KREDIT AL – NISSAN QAZAN
BOLKART MASTERCARD -HƏR YERDƏ RAHAT ÖDƏNİŞ
AVTO KREDIT- 14%-dən başlayaraq

Ariel Şaron vəfat etdi - YENİLƏNİB

Səkkiz ildir komada olan İsrailin sabiq baş naziri Ariel Şaron vəfat edib.


 

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu ayın əvvəlində A.Şaronun səhhəti kəskin pisləşib. Əvvəlcə böyrəkləri, sonra isə həyati əhəmiyyətli digər orqanları fəaliyyətini dayandırıb.

 

Yanvarın 9-da A.Şaronun müalicə aldığı “Xaim Şeba” klinikasının mətbuat katibi David Veyndberq APA-nın sorğusuna cavab olaraq bildirib ki, keçmiş baş nazirin komadan çıxmaq və həyatda qalmaq şansı sıfıra bərabərdir.

 

Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb. 

 

Yazar

Lent.az

Oxunub

878 dəfə

Tarix

11.01.2014 / 17:48

Xəbər lenti



13 Yanvar 2014

Online: 1228