Bizimlə əlaqə

Facebook səhifəmiz

Universitetin veb-saytı

International Business School Budapest-in nümayəndəliyinin veb-səhifəsinə xoş gəlmisiniz. Veb-saytı yaratmaqda məqsədimiz bu ali məktəbin Budapeştdə və Vyanadakı korpuslarında təhsil almaq istəyən şəxslərə universitet, onun proqramları, təhsil xərcləri və qəbul qaydaları haqqında məlumat verməkdir. Bizim nümayəndəlik vasitəsilə bu ali məktəbə müraciət edən tələbələrə ödənişsiz xidmət göstəririk. Ali məktəbdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Elektron poçt ünvanımız (info@ibs-budapest.com) həmişə üzünüzə açıqdır, Universitetə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara 24 saat ərzində cavab verməyə hazırıq.

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.

IBS-də oxumağın üstün cəhətləri:
- Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
- Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
- Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı;
- Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması;
- Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi;
- Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
- Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;
- Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması; 
- Təhsili bitirdikdə Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan universitetin diplomunu almaq; 
- Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra 300-dən çox nüfuzlu partnyor şirkətdə (IBM, BMW, Deutche Bank, Vodafone, Sony, PwC və s.) yüksək səviyyəli işlər tapması.