şənbə, Mart 05, 2016 Bakı vaxtı 05:00

    Verilişlər / Araşdırma

    Güc strukturlarının həbs olunmuş rəhbərləri

    1. İxtiyar Şirinov – keçmiş Baş prokuror

    1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

    2. İsgəndər Həmidov – keçmiş Daxili İşlər naziri
    İsgəndən Həmidov -- Azərbaycanın keçmiş Daxili İşlər naziri

    1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdn azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.



    3. Nəriman İmranov – keçmiş Milli Təhlükəsizlik naziri 

    Nəriman İmranov - keçmiş Milli Təhlükəsizlik naziri

    1944-cü ildə Ermənistanda anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-ci il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.






    4. Rəhim Qazıyev – keçmiş Müdafiə naziri

    Rəhim Qazıyev -- Azərbaycanın keçmiş Müdafiə naziri
    1943-cü ildə Şəkidə anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il martından 1993-cü il fevralına qədər müdafiə naziri vəzifəsində çalışıb. Şuşa şəhərinin işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.




    5. Fəxrəddin Təhməzov – keçmiş milli təhlükəsizlik naziri
    Fəxrəddin Təhməzov - Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri
    1951-ci il Salyan rayonda anadan olub. 1992-ci ilin may ayının 16-dan 1993-cü ilin iyunun ayına qədər milli təhlükəsizlik naziri vəzifəsinə çalışıb.

    1993-cü il Gəncə hadisələrinə görə həmin il qısa müddətli həbs cəzası alıb.

     

    Mobil əlavə
    Başqa sorğulara da bax Sorğu arxivi

    FORUMLAR

    İslamda baş kəsmək və əsirlər

    Özünü cihadçı elan edən terrorçu təşkilatların dinc sakinləri girov götürüb başlarını kəsməsini İslamla əlaqələndirməsi nə qədər doğurdur? İslam nə deyir?

    139 şərh

    Veten daşı: Qardaş, Enfal 67-ni yuxarida izah etdim. Eger Azadliq yayimlasa oxuyarsiz. Sizin ucun qisaca ... davamı

    Azərbaycan vətəndaşlığından şəxsi problemə görə imtina etmək düzgündü?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz!

    68 şərh

    Klassik: İnsanlarımız Avropa, o da olmasa SNQ dövlətlərinə getməələri adi haldır. Amma bu məsələ ... davamı

    İlham Əliyev “atasından qalma mirasın girovudur”

    Reuters agentliyinin Moskva müxbiri Christian Lowe yazır ki, 54 yaşlı Əliyev prezidentliyinin ən böyük böhranı ilə üz-üzə qalıb

    18 şərh

    Kemale M.: Heç bir prezident tutduğu vəzifənin girovu olmur. Prezident İlham Əliyev xalqın dayağına söykənən ... davamı

    Ən çox...