fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Təqdimat: Aqil Nəbiyev

yanvar 13, 2013 | A Komanda
photo
Aqil Nəbiyev

"Bakı" futbol klubu üış transfer pəncərəsində ilk trensferini gerçəkləşdirirb. Təcrübəli müdafiəçi Aqil Nəbiyevlə 1,5 illik müqavilə imzalanıb. 

Aqil Nəbiyev 16 iyun 1982-ci il tarixdə Tovuz şəhərində (Azərbaycan) anadan olub. Ampluası müdafiəçidir. Premyer Liqada yer alan müxtəlif klubların heyətində çıxış edən Aqil eyni zamanda da Azərbaycan milli komandasının heyətinə cəlb edilən futbolçulardan biridir.

Aqil məmmədov peşəkar futbol karyerasına doğma şəhərində başlayıb. Boyu 187 sm, çəkisi 80 kq-dır.

30 yaşlı müdafiəçi 1999-2006-cı illərdə "Turan"nın idman şərəfini qoruyub. Nəbiyev Tovuz klubunun heyətində 145 oyun keçirib.

2006-cı ildə AZAl-a transfer olunan futbolçu son mövsümədək bu klubun formasını daşıyıb. AZAl-ın heyətində 100-dən artıq oyun keçirən Aqil Nəbiyev arada "Neftçi"nin sıralarına da dəvət olunub və bu klubda oynayıb.

Aqil Nəbiyev Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.

2013-cü ilin yanvar ayından etibarən "Bakı"ya transfer olunub və 2014-cü ilin iyun ayına qədər klubumuzun uğurları üçün çalışıacaq.




photo photo photo photo photo photo