Xarici xəbərlər (21.09.2012)

Böyük Britaniya
Qorxulu proqnoz
Kembric universitetinin professoru Piter Vadxems "The Guardian" qəzetində qorxulu proqnozla çıxış edib. Onun fikrincə, yaxın 4 ilə Arktikadakı buzlaqlar tamamilə əriyəcək və təqribən 800 milyon insan daşqın zonasında qalacaq. O bildirib ki, son 5 ildə Arktikadakı buzlaqlar iki dəfə azalıb.
Xəbəri Röyter agentliyi verib.

{nl}


ABŞ
Ən varlı amerikalı
"Forbes" jurnalı 400 ən varlı amerikalının siyahısını dərc edib. Növbəti dəfə ən zəngin ABŞ vətəndaşı "Microsoft" kompaniyasının təsisçisi Billi Qeyts olub. O, hazırda 66 milyard dollara sahibdir. Qeyts son bir ildə varidatını 7 milyard dollar artırıb.
Məlumatı CNN verib.

{nl}


Fransa
Yerdən Günəşə olan məsafə ölçüldü
Mənzil-qərargahı Parisdə yerləşən Beynəlxalq Astronomiya İttifaqı ilk dəfə olaraq Yerdən Günəşə olan dəqiq məsafəni müəyyənləşdirib. Bildirilib ki, həmin məsafə 149 597 870 700 metrdir. Qeyd edək ki, ilk dəfə həmin məsafəni 1672-ci ildə məşhur astronom Covanni Kassini ölçmüşdü. O, Yerdən Günəşə olan məsafənin 140 milyon kilometr olduğunu bildirmişdi.
İnformasiyanı BBC yayıb.

{nl}


Rusiya


"Rosneft"in planı
"Rosneft" kompaniyası banklarla 15 milyard dollar kreditlə bağlı danışıqlara başlayıb. Kompaniya həmin vəsaiti TNK-BP konsorsiumunun britaniyalılarda olan hissəsinin alınmasına sərf etmək niyyətindədir. Bundan savayı, "Rosneft" həmin sövdələşməyə öz səhmlərini də yönəldəcək.
Xəbəri RİA "Novosti" verib.

{nl}


Pakistan
Qaz yatağı aşkar edilib
İtaliyanın "Eni" şirkəti Pakistanda qaz yatağı aşkar edib. Sind vilayətində Dadu şəhəri yaxınlığındakı yataqda təqribən 10 milyard kubmetr qaz olduğu güman edilir. Qeyd edək ki, keçən ilin sonuna Pakistandakı qaz ehtiyatlarının həcmi 778 milyard kubmetr həcmində qiymətləndirilirdi.
Məlumatı Röyter agentliyi verib.

{nl}


Hindistan
Raket sınağı
Orissa ştatında "Aqni-4" orta mənzilli ballistik raketin uğurlu sınağı keçirilib. Raketin uzunluğu 20 metr, çəkisi 17 tondur. O, 5 min kilometr məsafədə hədəfi vurmaq və çəkisi 1 ton olan nüvə başlığı gəzdirmək qabiliyyətindədir.
İnformasiyanı CNN verib.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında