Əli (ə) şəxsiyyətinin aktuallığı buna nümunədir. İslam haqqında bunu söyləmək daha doğru olardı. Bu gün İslam ən ali dərəcəyə qalxa biləcək inkişaf dini olması artıq hər kəs, dinindən asılı olmayaraq etiraf etdikləri həqiqətdir.-

İstərdim iki dini dəyərlərin çarpışdığı Fələstin və israil arasında müharibədə tolerantliq halına diqqət yetirək. İslam - Yəhudi qarşıdurması. Hətta dünyanın böyük qüdrət nümayiş etdirən təşkilatlarının etirazına baxmayaraq Qəzzada müsəlmanlar uzun zaman təbii yaşam zərurətini yəhudilər tərəfindən qapanaraq ala bilmədilər. Tibbi ləvazimatın Fələstin tərəfinə keçməsinə qadağan qoyan yəhudilər Qəzzanı blokadaya aldılar. Mövcud şəraitdə İslam-iudaizm və Xristianlıq cəbhəsini necə müşahidə edirsiniz?

-Ümumiyyətlə bəşəriyyətin qarşılaşdığı problemlərin kökündə həmişə mənəviyyatsızlıq dayanıb. İslam baxımından tarix haqq və nahaqqın döyüş meydanıdır. Yəni müxtəlif əqidə və nəzəriyyələrin tarixə fərqli yanaşmaları olub. Marksizm tarixi sinfi mübarizə kontekstindən araşdırıbsa, İslam baxımından haqq və nahaqqın mübarizəsidir. İslama görə bütün müharibələrin kökündə mənəvi boşluqlar durur. Bu gün də qərb dünyası maddi maraqlarını güddüyü İslam ölkələrində qarətçilik siyasəti aparmaqdadır, Sionist reæim, İsrail dövləti də bu maraqları gerçəkləşdirmək istiqamətində müsəlman şərqinə hakim olmaq üçün qərbin əlində ən təsirli vasitədir. Təbii ki, ikili standartlar adlanan yanaşma bütün məsələlərdə olduğu kimi Fələstin mövzusunda xüsusi olaraq özünü göstərir.

Heç bir beynəlxalq sənədə məhəl qoymayan, BMT qətnamələrini addımbaşı tapdalayan bir dövlət heç bir təzyiqi ilə qarşılaşmır, amma müsəlmanlar qanuni seçilmiş Həmas hökuməti terrorçu kimi təqdim olunaraq qanunsuz idarəetmədə iddiham olunur. Bu gün uşaq, qadın və qocaların daxil olduğu Fələstinin Qəzza bölgəsindəki hadisələr, hətta təcili yardım maşınlarının atəşə tutulması, zəruri ehtiyaclardan məhrum edilməsi onu göstərir ki, insan haqları və demokratiya haqqındakı fikirlər boş kağızüstü fikrlərdən başqa bir şey deyil. Özlərini inkişaf etmiş, müsəlmanları vəhşi kimi təqdim edən Qərbin bu gün tolerantlıq haqqında danışılan fikirlərinə baxanda aydın olur ki, bu onların maraqlarını arxasında gizlədikləri sənəddən başqa bir şey deyil.

-Bu günkü cəmiyyətimizdə təqdim olunan tolerantlıq bizi həqiqi dözümlülüyə dəvət edirmi?

-Bəzən tolerantlığı həddən artıq şişirib başqa mədəniyyətləri bunun daxilində əritmək kimi təqdim edirlər. Bizdə də bu müşahidə olunur. Əlbəttə, tolerantlıq Azərbaycan xalqının dəyərlərindəndir. Əsirlər boyu xalqımız başqa inanclara hörmət və hözümlülük nümayiş etdirərək onlarla dinc şəraitdə yaşayıb. Amma bəzi hallardan toltrantlığı ifrat şəkildə təqdim edirlər. Dözümlülük bizi başqalaşdırır, başqa mədəniyyətləri tərənnüm edir, bir növ onlara çevrilirik ki,  bu yanlışdır. Hər bir xalq özünü, öz rəngini və kimliyini qorumalıdır. Bunu qorumaqla başqalarına hörmət və dözümlü yanaşmaq məntiqə uyğundur.

