Ana s?hif? Seçilmi?l?r? ?lav? et Biz? yaz?n

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - ¹40

 
Dünya universitetləri:

Tsinxua Universiteti

Bookmark and Share
  Yerləşir:

 ÇXR,  Pekin şəhəri

 
Yaranma tarixi: 1911-ci il
Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı:  7235 nəfər
Tələbələrin ümumi sayı: 26746 nəfər
Rəsmi saytı:

www.tsinghua.edu.cn

Tsinxua Universiteti (Tsinghua University) Çin Xalq Respublikasının paytaxtı  Pekin şəhərində yerləşir və ölkənin ən yaxşı ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tsinxua Universiteti 100 ən yaxşı ali məktəb arasında 49-cu yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Tsinxua Universiteti 58-ci yeri, "QS World University Rankings"in açıqlamasına görə isə 54-cü yeri tutub.

Tsinxua Universiteti Çin universitetlərini birləşdirən "C9 Liqası"na daxildir.  

Tarixi 

1911-ci ildə Pekin şəhərində öncə Min, sonra isə Tsin kral sülaləsinə məxsus bağda Tsinxua Kolleci (Tsinghua Xuetang) yaradılır. Bu kollec dövlət tərəfindən ABŞ-a təhsil almağa göndərilən gənclərin oxumağı üçün ilkin mərhələ rolu oynayır. Kollecin professor-müəllim heyətini də ABŞ-dan dəvət olunmuş şəxslər təşkil edirdilər. 1912-ci ildə kollec Tsinxua Məktəbi adlandırılır.

1928-ci ildə məktəbin adı hökumət tərəfindən rəsmi olaraq dəyişdirilərək Tsinxua Milli Universiteti olur. İkinci Dünya müharibəsi dövründə Çinin Pekin, Nankin, Tsinxua universitetləri, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilir. Müharibədən sonra Tsinxua Universiteti Pekinə qaytarılır və fəaliyyətini davam etdirməyə başlayır.

1949-cu ildə Çində vətəndaş müharibəsi zamanı kommunist çevrilişindən və Çin Xalq Respublikasının yaradılmasından sonra Tsinxua Universitetinin prezidenti Mey Yi-Qi və bir neçə professor Tayvana qaçır və orada 1955-ci ildə Tayvanın Milli Tsinxua Universitetini yaradırlar.

1952-ci ildə Çin Xalq Respublikası hökuməti sovet təhsil sisteminə uyğun olaraq ali məktəbləri xüsusi ixtisaslaşmış ayrıca institutlara bölür. Hüquq, kənd təsərrüfatı, dəqiq və humanitar elmlər Tsinxua Universitetindən alınır və ali məktəb politexnik yönümlü universitetə çevrilir. Universitet texniki elmlərin inkişafına görə çox uğurlar qazanır. Lakin 1980-ci ildən sonra burada fənlərarası proqramlar tətbiq olunmağa başlayır. Nəticədə bir neçə məktəb yenidən bərpa edilir, eləcə də yeniləri yaranır (Elmlər, Biznes və Menecment, Humanitar və Sosial Elmlər, Hüquq, Dövlət Siyasəti və İdarəetmə məktəbləri, Dizayn və İncəsənət Akademiyası). 

Büdcə və təhsil haqqı 

Tsinxua Universitetində təhsil haqqı tələbənin seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Bakalavr pilləsində təhsil haqqı 20000-50000 yuan, magistratura pilləsində 30000-70000 yuan, doktorantura pilləsində isə 30000-60000 yuan arasında dəyişir.

Bu ali təhsil ocağında 1000-ə qədər əcnəbi tələbə yerləşdiriləcək yataqxanalar mövcuddur. Yataqxanalarda İnternet, telefon, kondisioner, televizor və s. avadanlıqlarla təchiz edilmiş bir, iki və daha çox nəfərlik otaqlar tələbələrin istifadəsinə verilib. Otaqların 1 sutkalıq qiyməti 40-100 yuan arasında dəyişir. Kampusda tələbələrə tibbi xidmət göstərilir. Tibbi sığortanın 1 illik qiyməti 600-1000 yuandır.   

Universitet bu gün 

Tsinxua Universitetinin kampusu Pekin şəhərinin şimal-qərbində universitetlər və digər akademik müəssisələr üçün nəzərdə tutulmuş Haydyan rayonunda 395 hektar ərazidə yerləşir. Tsin kral sülaləsinə məxsus bağda tikilmiş kampusda Çin memarlıq nümunəsinə aid binalar, Çin üslubunda salınmış bağ və parklar mövcuddur. Burada ilk vaxtlar Amerika məktəbi fəaliyyət göstərib, bu da kampusun binalarının rəngarəngliyinə təsir edib. Şəhərcikdə Qərb memarlıq üslubuna aid çoxlu sayda tikili var. Urban-Şampeyndəki İllinoys Ştatı Universitetinin 1914-cü ildə məzunu olmuş T.Çuanq Tsinxua Universiteti şəhərciyinin tikintisində iştirak edib və işində Amerika memarlıq üslubuna müraciət edib. Tsinxua Universitetinin simvolu qədim darvazadır. Kampusun ən məşhur yerlərindən Qonq Zi Tinq kral imarətini, Hi Tanq Yu Se (Ay işığı düşən göl), Böyük auditoriya, Tsinxua rəsədxanasını, Tsinxua Elm parkını və s. nümunə göstərmək olar. "Forbes" jurnalı 2010-cu ildə Tsinxua Universitetinin kampusunu dünyanın ən gözəl universitet şəhərciklərindən biri kimi dəyərləndirib. Bu ali məktəb həmin siyahıda adı olan yeganə Asiya universitetidir.

