Untitled Document
ARAYIŞSIZ KREDİT 6% ENDİRİMLƏ
SEVİLƏN 500+ MAĞAZA BOLKARTLA
MasterCard`la ikiqat bonus al!

Fuad Musayev: “AFFA-nın hədiyyəsindən imtina etdim”

AFFA-nın sabiq prezidenti Fuad Musayev federasiyanın hazırkı rəhbərliyinin hədiyyəsindən imtina edib. Bu haqda Lent.az-a Musayevin özü açıqlama verib.

 

O, səbəbini belə izah edib: “Yanvarın 11-də 75 yaşım tamam oldu. Həmin vaxt ABŞ-ın Nyu-York şəhərində idim. Yubileyimi elə orada ailəmlə birgə qeyd etdik. Quba yəhudilərinə məxsus “Bakı” restoranına getdik. Milli yeməklər hazırlamışdılar. Heç pul da almadılar. O günlərdə AFFA-dan da zəng edərək, məni təbrik etdilər. Mikayıl Nərimanoğlu nə vaxt Bakıda olacağımı soruşdu. Yubileyim münasibətilə yığıncaq təşkil etmək istədiklərini bildirdi. Mən də yanvarın 23-də Bakıya qayıdacağımı dedim. Qayıtdıqdan sonra yenidən əlaqə saxladı, amma yığıncaq barədə bir söz demədi, AFFA adından hədiyyə vermək istədiyini bildirdi. Mən isə imtina etdim”.

 

Musayev bildirib ki, AFFA yubiley münasibətilə yığıncaq təşkil etsəydi, qatıla bilərdi. Hədiyyəni isə o, “Mən uşaq deyiləm” - deyə qəbul etməyib.

 

Öz növbəsində Nərimanoğlu Lent.az-a açıqlamasında Musayevə yığıncaq barədə bir söz deyilmədiyini diqqətə çatdırıb: “Ad günündə AFFA-nın baş katibi Elxan Məmmədov və mən Fuad müəllimin oğlunun telefon nömrəsini taparaq, zəng etdik və ona təbriklərimizi çatdırmalarını xahiş etdik. Amma yığıncaq təşkil edəcəyimizi demədik. Musayev Bakıya qayıtdıqdan sonra isə mən zəng etdim. Həmin vaxt təyyarədən yenicə enmişdi. Hədiyyə vermək istədiyimizi bildirdim. O isə xəstələndiyini və “Əsas odur ki, təbrik etmisiniz” söylədi. Yəni, birbaşa hədiyyəmizdən imtina etmədi. Yubileyi münasibətilə yığıncaq təşkil edib-etməyəcəyini soruşdum. O isə belə planının olmadığını bildirdi”.

 

AFFA rəsmisi bildirib ki, Musayevi daim diqqətdə saxlayıblar və tədbirlərə də dəvət ediblər. Lakin həmin dəvətlərə də sabiq prezident səhhəti ilə əlaqədar gələ bilməyəcəyini deyib. 

 

Qeyd edək ki, Fuad Musayev AFFA-nın ilk prezidenti olub. O, 1992 – 2003-cü illərdə quruma başçılıq edib.

Oxunub

637 dəfə

Tarix

26.02.2013 / 19:00

Xəbər lenti



01 Mart 2013

28 Fevral 2013

Online: 455