 Bunu din də dəstəkləyir ki, Quranda bu barədə ayələr çoxdur. Allah  bizi aramızda olan ortaq kəlməyə dəvət edir. Ortaq kəlmə vahid olan Allah kəlməsidir. İslam həmişə dözümlülüyə dəvət edir, amma eyni halda bunun xalqımıza da aiddiyatı var ki, İslam buyurur: "Bütün bunların fövqündə özünüzü, dini, mənəvi dəyərlərinizi itirməyin. Kiminsə güclü olması baxımından onun təsirinə düşməyin". Dözümlülük kiminsə bizə təqlidi və bizim də onlardan bunu şərtsiz qəbul etməyimiz anlamında deyil. Dözümlülük özümüzün öz aramıza hakim olma kontekstindən başqalarına dözümlü yanaşmağımızdır.

 -Bu nöqtədə yenə də Fələstindən danışmaya bilmirik. Sizə görə dünyanın İslam ölkələri Fələstində baş verən hadisələrə yetərincə reaksiya nümayiş etdirirlər, yoxsa bu anlamı tolerantlıq adı altında daha çox susqunluqla seyr edirlər?-

Sualınıza Peyğəmbərin (s) hədisi ilə cavab vermək istəyirəm: "Müsəlmanlar bir bədən kimidir. Belə ki, bədənin bir üzvü ağrıyarsa, bütün bədən bu ağrıdan narahat olar." Təəssüf ki, müsəlmanların vəziyyəti hələ ki, bu hala gəlib çatmayıb. Bu isə bədənin hələ diri olmamasına nümunədir. Əgər bədən diri və vahid hədəfə qulluq göstərərsə, o halda hər bir ağrını, prolemi dəf etmək olar. Bu gün isə hələ müsəlman dünyasını məzhəb, mövqe və s. qarşısında parçalayaraq qarşı-qarşıya qoyublar. Buna  Qarabağı da misal göstərmək olar ki, biz həcc ziyarətində olduğumuz zaman bizimlə görüşən  türklərin əksəriyyətinin bu mövzunun mahiyyətindən xəbərsiz olduqlarını gördük. Elə Fələstində də baş verən hadisələr bu qəbildəndir. Burada da müsəlmanların layiqli reaksiyalarını görə bilmirik.

-Bu, nə ilə əlaqədardır?

-Bu daha çox ondan doğur ki, bir zamanlar İslam ictimai anlam halından çıxmışdı. İslam dövlətlər belə uzanan müddətdə bəzi qüdrətli dövlətlərin təsiri altına düşdü. Yenə onu deyim ki, hal-hazırda bu qayıdış prosesi başlayıb və bu dərinləşdikcə elə bilirəm arzulanan nəticəni ildə edə biləcəyik və bunun uzaq zamanda baş verməyəcəyinə əminəm.

-Bu istiqamətdə özümüzdən danışmağı istərdik. Bizə təqdim olunan tolerantlıq milli dəyərləri hər hansı təhdid və ya təsir altına salmırmı?

-İlk öncə bunu deyim ki, biz bu gün boynumuzda tarixi vəzifəmiz olan inancımızı qorumalıyıq. Bu yalnız dindarların vəzifəsi deyil. İnancı qorumaq bizim xalqa lazımdır. İnanc sahibi olmayan özünü müsəlman sayan ziyalılarımızın vəzifəsi budur ki, mənəvi dəyərlərimizi qoruyaq. Çünki bunu itirəndə cəmiyyət immunitetini itirmiş olur. Bu isə mənəvi aşınma ilə nəticələnir. Bir millət olaraq milliliyimiz baxımından isə bizim itib aradan getmə təhlükəsi ilə üz-üzə qalmağımıza səbəb olacaq. Diqqət edin, ermənilərin daima kilsə amilindən yararlandığını görürük. Bu amil milləti bir kök, ideologiya üzərinə gətirərək vahid əqidə üzərində dövlətçilik prinsiplərini qoruya bilir. Bu yəhudilikdə də görünür. Bizim də bir millət, bir xalq olaraq mənəvi mövcudluğumuzu qorumaq istəyiriksə dini dəyərlərimizə sahib çıxmalıyıq. Başqa dinlərlə tolerant şəraitdə yaşamağımız üçün öz dinimizə, mənəvi dəyərlərimizə sahib olmalıyıq. Özümüzü yanlışlıqdan qorumaqla başqasına hörmət və dost şəraitində yaşamağımız mümkündür. -

Hacı, maraqlı müsahibə üçün sizə təşəkkür edirik.



625 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 6 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
18 - 24 may
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
18 04:44 06:22 13:37 21:11 01:57
19 04:43 06:21 13:37 21:12 01:57
20 04:42 06:21 13:37 21:13 00:57
21 04:40 06:20 13:37 21:14 00:57
22 04:39 06:19 13:37 21:15 00:57
23 04:38 06:18 13:37 21:16 00:56
24 04:37 06:18 13:37 21:17 00:56
Video Yazılar
Yeni
Film
Arxiv

"İslam Həqiqətləri" dini-ictimai qəzetin təşkilatçılığı ilə keçirilən Qədir-Xum bayramı. Əl-oyunları idman salonu_2008-ci il. Qədir-Xum bayramı_5-ci hissə

Dünəndə Bugün

19 may (27 cəmadus-sani)

 

Sultаn Əli ibn Muhəmməd Bаqirin (ə) şəhаdəti

 

Hicrətin 116-cı ili bu gün İmаm Bаqirin (ə) оğlu Əbul-Həsən Sultаn Ərdəhаl Kаşаndа şəhаdətə çаtıb.

 

20 may (28 cəmadus-sani)

 

Pеyğəmbərin (s) Həliməyə vеrilməsi

Bu gün cənаb Əbdül-Müttəlib (ə) gözünün nuru оlаn Pеyğəmbəri (s) Kəbənin ətrаfındа təvаf еtdirib, süd vеrmək üçün Həliməyə tаpşırdı.

21 may (29 cəmadus-sani)

 

İmаm Hаdinin (ə) оğlu Həzrət Sеyyid Muhəmmədin vəfа

Hicrətin 252-ci ilində İmаm Hаdinin (ə) оğlu Həzərət Sеyyid Muhəmməd Sаmirrаdа dünyаdаn köçüb.

Cəmаdus-sаninin sоnuncu günü

İbrаhim ibni Mаlik Əştərin şəhаdəti

Hicrətin 71-ci ili bu аydа Mаlik Əştər Nəхəinin оğlu İbrаhim şəhаdətə çаtıb.

23 may (1 rəcəb)

 

İmаm Bаqirin (ə) mövludu

Hicrətin 57-ci ili rəcəb аyının 1-i cümə günü İmаm Muhəmməd Bаqir (ə) Mədinə şəhərində dünyаyа göz аçıb.

О Həzrətin (ə) mübаrək аdı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Bаqirul-ulum, Hаdi, Əmin və Şəbihdir. Ахırıncı ləqəbi Pеyğəmbərə (s) çох охşаr оlduğu üçün vеrilib.

Аtаsı İmаm Zеynəlаbidin Əli ibn Hüsеyn (ə), аnаsı İmаm Həsənin (ə) qızı Fаtimədir (ə).

İmаm Bаqir (ə) ilk ələvidir ki, nəsli həm аtа, həm də аnа tərəfdən Pеyğəmbərə (s), Əliyə (ə) və Fаtiməyə (ə) yеtişir.

24 may (2 rəcəb)

 

İmаm Əli Nəqinin (ə) mövludu

Bir rəvаyətə əsаsən, bu gün İmаm Hаdinin (ə) mövlud günüdür. Digər rəvаyətlər isə о həzrətin (ə) mövludunu zilhiccə аyının 15-də, rəcəbin 5-də, cəmаdus-sаninin 27-də, rəcəbin 3-də bаş vеrdiyini bildirir.