Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Respublikanın bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi ilə əlaqədar aşağıdakı dəyişikliklər edilsin:

 

Bakı şəhəri üzrə

 

Suraxanı rayonundakı Kirov qəsəbəsi Yeni Suraxanı qəsəbəsi adlandırılsın.

 

Ağdam rayonu üzrə

 

Kican kəndi Ballıqaya, Maniklu kəndi Məlikli kəndləri adlandırılsın.

 

Ağstafa rayonu üzrə

 

Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi, Kirovka kəndi Həsənsu, Yeni kənd kəndi Aşağı Kəsəmən, Marksovka kəndi Xətai kəndləri adlandırılsın.

Xətai kənd Sovetinin ərazisindəki yaşayış məntəqəsi Qaçaq Kərəm kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

 

Ağsu rayonu üzrə

 

Birinci Aratkənd kəndi Maşadqanlı, İkinci Aratkənd kəndi Aratlı—Curuğlu, Leninabad kəndi Sanqalan kəndləri adlandırılsın.

 

Beyləqan rayonu üzrə

 

Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılsın.

 

Biləsuvar rayonu üzrə

 

Konstantinovka kəndi İsmətli kəndi adlandırılsın.

 

Quba rayonu üzrə

 

Petropavlovka kəndi Dəlləkli, Yelenovka kəndi Hacıhüseynli-kəndləri adlandırılsın.

 

Daşkəsən rayonu üzrə

 

Şarukkar kəndi Kəmərqaya, Gedəmiş kəndi Suqovuşan, Kətişen kəndi Çaykənd kəndləri adlandırılsın.

 

Zaqatala rayonu üzrə

 

Verxiyan kəndi Bəhmənli kəndi adlandırılsın.

 

Gəlbəcər rayonu üzrə

 

Aracadzor kəndi Dovşanlı, Arutunaqomer kəndi Qızılqaya, Aterk kəndi Həsənriz, Vaqaus kəndi Qozlu, Verin Oratağ kəndi Yuxarı Oratağ, Vənkli kəndi Vənkli, Qarnakar kəndi Çormanlı, Qoçoqot kəndi Yayıcı, Drmbon kəndi Heyvalı, Nareştar kəndi Narınclar, Poqosoqomer kəndi Dəvədaşı, Tsmaqahoğ kəndi Bazarkənd, Hetavan kəndi Qozlukörpü, Şahmasur kəndi Şahmansurlu kəndləri adlandırılsın.

 

Goranboy rayonu üzrə

 

Erməni Borisi kəndi Börü, Manaşid kəndi Mənəşli, Sarov (erm.) kəndi Sarovlu kəndləri adlandırılsın.

 

Saatlı rayonu üzrə

 

Otradnoye kəndi Qazanbatan, Krasnoselski kəndi Qara Nuru, Oktyabrabad kəndi Şirinbəyli kəndləri adlandırılsın.

Mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilsin.

 

Sabirabad rayonu üzrə

 

Axtaçı Şaumyan kəndi Axtaçı, Şaumyanovka kəndi Məmişlər kəndləri adlandırılsın.

 

Samux rayonu üzrə

 

Səfərəliyev qəsəbəsi Nəbiağalı qəsəbəsi adlandırılsın.

 

Tərtər rayonu üzrə

 

Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi, Ağabəyəlenc kəndi Ağabəyyalı, Akop Kamari kəndi Lüləsaz, Qarmiravan kəndi. Qızıloba, Levonarx kəndi Köyarx, Mağavuz kəndi Çardaqlı, Metsşen kəndi Ulu Qarabəy, Minqrelks kəndi Meqrelalay, Möhrətağ kəndi Kiçik Qarabəy, Nerkin Oratağ kəndi Aşağı Oratağ, Cerabert kəndi Çiləbürt kəndləri adlandırılsın.

 

Xanlar rayonu üzrə

 

Çirakidzor qəsəbəsi Çıraqdərə qəsəbəsi, Quşçu Armavir kəndi Quşçu Göran, Martunaşen kəndi Qarabulaq kəndləri adlandırılsın.

 

Xocavənd rayonu üzrə

 

Akaku kəndi Ağdam, Aşan kəndi Heşan, Banazur kəndi Binədərəsi, Qarahonc kəndi Qarazəmi, Qişi kəndi Kiş, Qoçbek kəndi Qoçbəyli, Quzeyqaler kəndi Quzeyxırman, Domı kəndi Binə, Zamzur kəndi Dərəkənd, Komraquç kəndi Qırmızıqaya, Kert kəndi Quzumkənd, Kolxozaşen kəndi Arpadüzü, Kavahan kəndi Kavahın, Günəyqaler kəndi Güneyxırman, Masmına kəndi Ağbulaq, Maçkalaşen kəndi Cütçü, Metstağlar kəndi Böyük Tağlar, Məmmədadzor kəndi Məmməddərə, Miruşen kəndi Mirikənd, Ninki kəndi Cəmiyyət, Norşen kəndi Yenikənd Paravatumb kəndi Qarıtəpə, Sıxtoraşen kəndi Şıx Dursun, Spitakşen kəndi Ağkənd, Tyak kəndi Dağdöşü, Tsur kəndi Sor, Traxtik kəndi Zoğalbulaq, Xnuşinak kəndi Xanoba, Xtsabert kəndi Çaylaqqala, hatsi kəndi Çörəkli, Herher kəndi Qarqar,Hintağlar kəndi Köhnə "Tağlar, Şaqax kəndi Şahyeri, Sərkisaşen kəndi Çağadüz kəndləri adlandırılsın.

 

Xocalı rayonu üzrə

 

Qarmiküc kəndi Qızıloba, Dəhrəv kəndi Qayabaşı, Daşuşen kəndi Daşkənd, İlis kəndi Qarakötük, Mehdişen kəndi Mehdibəyli, Moşxmhat kəndi Quşçubaba, Mxitarikənd kəndi Muxtar, Naxçıvanik kəndi Naxçıvanlı, Nerkin Sıznek kəndi Aşağı Yemişcan, Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ, Noraküh kəndi Təzəbinə, Rev kəndi Şəlvə, Sardaraşen kəndi Sərdarkənd, Saruşen kəndi Dağyurd, Seyidişen kəndi Seyidbəyli, Xanazax kəndi Xanyurdu, Xantsk kəndi Xanyeri, Xndzristan kəndi Almalı, Kötük kəndi Ağkədik kəndləri adlandırılsın.

 

Şamaxı rayonu üzrə

 

Şirvanzadə kəndi Xoylu kəndi adlandırılsın.

 

Şəmkir rayonu üzrə

 

Lenin qəsəbəsi Çinarlı qəsəbəsi, Kolxozkənd kəndi Bayramlı, Engelskənd kəndi İrmaşlı kəndləri adlandırılsın.

 

Şuşa rayonu üzrə

 

Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılsın.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 29 dekabr 1992-ci il.

 № 428.