çərşənbə axşamı günü, 02 İyun, 2015 Yerli vaxt 17:44

Azərbaycan

ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib [Fotoqalereya]

Səfir Xocalı hadisələrində həlak olmuş Əlif Hacıyev və Milli Qəhrəman, jurnalist Çingiz Mustafayevin də məzarlarını ziyarət edib

ABŞ səfiri Robert Sekuta Şəhidlər xiyabanını ziyarət edir
ABŞ səfiri Robert Sekuta Şəhidlər xiyabanını ziyarət edir

Fevralın 25-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəhidlər Xiyabanını ziyarət edib.

ABŞ səfiri 20 Yanvar şəhidləri ilə yanaşı, Qarabağ münaqişəsi zamanı həlak olmuş jurnalist Çingiz Mustafayevin və Xocalı hadisələrində həlak olmuş, Xocalı hava limanın rəisi Əlif Hacıyevin məzarlarırna gül dəstələri qoyub.

“Səfir Sekuta öz hörmətini ifadə etmək və Azərbaycanın qəhrəmanları haqqında öyrənmək üçün Şəhidlər Xiyabanını ziyarət edib”, deyə ABŞ səfirliyi Facebook səhifəsində yazıb.

  • ABŞ səfiri Robert Sekuta Xocalı hadisələrində həlak olmuş Əlif Hacıyevin məzarını ziyarət edir
  • ABŞ səfiri Robert Sekuta jurnalist Çingiz Mustafayevin məzarını ziyarət edir
  • Şəhidlər xiyabanı

Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

AMERİKANA

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələrii
X
Emil Quliyev
02.06.2015
Amerikana proqramının növbəti buraxılışında ABŞ dövlətinin banisi Corc Vaşinqtonun yaşadığı evdə qonağıq.
Video

Video Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələri

Amerikana proqramının növbəti buraxılışında ABŞ dövlətinin banisi Corc Vaşinqtonun yaşadığı evdə qonağıq.
Video

Video Türk diasporu Vaşinqtonda beynəlxalq festival təşkil edib

Beynəlxalq Dil və Mədəniyyət Festivalı zəngin fərqli mədəniyyətlər arasında dialoq qurmaq ümidlərinin toxumlarını səpir. Beynəlxalq Dil və Mədəniyyət Festivalı 160 ölkədən 1000-dən çox tələbə arasından hər il dünya boyu keçirilən tədbirdə iştirak etmək üçün şagirdlər seçir.
Video

Video Amerikana: Vaşinqtonda "Uşaqlar üçün Novruz"

"Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi bu mərasim əyləncə ilə yanaşı maarifləndirici xarakter daşıyıb
Video

Video Amerikana: Azərbaycanlıların Off-Roading həyəcanı

Hətta amerikalıların özləri üçün o qədər də populyar olmayan bu əyləncə növü ABŞ paytaxtı yaxınlığında yaşayan azərbaycanlıların marağını cəlb edə bilib
Video

Video Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsi

Çoxları onun adını eşitməsə də, həmtəsisçisi olduğu OL! Hərəkatı, Azad Fikir Universiteti kimi layihələr xüsusilə gənclər arasında çox tanınır. Amerikanın Səsinin Amerikana proqramının bu dəfəki qonağı Vüqar Salamlıdır!O, hazırda Harvard Universitetinin tələbəsidir.
Sorğu arxivi

BLOGLAR