çərşənbə axşamı günü, 22 Mart, 2016 Yerli vaxt 11:18

    Azərbaycan

    Cəmil Həsənli Türkiyədə fəxri ada layiq görülüb

    Cəmil Həsənli mərasim iştirakçıları önündə Türk Cümhuriyyətinin 90 illiyi ilə bağlı məruzə ilə çıxış edib

    Cəmil Həsənli
    Cəmil Həsənli
    Oktyabrın 30-da  İstanbulun tarixi Çırağan sarayında  Turk Tarix Kurumunun toplantısı keçirilib və bu toplantıda Milli Şurası prezidentliyə keçmiş namizədi Cəmil Həsənli  Kurumun Şərəf Üyəsi (Fəxri Üzvü) seçilib,  diplom təqdim edilib. 

    Bu barədə Milli Şuranın mətbuat xidməti Amerikanın Səsinə bildirib.

    Mərasimdə Türkiyənin baş nazirinin müavini Bülənt Arınc geniş nitq söyləyib, C.Həsənlini və bu yüksək ada layiq görülən digər şəxsləri təbrik edib. 
     
    Əsasnaməyə görə, Kurumun Fəxri Üzvü seçilən ailmlərə geyindirilən cübbə XVI əsr Osmanlı sultanı Sultan Səlimin geyindiyi cübbənin eynisi olaraq hazirlanıb.

    Fəxri adlara C.Həsənlidən başqa layiq görülənlər arasında türk alimi professer İlber Ortaylı, ABŞ Luisvil Universitetinin professoru, türkoloq Castin Makkarti, Britaniyalı professor Feruz Ahmed ve başqaları  var.

    Türk Tarix Kurumu 1931-ci ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Bu təşkilat tarix elmi sahəsində dünyanın ən tanınmış cəmiyyətlərindən sayılır.

    Professor Cəmil Həsənli mərasim iştirakçıları önündə Türk Cümhuriyyətinin 90 illiyi ilə bağlı məruzə ilə çıxış edib. Tədbir oktyabr ayının 31-də öz işini davam etdirib.

    Cəmil Həsənli İstanbulun müxtəlif universitetlərində təhsil alan bir sıra azərbaycanlı tələbə- gənclərlə görüşüb.
    Bu forum qapanıb
    Şərhlər
         
    Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

    AMERİKANA

    Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
    Amerikana: ABŞ-da qar necə əridilir?i
    X
    Emil Quliyev
    28.01.2016
    Qar təmizləyən maşınların fəaliyyət göstərə bilmədiyi yerlərdə qar əridən qurğulardan istifadə edilir
    Video

    Video Amerikana: ABŞ-da qar necə əridilir?

    Qar təmizləyən maşınların fəaliyyət göstərə bilmədiyi yerlərdə qar əridən qurğulardan istifadə edilir
    Video

    Video Milli mətbəxi dünyada tanıdan Fəridə Buyuranla söhbət [Amerikana]

    Amerikana proqramının qonağı "Nar və Zəfəran" kitabı ilə beynəlxalq mükafatlar qazanmış Fəridə Buyurandır. Los Ancelesdə Fəridə xanımın evində qonağıq.
    Video

    Video Amerikana: Stanford Universiteti

    Dünyanın ən güclü ikinci tədris ocağı olan Stanford məzunlarının ümumi orta illik gəlirlərinin cəmi 2.7 trilyon dollara bərabərdir
    Video

    Video Teymur Sadıxov: Bu nöqtəyə çatmağıma təyyarə mühəndisliyi adını sevməyim səbəb olub [Amerikana]

    Bu gün Amerikana proqramının qonağı ABŞ-da NASA kimi nüfuzlu qurumlarda çalışmış azərbaycanlı gənc alim Teymur Sadıxovdur.
    Video

    Video Amerikanın Səsi San Fransiskoda [Amerikana]

    Amerikana proqramı Qərbin Parisi kimi tanınan San Fransisko şəhərində qonaqdır
    Sorğu arxivi

    BLOGLAR