Tsinxua Universitetinə aid bütün akademik, inzibati, yaşayış binalarının hamısı kampusda yerləşir. Yalnız universitetin Pekin şəhərinin şimalındakı Nüvə və Yeni Enerji Texnologiyaları İnstitutu istisna təşkil edir.

Tsinxua Universiteti aşağıdakı məktəb və fakültələrdən ibarətdir:

Memarlıq Məktəbinin nəzdində Memarlıq, Şəhərsalma və layihələşdirmə, Tikinti elmləri, Landşaft arxitekturası departamentləri fəaliyyət göstərir.

Vətəndaş Mühəndisliyi Məktəbində Vətəndaş, Hidravlik mühəndisliyi, Tikinti İdarəetməsi departamentləri mövcuddur.

Maşınqayırma Məktəbində Mexanika mühəndisliyi, Dəqiq cihazlar və maşınqayırma, İstilik, Avtomotiv, Sənaye mühəndisliyi departamentləri mövcuddur.

Kosmos Məktəbinin nəzdində Mühəndislik mexanikası, Aeronavtika və Astronavtika departamentləri fəaliyyət göstərir.

İnformasiya Elmləri və Texnologiya Məktəbində Elektronika mühəndisliyi, Kompüter elmləri və Texnologiya, Avtomatlaşdırma, Mikroelektronika və Nanoelektronika departamentləri, Software (Proqram Təminatı) Məktəbi, Mikroelektronika İnstitutu fəaliyyət göstərir.

Elmlər Məktəbinə Riyaziyyat elmləri, Fizika, Kimya departamentləri daxildir. 

Humanitar və İctimai Elmlər Məktəbində Fəlsəfə, Çin dili və ədəbiyyatı, Xarici dillər, Tarix, Sosiologiya, Siyasi elmlər, Beynəlxalq əlaqələr, Psixologiya departamentləri mövcuddur.

İqtisadiyyat və İdarəetmə Məktəbinə İdarəetmə elmləri və mühəndislik, İqtisadiyyat, Maliyyə, Mühasibatlıq, İnnovasiya və sahibkarlıq, İnsan resursları və təşkilatçılıq, Biznes strategiyası və siyasət, Marketinq departamentləri daxildir.

Tibb Məktəbinin nəzdində Tibb, Əczaçılıq elmləri, Biotibbi mühəndislik departamentləri fəaliyyət göstərir.

Jurnalistika və Kommunikasiya Məktəbi 2002-ci ildə yaradılıb. Məktəbdə Beynəlxalq Kommunikasiya, Yeni Media Tədqiqatları, Film və Televiziya, Media İdarəetmə və Mədəni Sənaye Elmləri mərkəzləri fəaliyyət göstərir.

İctimai Siyasət və İdarəetmə Məktəbi MA, Ph.D, MPA, MID akademik proqramları təklif edir. Məktəbin Beynəlxalq Strategiya və İnkişaf, Tayvan Tədqiqatları, İctimai siyasət, Hökumət institutları, Çin tədqiqatları, NGO elmi-tədqiqat mərkəzləri mövcuddur. 

Hüquq Məktəbində Kommersiya hüququ, Mülki hüquq, Hüquqi Norma və İnsan Haqları, İntellektual mülkiyyət hüququ, Konstitusiya qanunu və Mülki hüquq, Beynəlxalq hüquq, Tsinxua hüquq jurnalı və s. mərkəzlər fəaliyyət göstərir.

Həyat Elmləri Məktəbi Biofizika və Struktur biologiyası, Hüceyrə və inkişaf biologiyası, Halobois, Daxili institutlardan, Biomembran və membran biotexnologiyası, Antişiş zülalı terapevtik texniki, Pekin aparıcı protein laboratoriyalarından, Eksperimental biologiya mərkəzindən ibarətdir.

İncəsənət və Dizayn Akademiyası İncəsənət tarixi, Sənaye dizaynı, Ekoloji incəsənət dizaynı, Keramika dizaynı, Vizual əlaqələndirmə dizaynı, Tekstil və moda dizaynı, İncəsənət və sənətkarlıq, Rəssamlıq, Heykəltəraşlıq, İncəsənət və Dizayn informasiyası departamentlərindən ibarətdir.

