08 November 2014

Это название сайта важное для поисковиков

MARAQLI

Bin Ladinin ölümü ilə bağlı yeni faktlar üzə çıxdı - ARAŞDIRMA

Şərh: 0
Oxunma: 564
Bin Ladinin ölümü ilə bağlı yeni faktlar üzə çıxdı - ARAŞDIRMA

ABŞ Əl-Qaidə lideri Usame Bin Ladin-in ölümündən 3 il sonra onun həyatına son verən güllənin kimin silahından çıxdığını araşdırır.

Bugun.az BBC-yə istinadən xəbər verir ki, Amerika hərbi donanmasının ehtiyatda olan 38 yaşlı donanma kapitanı Robert O`Neill "Washington Post" qəzetinə verdiyi açıqlamada Bin Ladini onun öldürdüyünü söyləyib. Amma, bu Bin Ladinin öldürülməsi əməliyyatında iştirak edən və həmin gün nələr baş verdiyini 2012-ci ilə yayımladığı kitabında qeyd edən Matt Bissonnette-nin fikirləri ilə üst-üstə düşmür.

Qeyd edək ki, Usame Bin Ladin Pakistanın Abbotabad şəhərindəki gizli sığınacağına edilən basqın sırasında öldürülüb, cəsədi isə dənizə atılıb.

Donanma hərbçiləri qoyulan qadağalara görə orduda baş verənləri mətbuata açıqlaya bilməzlər. Amma, 2012-ci ildə Robert O`Neill adını açıqlamadan Bin Ladini öldürdüyünü "Esquire" adlı dərgiyə bildirmişdi.

Robert O`Neill-in verdiyi məlumata görə, o və adını açıqlamadığı silahdaşı Abbatabad-da nərdivanla 3 mərtəbəyə çıxdıqlarında Bin Ladinin otaqların birindən başını çıxardığını görüblər. Silahdaşı Bin Ladini nişan alır, lakin güllə yan keçir. Bu vaxt isə O`Neill-in özü silaha əl atır və Əl-Qaidə liderini başından vurur.

Pentaqon rəsmiləri isə bu barədə hələ ki, açıqlama verməsələr də, Bin Ladini öldürənin O`Neill olduğunu nə təqsdiq, nə də ki, inkar edirlər.

Qeyd edək ki, Bissonnette "Rahat gün yoxdu" adlı kitabında Bin Ladini özünün öldürdüyünü söyləmişdi.

 

Bugun.az / Çingiz Xan

AÇAR KƏLMƏLƏR

Bu xəbərə yazılan şərhlər (0)

Xəbər 24

FOTOQALEREYA

Şuşadan son Fotolar

Şuşadan son Fotolar

Köşə yazarları