Xəbərlər

PREZİDENT İLHAM ƏLİYEV DÖVLƏT BAYRAĞI MEYDANI ÜÇÜN 10 MİLYON MANAT ƏLAVƏ VƏSAİT AYIRDI

2009-10-26 - 19:45:00



"Media forum" saytı xəbər verir ki, oktyabrın 26-da prezident İlham Əliyev Bakıda yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün 10 milyon manat məbləğində əlavə vəsait ayrılması haqda sərəncam imzalayıb.

Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılaraq Bakı Şəhər İcra Hakimiyyətinin hesabına köçürüləcək.

Bakıda Dövlət bayrağı meydanının yaradılması haqqında prezident 2007-ci il noyabrın 17-də sərəncam verib. Hazırda bununla bağlı tikinti-quraşdırma və abadlaşdırma işləri davam etdirilir.

Bakıda Dövlət bayrağı meydanının yaradılması haqda prezident İ.Əliyev 2007-ci il noyabrın 17-də sərəncam imzalayıb. Həmin il dekabrın 30-da Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında meydanın təməli qoyulub.

20 min kvadratmetr ərazisi olan meydanda ucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə ölçüsü 35x70 metr, sahəsi 2450 kvadratmetr olacaq. Dövlət bayrağının çəkisi 350 kiloqram olacaq.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

        Rambler's Top100