Tahir Talıblı 1948-ci ilde Azerbaycanın en ünlü bölgelerinden biri olan Dağ Borçalıda anadan olub. 1970-ci ildən poetik eserleri ve publisistik yazılarını metbuatda çap olunur. İlk şeirleri "Azərbaycan gencleri" qezetinde derc olunub. 1992-1993-ci illerde "Yeni fikir" qezetin baş redaktoru işleyib. Azerbaycan Devlet Televiziya ve Radio Verilişleri Şirketinde Radio verilişleri redaksiyasının Güney Azerbaycan bölümünde redaktor vazifesinde çalışıb. Daha sonra radioda "Halk yaradıcılığı" redaksiyası yaradılıb. Tahir bey de könlü ve ruhu ona doğma olan bu redaksiyada çalışmağa başlayıb. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yokmuş", "Hayıra qenşer", "Aşıq gördüyünü çağırar" ,"Yerin-yurdun adın andım", "İlme", "Divani saz-söz meclisi", "Dastan saatı", "Qerib akşamlar", "Terekeme" folklor reqs toplusu”, "Yurd yeri", "Soyumuz-soykökümüz" “İrevan Çukuru” kimi verilişleri yarandığı günden dinleyicilerin böyük marağını qazanıb.
Azerbaycan radiosunun en uğurlu verilişlerinden biri olan “Bulaq” verilişi 1969-cü ilin noyabrında efire çıkmaya başlayıb. Uzun iller bu verlişin baş redaktoru ünlü yazıçı Mövlud Süleymanlı olub. Artıq 15 ildir Tahir Talibli "Bulaq" verilişinin ssenari müellifidir. O, eyni zamanda radionun "Halk yaradıcılığı" redaksiyasının verilişlerinde Türk halklarının folklor ilişkilerini ilk defa olarak yayınlayan müelliflerden biridir. “Şu”, “Bilqamış”, “Alpamış”, “Koblantı Batır”, “Ural-Batır”, “Altun Arıq”, “Manas” eposlarını ortak türk kültürü ve edebiyyatı kimi ilk defa tebliğ eden müelliflerden biridir. Tahir Talıblı hal-hazırda "Halk yaradıcılığı" redaksiyasının baş redaktorudur.
Gəlir
Enidbi tanrıdan, haqdan,
Dərddi yenə bizə gəlir.
Gedən aldanışa gedir,
Gələn hələ duza gəlir.
Mayası qudurub nəfdən,
Kefcili bayılıb kefdən.
Əzrayılla hər tərəfdə,
Adamlar üz-üzə gəlir.
Beləcə doğub törəyib,
Qurdu qəmgin, quşu qərib.
Bizi yiyəsizmi görüb,
Ölüm üstümüzə gəlir.
Haqq
Yazı – haqq təala ilə öz arasındakı,
Məsafəni, vaxtı görə bilməkdi.
Dünya min ilki dünyadı,
Elə bildirki dünyadı.
Bir üzdə iki dünyadı,
Yoxdandımı, haqdandımı?
İçimdə yollar yorulub,
Gözümdə göylər yumulub,
Qırılan haqdan qırılıb,
Azdandımı, çoxdandımı?
Ağırı quşlar götürmür,
Qurunu yaşlar bitirmir,
Mənimki başdan gətirmir,
Bəxtdəndimi, vaxtdandımı?
Eylə
Haqsız qaldım, muzdsuz gəzdim,
Əlim haqqa yetər eylə.
Axırda canımdan bezdim,
Yadı məndən betər eylə.
Yetim quzu tək teyləndim,
Bəxtə, yığvala söykəndim.
Gəldim, qapında əyləndim,
Ya sat, ya da nökər eylə.
Gəlmişdim ki, haqqı bulum,
Ədəb görüm, ərkən bilim.
Gördüm min yol yeydi ölüm,
Apar lap təzə tər eylə.
Ürəyimə
Hər adam dərdi tanımaz,
Dərd tanımaz hər adamı.
Dərdlər var ki, qəbirdə də
Gəlib yoxlayar adamı.
Ürəyimə düşən çatlar,
İçimi yüz yerdən odlar.
Bir-birindən yeyik dərdlər
Diri saxlayar adamı.
Bir gün məni də duyallar
Duyub şeytanı söyəllər
Elə belə də deyəllər
– Bu ruhuymuş, qar adamı?
Tale
Bu tale dediyin nədi
Bir əlcə varaqdı yoxsa?!
Bir üzü qara yazılı
O bir üzü ağdı yoxsa?!
Gedən yollar uzaqdımı,
Gələn günlər sazaqdımı?!
Mənimki yaşamaqdımı
Adicə maraqdı yoxsa?!
Ömür də bir ömür deyil,
Səbir də bir, dəmir deyil.
Son yerimiz qəbir deyil,
Bir qızıl otaqdı yoxsa?!
Qorxu
Gedirsən yoluna çıxır,
Durursan qarşına gəlir.
Qorxudu, qorxduqlarındı,
Hamısı başına gəlir.
Dağına, daşına gələnlər,
Qurduna, quşuna gələnlər.
Sonda başına gələnlər,
Əvvəldə tuşuna gəlir.
Azında çoxun qurtarır,
Gözündə yuxun qurtarır.
Elə ki, qorxun qurtarır,
Ölüm də xoşuna gəlir.