IEA 2020-ci ildə neftin qiymətinin $80 olacağını proqnozlaşdırır

Foto: IEA 2020-ci ildə neftin qiymətinin $80 olacağını proqnozlaşdırır / Energetika

Bakı. Trend:

Neftin bir barrelinin qiyməti bu il aşağı qalacaq, amma 2020-ci ildə bir barelin qiyməti 80 dollaradək qalxacaq. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Beynəlxalq enerji agentliyinin (IEA) baş direktoru Fatih Birol deyib.

"Bu il qiymətlərin əvvəlki kimi aşağı səviyyədə olduğunu, lakin 2017-ci ilin ortasından biz sıçrayış gözləyirik. 2020-ci ildə barrelin qiyməti 80 dollara qalxacaq", - deyə Birol bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az

Məqalədə:
 
Ən çox oxunanlar
Xəbər lenti