Yuxarıda sadalananlarla yanaşı, Tsinxua Universitetində Marksizm məktəbi, Elektrik mühəndisliyi, Fizika texnologiyası, Kimya texnologiyası, Fiziki təhsil departamentləri fəaliyyət göstərir

Tsinxua Universitetinin kitabxana sisteminə 3,5 milyon cilddən çox kitab,  300000 qədim kitab, qəzet, dissertasiya, 70000 mikroforma, 30000 dissertasiya, eləcə də 920000 elektron kitab, 42000 elektron jurnal və s. daxildir.  Universitetin kitabxanası 1912-ci ildə yaradılıb, 1994-cü ildə isə kitabxananın yeni binası istifadəyə verilib. Hazırda kitabxana kampusda 28 min m2 ərazini əhatə edir. 1990-cı illərdən başlayaraq kitabxana avtomatlaşdırma və şəbəkəyə çıxış üzrə böyük nailiyyətlər əldə edib. 

Tsinxua Universitetinin prezidenti, eləcə də Elmi Dərəcələrlə Təltif Etmə Komitəsinin sədri, ixtisasca mühəndis-fizik Qu Binqlindir. Yeddi vitse-prezident ali məktəbin idarəolunmasında prezidentə yardım edir.  Universitet Şurasının sədri Hyu Hepinqirdir, onun isə 12 vitse-köməkçisi var. Akademik İşlər üzrə Komitənin sədri Qian Yidir. Bu ali məktəbdə ümumilikdə 7235 nəfər işçi çalışır. Onların 4868 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir. Akademik heyət arasında 1142 nəfər professor, 37 nəfər Çin Elmlər Akademiyasının, 37 nəfər Çin Mühəndislik Akademiyasının üzvü, 2 nəfər Nobel, 1 nəfər Türinq (Endryu Çi-Çin Yao) mükafatı laureatı var. Müəllimlərin əməkhaqqı ildə orta hesabla 40000-65000 yuan təşkil edir.

Bir sıra dünya liderləri Tsinxua Universitetinin fəxri doktorlarıdır və burada mühazirələrlə çıxış ediblər. Həmin şəxslərdən Bill Klintonu, Toni Bleyeri, Henri Kissinceri, Karlos Qosnu, Henri Polsonu qeyd etmək olar.

2009-2010-cu tədris ilində Tsinxua Universitetində 26746 nəfər tələbə təhsil alıb. Tələbələrin 13915 nəfərini bakalavr, 7515 nəfərini magistrant, 5316 nəfərini isə doktorantlar təşkil ediblər. Əcnəbi tələbələrin sayı həmin tədris ilində 2740 nəfər olub. Dünyanın 114 ölkəsindən gələn əcnəbi gənclər arasında Koreya, ABŞ, Kanada, Almaniya, Yaponiyadan olanlar çoxluq təşkil edirlər. Əcnəbilər, əsasən, dəqiq elmlər və mühəndislik sahələri üzrə təhsil almaq məqsədi ilə bu ali məktəbi seçirlər.

Tsinxua Universiteti özünün yüksək elmi səviyyəsi və təhsil keyfiyyəti ilə dünyada xüsusi nüfuza malikdir. Gələn il 100 illik yubileyini qeyd edəcək universitet öz ölkəsində yüksək səviyyəli kadr hazırlayan dövlət ali təhsil ocağıdır. Mərkəzi hökumət və Maarif Nazirliyinin köməyi, onların tədqiqatlara ayırdığı qrantlar, "Layihə 211" və "985-ci Plan" Dövlət Proqramlarının dəstəyi nəticəsində universitet yeni inkişaf mərhələsinə qədəm qoyub. Tsinxua Universitetinin gələcək strateji məqsədi Çində kadr və sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün yeni çoxprofilli təhsil və elmi proqramlar həyata keçirmək, innovasiya tipli nəhəng elmi-tədqiqat mərkəzinə çevrilməkdir. Şüarı "Şəxsi intizam və ictimai məsuliyyət", əzmi isə "Fəaliyyət sözlərdən daha uca danışır" kəlmələrindən ibarət olan Tsinxua Universiteti özünü Çin cəmiyyətinin rifahı və dünya elminin inkişafına həsr edib.  

Universitetin məşhur məzunları 

  Hu Szintao Çin Xalq Respublikasının prezidenti  
  Si Szinpin Çin Xalq Respublikasının vitse-prezidenti  
  Çju Ronqji   Çin Xalq Respublikasının sabiq Baş naziri  
  Tzya Çunvanq  Çinin sabiq dövlət təhlükəsizliyi naziri      
  Tsunq-Dao Li  fizika üzrə Nobel mükafatı laureatı  
  Yanq Çen Ninq   fizika üzrə Nobel mükafatı laureatı  
  Şinq-Şen Çern riyaziyyat üzrə Vulf mükafatı laureatı  
  Lyan Qiçao alim, jurnalist, filosof, reformator  
  Syan Çjunşu  məşhur Çin yazıçısı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
S?hif?nin ba??na qalx Nömr?nin müd?ricat?na dön"Dünya universitetl?ri" bölm?sin? get

S?hif?nin ba??na qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - ¹40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov