Cəmaləddin Rəhmanov


 
 
 

  (mətin Az. unicod şrifti ilə hazırlanmışdır - həcmi  262 kb)

 

Cəmaləddin RƏHMANOV, Təranə ABDULLAYEVA. Azərbaycanda əlifba islahatları və xəttin təkamülü məsələləri.Bakı. 2002.-31s.

 

1. Əlifba tarixinə qısa ekskurs

Yazının yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı ilə seçilir. İlk yazılarda müxtəlif şəkil və simvollar əsasında formalaşdırılan təsvir vasitəsi ilə müəyyən məlumatlar yazıya köçürülmüşdür. Belə məlumatları yazıya çevirməyin səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurəti olmuşdur. Piktoqrafik yazılarda istifadə olunan ayrı-ayrı şəkillər piktoqramlar adlanmışdır. Piktoqramlardan təşkil olunan, daha doğrüsu piktoqrafik təsvir və yazılar Azərbaycanda da lap qədimdən istifadə olunmuşdur. Azərbaycan ərazisində arxeoloci qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı qablaın üzərində heyvan, bitki, insan və sair şəkilləri az deyildir. Azərbaycanda piktoqrafik yazı nümunələri Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda qeydə alınmışdır. Təkcə Qobustanda 720 qayaüstü rəsmdə 4 mindən çox təsvir vardır.[1]

Yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı sayıla bilər. Amerikalı tarixçi və yazı sistemlərinin ən məşhur tədqiqatçısı İ.Qelb yazının inkişafını üç mərhələyə bölür: 1) qeyri-yazı (şəkillərlə olan yazı – bu yazı formasında istifadə olunan şəkillər ifadə etdikləri məna ilə şərti rabitəyə malik olmamışdır); 2) protoyazı (bu yazının əsasında ideoqrafik prinsip durmuşdur. Yazı mahiyyətin qeyd olunması məqsədi daşımışdır); 3) əsl yazı (fonoqrafik yazı prinsipi olub səsi yazmağı əhatə edir).[2]

Qeyd etmək lazımdır ki, üçüncü mərhələdə mövcud olan sillabik (hecalı, heca-hərfli yazılar da  fonoqrafik yazı sisteminə aid edilir).

Yazı formalarının təkamülü göstərir ki, «Nitqi ötürmək üçün qrafik işarələr sisteminin yaradılması bəşər mədəniyyətinin universaliyalarından biridir. … Söz-heca yazıları müxtəlif insan qrupları tərəfindən dəfələrlə, fərqli vaxtlarda yaradılmış olsa da, onların işlənib hazırlanması bu və ya digər dərəcədə eyni üsularla baş vermişdir.»[3]

Yazı sisteminin təkamülündə diqqəti cəlb edən cəhətlərdən biri budur ki, şəkillərdən  başlanan yazılar tədricən həndəsi fiqur və elementlərin istifadə olunması ilə düzələn hərflər şəklinə gəlib çıxmışdır. İlkin dövrdə müxtəlif ölçülü düz xətt parçalarının birləşdirilməsi əsas götürülmüşdür. Yazıda daha çox hərfdən istifadə etmək, hərflərin mürəkkəbliyinin qarşısını almaq məqsədilə qrafemlərdə sonralar əyri xətt, dairə, yarımdairə, ellips elementlərindən istifadə genişlənmişdir. Müasir əlifbalarda hərflərin sayı bir qayda olaraq əsasən 20-30 arasındadır. Əlbəttə istisna hallar da az deyildir. Məsələn, havay dilinə uyğunlaşdırılmış latın əlifbasında 12, Şri-Lanka dövlətində istifadə olunan siniqal dilinin, bir sıra şimali Qafqaz dillərində 50 və daha artıq səs vardır. Hər səsə bir qrafem uyğun qoyularsa, onda bu dillərin əlifbalarındakı işarələrin sayı 50-ni aşmalıdır. Aydındır ki, dildəki hecalar səslərdən qat-qat çoxdur. İşarənin hecaya uyğunluğu əsasında yerinə yetirilmiş yazılar heca yazısı, sillaboqrafik yazı deyilir. Sillaboqrafik yazının ən qədim nümunələrindən biri şumer yazılarıdır. Məşhur  tarixçi İ.M.Dyakonov qeyd edir ki, qədim heca işarələri eramızdan qabaq üçüncü minilliyin əvvəlində şumer yazısında əmələ gəlmişdir.[4]

Şumerlərin dilinin türk dillərinə yaxın olması fikri hələ ötən əsrin birinci otuzilliyində elmi ədəbiyyatda özünə yer tapmışdır. Məşhur qazax yazıçısı və tədqiqatçısı Olcas Süleymenov bu fikrin əsas tərəfdarlarından biri olmuşdur.[5] Sonralar bu fikir inkişaf etdirilmiş, onun faktlarla əsaslandırlması istiqamətində tədqiqatlar aparılmışdır.[6]

Şumer yazılarındakı işarələr mismara, mıxa bənzər formalarda yerinə yetirilmişdir. Bu yazılar farsca mixi yazıları adlanmışdır. Həmin termin Azərbaycan dilində də qəbul olunmuşdur. Şumer yazıları gil lövhələr üzərinə yazılmış, lövhələr odda yandırılmışdır. Nəticədə şumer yazılarının qorunub saxlanması mümkün olmuşdur. Qeyd olunduğu kimi, şkmer yazıları sillaboqrafik yazılardır.  Sillabik əlifbanın düzəl­dilməsi  üçün daha çox işarə tələb olunur. Hesablamalar göstərir ki, sillabarinin düzəldilməsi üçün 50-dən başlayayaraq 200-ə və daha artıq simvoldan istifadə etmək lazım gəlir. Bu da sillabik yazılarda işarələrin çoxluğunu bir daha təsdiqləyir. Şübhə yox ki, yalnız düz xətt parçaları ilə kifayət qədər işarə yaratmaq mümkün olsa da, yaradılan işarələrin mürəkkəb deyil, sadəliyi də vacib idi.

Heca və ya fonoqrafik yazı üçün nəzərdə tutulmasından asılı olmayaraq yazı işarələri şəkillərdən həndəsi fiqurlar əsasında düzəldilən işarələrə doğru inkişaf yolu keçmişdir. Piktoqrafik yazılarda şəkil onda təsvir olunan obyektə oxşarlıq əsasında qurulurdusa, sonrakı mərhələdə işarələmə əsas olmuşdur. Yəni işarənin müəyyən hərfə və ya hecaya uyğunluğu qəbul olunmuşdur. Bu cür işarələr isə həndəsi fiqurlar, elementlər əsasında yerinə yetirilmişdir. İlk dövrlərdə düz xətt parçalarından daha çox istifadə edilmişdir. Lakin işarələrin sayının artırılması lazım gəldikcə yazıyı daxil edilən başqa həndəsi fiqurlar çoxaldılmışdır.

Belə hərf işarələrinə nümunələri nəzərdən keçirək:

 

 

 

 

 

Təbii ki, yazıda istifadə olunan hərflərin müəyyən bir sistemə salınması da yazı işarələrinin yarandığı ilk dövrlərdə düşünmə və araşdırma obyekti olmuşdur. İlk yazı işarələrində sistemlilik hərflərin bir-birinə oxşarlığı, düzəldilmə ardıcıllığı götürülmüşdür. Sistem hərflərin həm müəyyən ardıcıllıqla düzülməsini, həm də hərfin, qrafemin ifadə etdiyi səslərin, fonemlərin qanunauyğun əsasda bir-birini izləməsini əhatə etməli idi. Hərflərin düzülüşündə işarələrin yaradılmasındakı oxşarlıq əsas götürülürdüsə, səslərin bir-birini izləməsində onların yaxın məxrəclərdə tələffüzü, bir-birinə qarşı qoyulması amili nəzərə alınmışdır. Bu iki prinsipinlə hərflərin müəyyən ardıcıllıqla düzülməsi, müəyyən dil üçün hərflərin ümumi sayının dəqiqləşdirilməsi əlifbanın yaranmasına gətirib çıxarmışdır. Müəəyən dilin fonoqrafik yazı sistemində istifadə olunan hərflərinin qəbul olunmuş düzülüşlü toplusu əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir.

Əlifbadakı işarələrin düzülüş ardıcıllığının hansı qanunauyğunluq əsasında aparılmasını aydınlaşdırmaq və izah etmək mümkün deyildir. Bununla yanaşı, düzülüşə təsir göstərən bəzi meyarlar hiss olunur. Məsələn, işarənin oxşarlığı, səslərin məxrəc yaxınlığı və s. Qeyd etmək lazımdır ki, düzülüş üçün müəyyən prinsipin əsas götürülməsi əhəmiyyətlidir. Məsələn Azərbaycan əlifbası üçün latın əlifbasının düzülüş ardığıllığı baza funksiyasını yerinə yetirir. Spesifik hərflərin latın əlifbasına artırılması yazı oxşarlığı, səs oxşarlığı əsasında aparılmışdır. Məsələn C, Ç; S, Ş; E, Ə və s.

Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur.  Dünya əlifbalarının, eləcədə keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır. Protosemit yazı sistemi eramızdan əvvəl II minilliyin birinci yarısında Suriya-Fələstin regionunda yaranmış və müxtəlif variantları olmuşdur. Bu yazı variantlarını düzəldənlər ilk əlifbaların yaradıcıları hesab olunurlar. Protosemit yazısı iki qola – cənubi semit və şimali semit yazıları qollarına bölünür. Cənubi semit yazısının müasir dövrə qədər gəlib çıxmış yeganə varisi Həbəşistanda qəbul edilmiş amxar şriftləridir. Bütün digər məlum əlifbalar öz əsasını şimali semit yazılarından götürmüşdür. Şimali semit yazıları da iki– xananey və aramey qollarına ayrılır:  Finikiya və qədim yəhudi əlifbaları (müasir yəhudi kvadratik yazısının əsasında aramey yazıları durur) mənşəcə Xananey yazılarından törəmişdir. Protosemit yazısının Aramey qolu əsasında Asiya, Yaxın Şərq, Şimali Afrikadakı əlifbalar, ərəb, yəhudi əlifbaları və Hindistandakı devanaqari əlifbası meydana gəlmişdir. Şimali semit əlifbasının 22 işarəsi və bu işarələrin hər  birinin öz adı olmuşdur. [7]

Semit hərfləri fonmatik səciyyə daşımış, hər bir hərfə dilin bir minimal səsi uyğun gəlmişdir. Yunan əlifbasının əsasında da şimali semit əlifbası durur. Bu həm hərflərin adlarında, həm də onların düzülüşündə əksini tapır:

Yunan -        A (alfa)       B(betta)      G(qamma) D(delta)

Semit   -          əlif              bet              qimel,                   dalet 

Semit əlifbalarının çoxunda bu sözlər semantik yükə –mənaya malik olduğu halda, yunan əlifbasında onlar ancaq nominativ funksiya daşıyaraq yalnız hərflərin adını bildirir. Yunanlar semit əlifbasına bir sıra yeni hərflər əlavə etmişlər. Yunanların əlifbada elədikləri ən böyük dəyişiklik onların yazıda saitlər üçün qrafemlərdən istifadə etməsi sayılır. Bundan sonra başqa dillər üçün əlifbada edilmiş dəyişikliklər fundamental səciyyə daşımamışdır.

Daha çox inkişaf edən yunan əlifbasının yayılma arealı getdikcə genişlənmişdir. Sonralar yunan əlifbasından etrus, etrus əlifbasından isə latın əlifbası yaranmışdır.[8] 

Aramey yazıları əsasında düzəldilmiş ərəb əlifbası eramızdan əvvəl  II əsrdə indiki İordaniyanın ərazisində yaranmışdır. Bu əlifbanın birinci variantında 22 hərf olmuşdur. Ərəblərin apardığı ilk islahatdan sonra bu əlifbaya daha altı hərf artırılmışdır. İlkin ərəb əlifbalarında 12 səsi ifadə edəcək hərfin spesifik şərti işarəsi - qrafem olmadığından həmin fonemlərin yazı qarşılığı üçün hərf birləşmələrindən istifadə edilmişdir. Sonralar bu hərfləri fərqləndirmək məqsədilə nöqtələr tətbiq olunmuşdur. Əlifbada qoşa, eləcə də sait səsləri göstərmək üçün bəzi işarələr - fəthə, kəsrə, tənvin, şəddə (təşdid, mədd, həmzə) və s. istifadə olunur. Ərəb əlifbasında yazı sağdan sola istiqamətlənir.

Türk xalqlarının qədim əlifbası run əlifbasıdır. Run və oqamik yazılarından bir sıra alman xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run əlifbasının kökünün həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Türk run əlifbasının  eramızın 7-11-ci əsrlərində istifadə olunması qeyd olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində yayılmışdır. Həmin yazılar əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız üzərində yazılmış mətnlər də mövcuddur. Qədim run yazıları yarımkonsonantlığı ilə seçilir. Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini tapmır. Bu əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı işarələrinin əsasında türk qəbilə və tayfalarına məxsus damğaların durması fikri də həqiqətə uyğundur. [9]

Türk run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər.[10]

Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır. Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir.[11]  Bu fakt A.M.Şerbakın və A.N.Kononovun əsərlərində də səslənmişdir.[12]

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.[13] 

Qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş yayılmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki yerə bölünür: şaquli avə üfuqi yazılar. Şaquli yazıların iki növü vardır: a) sağdan sola şaquli yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur; b) soldan sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə etmişlər.

Üfuqi yazı formaları daha geniş yayılmışdır.  Üfuqi yazıların üç forması vardır: sağdan sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa.

İkinci növ yazı üsulu bustrofedon yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir. Məsələn,        E, K      və s.

2. Azərbaycanda əlifba və əlifba islahatları

Azərbaycan yazılı abidələrinə, Azərbaycan dili tarixinə dair araşdırma və tədqiqatlar göstərir ki, bu günə gəlib çatmış qədim yazılı abidələrimiz ərəb əlifbası əsaslıdır. Ərəb qrafikalı Azərbaycan əlifbası uzun əsrlər boyu Azərbaycan dilinə, mədəniyyətinə xidmət etmişdir. 

Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir: 1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn, v, s, y, z, t, h); 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması; 3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə bir-birindən fərqləndirilirdi; 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi; 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin buraxılmasına səbəb olması; 6) imla  qaydalarını yaratmaqda,  habelə tədris işində çətinliklər. Bütün bu nöqsanlı cəhətlər ərəb əlifbasının dəyişdirilməsi zərurətini ortaya çıxarmışdı. Ərəb əlifbasının dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundov olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri, bu fikrin yayılmasında əsaslı rol oynamışdır. Sonralar əlifbanın dəyişdirilməsi meyli daha da güclənmiş, əlifbanın dəyişdirilməsi tərəfdarları artmışdır.[14]

1901-1920-ci illərdə Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsi müzakirə və mübahisə obyekti olsa da, əlifba dəyişməmiş qalmışdır.

25 avqust- 5 sentyabr 1907-ci il tarixdə Azərbaycanda latın əsaslı əlifba layihəsi müzakirə olunmuşdur. Eyni zamanda F.Ağazadənin bu dövrdə hazırlanmış  «Əlifba» dərsliyi müzakirəyə qoyulmuşdur. O dövrdə irəli sürülmüş layihədə sağır nuna uyğun gələn hərfin, eləcə də gələcəkdə Z(c) hərfinin əlifbadan çıxarılması ideyası irəli atılırdı. Lakin bu müzakirələr müsbət nəticə verməmiş nə layihə, nə də əlifba qəbul edilməmişdir.[15]

Z.Cəlilqızı sovet dövründə Azərbaycanda əlifba islahatı məsələsini üç dövrə bölür: a) 1920-1929-cu illər; b)1930-1939-cu illər; c) 1940 - 1990-cı illər.[16]

1920-1929-cu illərdə Azərbaycanda ərəb əlifbasının dəyişdirilməsi, latın əlifbasına keçməklə bağlı müxtəlif işlər getmiş, layihələr yaradılmışdır. Bu dövrdə latın və rus qrafikası əsasında əlifbaların yaradılması təklifləri səslənmişdir. 1924-cü ildən başlayaraq latın qrafikalı Azərbaycan əlifbası qismən tətbiq edilmişdir. 1929-cü il yanvarın 1-dən Azərbaycanda latın qrafikalı əlifba tam tətbiqini tapır.

1929-cu ildə qəbul edilən latın qrafikalı yeni əlifba Azərbaycan dilinin fonemlər sistemini tam əhatə etmişdir. Latın əlifbası latın dilinin fonetik tərkibinə uyğun tərtib olunduğundan bu əlifbadakı qrafemlərin sayı az idi. Azrbaycan əlifbası tərtib edilərkən Azərbaycan dilinin mövcud 32 fonemin hamısına uyğun qrafem yaradılması tələbi meydana çıxırdı.  32 fonem üçün latın əlifbasından müstəqil qrafem götürmək mümkün deyildir. Azərbaycan dilinin xüsusi fonemləri üçün əlavə hərflər qəbul edilmişdi. Bu hərflərin bir qismi latın əlifbasına məxsus hərflər əsasında yaradılmış, digər qismi isə başqa dildən götürülmüşdü. 1929-cü ildə tətbiq olunan Azərbaycan əlifbasında 25 hərf (a, b, c, d, f, g, e, h, i, c, k, l, m, n, o, p, q, r, s, u, t, v, x, y, z) latın əlifbasından götürülmüşdü. Bunlardan 6-sı sait (a, e, i, o, u, y), 19-u samitdir (b, c, d, f, g, h, c, k, l, m, n, p, q, q, s, t, v, x, z). Halbuki Azərbaycan dilində 9 sait,  23 samit səs vardır.[17]

 1929-cu il əlifbasına Azərbaycan dilinin qalan yeddi fonemini yazıda ifadə etmək üçün qəbul edilmiş işarələr aşağıdakılar olmuşdur: (ç, n, z, ə, ö, z, ğ). Bu qrafik işarələrdən rus əlifbasından götürülmüş (z) hərfi Azərbaycan dilinin [Ş] fonemini  ifadə edirdi. Digər fonemlərin ifadə olunması üçün latın əlifbasının məxrəcə görə yaxın fonemi ifadə edən hərfin dəyişdirilməsi yolu ilə yeni qrafem qəbu olunmuşdu. C –Ç, O-Ö, İ–I, Z-Z, E -Ə. Bu əlifbaya daxil edilmiş bir hərf latın qrafikasındakı e hərfinin 180 dərəcə çevirilməsi yolu ilə əldə olunmuşdur. Ö hərfi O hərfinə diakritik üfuqi düz xətt (-) işarəsinin artırılması yolu ilə yaradılmışdır.

«Göründüyü kimi, latın əlifbası əsasında əlifba tərtib olunarkən fonetik prinsipə əsaslanılmışdır. Ənənəvi-tarixi prinsipə görə isə layihəyə sağır nun (n1) və apostrof (‘) işarəsi də əlavə edilmişdir. Bunlardan (n1) hərfi xüsusilə 1935-ci ildən ədəbi dilimizdə işlənmədiyi üçün 1938-ci il layihəsinə daxil edilmir. Lakin başqa türk dilli xalqların yeni əlifba layihələrində (n1 ) qalırdı. Deməli latın əlifbası əsasında yeni Azərbaycan əlifbası düzəldilərkən ümumxalq dilində mövcud olan, dilin bütün dialektlərini əhatə edən mənalı səslərə uyğun qrafik işarələr yaradılması əsas prinsip kimi alınır.»[18]

1933-cü ildə birləşdirilmiş və dəqiqləşdirilmiş yeni əlifba layihəsi tərtib edilməmişdir. Yeni layihədə Azərbaycan dili fonemlərinin artikulyasiyaya görə latın əlifbası hərflərinə uyğunlaşdırılmışdır. C-Ç, g-q, u-y hərflərinin yerləri dəyişdirilmiş ğ fonemi üçün sabit yazılış şəkli müəyyənləşdirilmiş, (ş) fonemi üçün latın əlifbasında olan S hərfinə işarə artırmaqla yeni şəkil Ş yaradılmışdır. Bu layihə rus qrafikası əsasında yaranan yeni əlifbaya keçilənə qədər istifadə olunmuşdur.

1939-cü ilin 15 nöyabrında latın əsaslı Azərbaycan əlifbasının kiril əsaslı əlifba ilə dəyişdirilməsi və yeni əlifbanın 1940-cı ilin yanvarından tətbiq olunması haqqında qərar qəbul olunmuşdur. 1940-1990-cı illər ərzində tətbiq olunmuş kiril əsaslı Azərbaycan əlifbasında da müxtəlif vaxtlarda bir sıra islahatlar aparılmışdır.[19]

M.Şirəliyev, Ə.Dəmirçizadə, A.Axundov və F.Cəlilov rus əlifbasını Azərbaycan dili üçün ən uğurlu saymışlar.[20]  Doğrudur, sonralar F.Cəlilov bu barədə keçmişdə yanlış fikirdə olduğunu söyləmişdir.[21]

1980-ci illərin ikinci yarısından başlayaraq Azərbaycanda müstəqillik hərəkatı gücləndi. Bu dövrdə ölkədə əlifbanın yenidən dəyişdirilməsi və latın əsasına keçirilməsi barədə ideyalar ortaya atılmağa başlandı. 1990-cı ilin 11 sentyabrında yeni Azərbaycan əlifbasının hazırlanması üçün komissiya yaradılması, layihənin hazırlanıb müzakirəyə təqdim olunmasının komissiyaya tapşırılması haqqında qərar qəbul olundu. 18 dekabr 1991-ci ilə kimi komissiya onun qarşısında qoyulmuş vəzifələri yerinə yetirdi. Beləliklə, Azərbaycanda daha bir əlifba dəyişməsi baş verdi. 

A.Axundov yeni əlifba layihəsinin qəbul edilməsi ərəfəsində yazırdı: «Yaxın altmış ildə əlifbamızı üç dəfə dəyişməklə mədəniyyət tarixi üçün «nümunə» olmuşuq. Elə edək ki, daha bu dəfə «nümunə» olmayaq.»[22] Bu fikirlər yeni latın əsaslı əlifbanın qəbul edilməsi prosesində nöqsanlara yol verməmək üçün xəbərdarlıq kimi səslənirdi. 

Doğrudan da, latın əsaslı yeni əlifbanın qəbul edilməsi prosesi geniş mübahisə və müzakirələrlə keçmişdir. Müzakirəyə təqdim olunmuş layihələrdə oxşar cəhətlər çox olsa da, onların bir-birindən fərqləri də az deyildi. Əsas mübahisələr Azərbaycan dilinə məxsus spesifik hərflərə uyğun işarələrin qəbul edilməsi ilə bağlı olmuşdur. Yeni latın əsaslı əlifba layihələrinin müzakirəsi prosesində üzə çıxan mübahisəli məsələləri daha yaxşı qiymətləndirmək məqsədi ilə ilk növbədə ideal əlifba məsələsini nəzərdən keçirmək yerinə düşərdi.

 

3.Əlifbanın kamilliyi məsələsi

Dünyada müxtəlif fonetik əlifbaların yarandığı dövrdən onların təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılmış, bu və ya digər əlifbanın qüsurlu və müsbət cəhətləri aydınlaşdırılmışdır. Bir sıra xalqlar əlifbalarında qüsurlu cəhətlərin çox olmasına baxmayaraq, ilk əlifbanı dəyişməyə cəhd göstərməmişlər. Əlifbaların dəyişdirilməsi prosesini izləyərkən, daha çox dillərin latın əsaslı qrafikaya keçməsi ilə üzləşirik.

Əlifbanın kamilliyi onun yerinə yetirdiyi funksiyadan asılıdır. Aydındır ki, bu funksiya, bir tərəfdən nitqi dildəki səslər əsasında canlandırmaqdan ibarətdirsə, digər tərəfdən nitqi yazıya köçürməkdir. Bu iki funksiya bir-biri ilə sıx qarşılıqlı əlaqəli olub bəzən onların arasındakı sərhədi müəyyənləşdirmək belə çətindir. Müasir dövrdə iki yazı növünü fərqləndirmək zəruridir. Birinci yazı növü texniki vasitələrin (yazı makinaları, kömpüterlər, çap maşınları və s.) köməyi ilə gerçəkləşdirilir. Texniki vasitələr nitqi əlifbadakı hərflərin qəbul olunmuş standart formaları –müxtəlif ölçülü şriftlər əsasında yazıya çevirir. İkinci yazı növü insan fikrini dilin xüsusi yaradılmış şərti işarələr sisteminin – dilin əlifbası və yazı normaları vasitəsilə  ayrı-ayrı fərdlər tərəfindən əks etdirilməsidir. Bu əksetdirmə prosesinin nəticəsi əlyazmadır. «Əlyazma – yazı prosesinin yazı-hərəkət vərdişinə əsaslanan maddiləşmiş məhsuludur.»[23] Əlyazmalar müxtəlif şəxslər tərəfindən icra olunduğundan onlarda obyektiv amillərlə yanaşı,  subyektiv amillərin təsiri hiss olunur. Buna görə də əlyazmalar müxtəlif cəhətlərdən bir-birindən fərqlənir, onların keyfiyyəti əlifbada qəbul edilmiş hərflərin yazılış formalarından, fərdin yazı vərdişindən və bir sıra başqa səbəblərdən  asılı olur. Əlyazma insan əməyinin məhsuludur. Ona görə də yazı prosesinin, bu prosesdə istifadə olunan vasitələrin təkmilləşdirilməsi tələbləri meydana çıxır. Belə tələblərin böyük bir qismi əlifbanın kamil olması ilə yerinə yetirilə bilər. Əlifbanın təkmilləşdirilməsi, ideal əlifba ilə bağlı elmi axtarışların sayı az deyildir.  İdeal əlifbanın meyarları məşhur dilçi Boduen de Kurtene tərəfindən irəli sürülmüşdür. O, əlifbanın ideal olması  üçün bir sıra tələblərin ödənilməsinin vacib olduğunu qeyd edərək yazmışdır: «1)dildəki hər səs xüsusi və müstəqil işarə-hərflə ifadə olunmalıdır; 2)eyni bir işarə bütün hallarda yalnız bir səsi bildirməlidir; 3)eyni səs bütün məqamlarda mütləq eyni işarə ilə ifadə olunmalıdır; 4)yazıda bu və ya digər səsin tələffüzünü bildirməyən heç bir artıq işarə olmamalıdır; 5)bütün səslər yazıda ifadə olunmalıdır; 6)səslərin fərqli variantları, oxşar olmayan modifikasiyalarını bir-birindən tamamilə fərqli işarələrlə göstərmək lazımdır; 7)dildə olmayan və ya işlədilməsi mümkün olan səslərin deyil, yalnız mövcud səslərin yazıda ifadəsinə səy göstərilməlidir.»[24]

A.A.Reformatski əlifbanın ideallığı ilə bağlı yazır: «dildə olan fonem-səslərin miqdarı qədər hərfi olan əlifba ideal əlifbadır.»[25]

A.Qurbanov müasir əlifbanın dörd tələbə cavab verməli olduğunu qeyd edir: 1) fonetik tələb; dildə nə qədər səs varsa, əlifbada o qədər hərf olmalıdır; 2) qrafik və poliqrafik tələb; bu tələbə görə hərflərin yazılışı sadə olmalı, artıq xətlərə, diakritik işarələrə, bir səsin bir neçə hərfin kombinasiyası ilə (liqatur hərf) ifadə olunmasına yol verilməməlidir; 3) estetik və kalliqrafik tələb; əlifbanın hərfləri zahiri cəhətdən gözəl olmalı, yazı cazibədar görünməlidir; 4) pedaqoci tələb; əlifbadakı hərflərin yazılışı və oxunuşu sadə olmalı, hərflər bir-birindən asanlıqla seçilməlidir.[26]

Boduen de Kurtenenin ideal əlifba meyarları qrafem-fonem qarşılaşdırılmasına əsaslanır və yazının texniki vasitələrlə realizasiyasına istinad etməklə yanaşı, yazı prosesinin məhsulunun canlandırılmasının (oxunmasının), dilin öyrənilməsinin sadələşməsini ön plana çəkir. Lakin qeyd edildiyi kimi yazı prosesi həm də əllə icra edilir.  Əlifbanın kamilliyi bu cəhətdən də aydınlaşdırılmalıdır. Əlyazmanı qiymətləndirmənin iki əsas amilindən biri onun yerinə yetirilmə sürəti, digəri müxtəlif fonemləri ifadə edən qrafemləri bir-birindən fərqləndirmə dərəcəsidir. İkinci amil oxşar yazılışlı hərflərin əlyazmada qarışıq salınması, onların oxunuşunun çətinliyidir. Məsələn, kiril əsaslı Azərbaycan əlifbasında (Ş) və (İ) fonemlərini ifadə edən qrafemlərin kiçik hərf variantları bir-birinə oxşardır. Yazıda bu hərflərin ardıcıl işlənməsi oxunuş üçün çətinlik törədir. Bu çətinliyi aradan qaldırmaq məqsədilə yazıda əlavə diakritik işarələrdən istifadə olunur. Bu işarələrin yazıda istifadəsi dilin orfoqrafiya normaları ilə qəbul olunmasa da, onların işlənməsi faktları qeydə alınır. Məsələn,                şiş,                   şişman,                şişirtmək,                         təntimək           tətik              təpinmək                       və s.

Əlyazmanın yerinə yetirilmə sürətinə təsir göstərən iki amili qeyd etmək lazım gəlir: 1) əlifbada istifadə olunan diakritik işarələr; 2) hərflərin çoxelementliliyi.

Diakritik işarə (diacritical sign)- hərfin yanında həmin hərfin başqa cür oxunması məqsədilə istifadə olunan işarədir. Diakritik işarə hərfə birləşdirilə  və ya ondan ayrı verilə bilər. Məsələn, Latın əlifbasının S hərfi müxtəlif dillərin əlifbasında diakritik işarə ilə işlənir. Çex əlifbasında S və Š qrafemləri vardır. Birinci qrafem (s) foneminə uyğun gəlirsə, diakritik işarənin əlavə olunması nəticəsində alınmış Š qrafemi (sh) foneminə uyğun gəlir. Azərbaycan əlifbasında S qrafeminə başqa diakritik işarə əlavə edilsə də (Ş), hərfin uyğun gəldiyi səs əvvəlki kimi qalmışdır. Nəzərdən keçirilmiş nümunələrdə diakritik işarə hərflə birəşir.

Diakritik işarənin hərfin yanında ona birləşmədən ayrıca işlənən formaları da çoxdur. Belə işarələrin hərfin üzərində qoyulması daha geniş yayılmışdır: Þ, Ä, È, Õ, Ñ, Ü, Ï, Ì, ã, ĉ, Ĭ, Ÿ və s. Əlifbalarda istifadə olunan əsas diakritik işarələr aşağıdakılardır: 

Ərəb əlifbasında diakritik işarələr sayca çoxluq təşkil edir. Bu əlifbada daha çox nöqtələrədən istifadə olunur. Nöqtələr hərflərin üstündə və altında yerləşdirilir. Fərqləndirmə üçün 1, 2, 3 nöqtədən istifadə edilir. İki və üç nöqtənin yerləşdirilmə formaları müxtəlifdir: /./, /../,  / :. /.  Məsələn,    ش   ي  və s. Ərəb əlifbasındakı digər diakritikişarələrdən  təşdid   sukun, həmzə,  məddə, vəslə, habelə saitləri göstərmək üçün istifadə edilən bir sıra başqa diakritik işarələr vardır.[27]

Diakritik işarələrdən başqa dildə durğu işarələri də istifadə olunur. Lakin diakritik işarələrdən fərqli olaraq, durğu işarələri yazıda tamamilə başqa funksiyaları yerinə yetirir. Durğu işarələri (punctuation marks) - yazılı nitqdə nitqin deklamasiya-psixoloci parçalanmasının, eləcə də nitqin morfoloci vasitələrlə, müxtəlif sistemli dillərdə istifadə olunan söz sırası ilə fərqləndirilə bilməyən sintaktik məzmun baxımından bölünməsinin göstərilməsi məqsədi ilə işlədilən işarələrdir. Durğu işarələri universal sistem təşkil edir, müxtəlif dillərdə eyni səciyyə daşıyır. Ona görə də əlifba islahatları, əlifbanın dəyişldirilməsi bir qayda olaraq durğu işarələrinin tərkibinə təsir göstərmir.[28]

Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki, əlifbanın kamilliyi Boduen de Kubertenin fonem qrafem qarşılaşdırılması əsasında müəyyənləşdirdiyi yeddi prinsipin ödənilməsi,  diakritik işarələrin olmaması, çoxelementli hərflərin, həmçinin əlyazmada bir-biri ilə qarışıq salına biləcək dərəcədə oxşar hərflərin azlığı ilə qiymətləndirilir. Əlifbaların kamillik, yaxud ideallıq dərəcəsini konkret  qiymətləndirmə meyarı yoxdur. Yuxarıdakı prinsiplər əsasında müxtəlif əlifbaların bir-biri ilə müqayisəsi zəminində hansı əlifbanın daha kamil olmasını qeyd etmək olar.

Məsələn, türk dilində sözlərin birinci hecasında və təkhecalı sözlərdə e hərfi ə kimi oxunur. Lakin türk əlifbasında ə saitini bildirən ayrıca hərf yoxdur. Rus dilində həm a, həm də o saitini bildirən hərf olduğu halda bir sıra sözlərdə o yazılsa da, a oxunur. Rus dilindəki ğ C qrafemləri ayrıga fonemi bildirmir, özlərindən əvvəlki fonemin təlffüzünə təsir göstərir. İngilis dilində liqatur hərflər çoxdur məsələn ture liqaturu ç, siontion isə ş fonemini bildirir. Bütün bunlar həmin əlifbaların qüsurlu cəhətləridir.

4. Latın qrafikalı əski və yeni  Azərbaycan əlifbalarının müqayisəsi

Klassik latın əlifbasında 23 qrafem olmuşdur. Sonralar əlifbaya V və C qrafemləri əlavə edilmişdir.1 Latın əlifbasının 25 hərfindən yalnız beşində diakritik işarədən istifadə olunmuşdur: i, c hərflərində diakritik işarə funksiyasını hərfin üstündə qoyulan «.» yerirnə yetirir. Bu iki qrafemin baş hərf variantlarında nöqtə yoxdur:  C I

Latın qrafikalı iki Azərbaycan əlifbası arasında qrafem fərqləri müxtəlif aspektlərdən nəzərdən keçirmək olar. Əski latın qrafikalı əlifbada bir neçə qrafemin kiril əlifbasından götürülməsi qeyd edilmişdir. Bizim fikrimizcə, bu  qrafemlərdən yalnız ikisini kiril əlifbasına aid etmək olar. Birinci belə qrafem (Ş) hərfini ifadə edən, rus əlifbasında (Z) foneminə uyğun gələn Z qrafemidir. Yuxarıda qeyd etdiyimiz kimi, sonralar bu qrafem S hərfinə  diakritik işarə artırılması yolu ilə düzəlmiş Ş ilə əvəz edilmişdir. Əvəzetmə zamanı fonetik s-z qarşılaşdırması nəzərdə tutulmuşdur.

Latın qrafikalı əski əlifbamızdakı ğ hərfi kiril əlifbasından I qrafeminin bir hissəsi kimi və ya ğ (myaqkiy znak) işarəsi olaraq götürülmüşdür.   Bu qrafem Azərbaycan dilindəki «I» fonemini ifadə etmək məqsədilə əlifbaya salınmışdı. Yeni latında ğ qrafemindən istifadə edilmir. Bunun əvəzinə latın İ qrafeminin həm baş, həm də kiçik hərf variantı üzərinə diakritik işarənin «.» –nöqtənin yerləşdirilməsi ilə onu «i» foneminin hərfi işarəsi kimi qəbul edirlər. Bunun müqabilində oxşar lakin nöqtəsiz işlənən hərf «ı» fonemini yazı işarəsi olur.

Tədqiqatçıların bir qismi Azərbaycanın birinci latın əlifbasına daxil edilmiş (Ü) foneminin qarşılığı olan u hərfinin də kiril əlifbasından götürülməsi fikrini irəli sürür.  Lakin bu hərf latın əlifbasında da vardır (Y y).

Birinci latın əlifbasında (ö) hərfi əvəzinə ikielementli[29] Ö qrafemi əlifbaya daxil edilmişdir. Bu qrafem də ilk dəfə Azərbaycan əlifba islahatçıları tərəfindən təklif olunmuş və quruluşuna, yazılış sadəliyinə görə əslində  Ö qrafemindən daha uğurlu variant sayıla bilərdi. Latın O qrafeminə tən ortadan düz xətt parçası əlavə etməklə düzəlmiş bu qrafemin əlyazma variantında orta xətt ayrıca element olsa da qələmi ayırmadan yazmaq imkanı verdiyindən orta xətti diakritik işarə kimi qəbul etməmək də mümkündür. (Ö) foneminin qrafik işarəsi kimi kiril əsaslı Azəbaycan əlifbasına daxil edilmiş Ö fonemi yeni latın əlifbasına daxil edilmir və Ö qrafemi ilə əvəzlənir. Əvvəlki latında (c) fonemi  Z ,   (Ü) fonemi /y/ qrafemi ilə ifadə olunur. Bu əlifbada q və ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək (Ğ) fonemi q qrafeminin baş hərfinə yaxın simvolla         ilə işarə edilir. Bu işarənin daxil edilməsi zamanı Azərbaycan dilində Ğ səsinin sözün əvvəlində işlənməməsi nəzərə alınmışdır. Yeni latında qeyd olunmuş üç qrafemin üçü də əlifbadan çıxarılmışdır. Bunun müqabilində diakritik işarələrin artırılması ilə yeni qrafemlər yaradılmışdır. Köhnə latında işlənən Z hərfinin əvəzinə latın əlifbasının C c hərfi (C) foneminin əvəzedicisi kimi qəbul edilir. (Ü) səsinin ifadəsi üçün qəbul edilmiş y qrafemini bu dəfə Ü ü qrafemi əvəz edir. g- -ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək G g qrafeminə diakritik işarə artırmaqla Ğ ğ (ğ) fonemini ifadə edən qrafem yaradılmışdır. 

Köhnə latında diakritik işarənin artırılması ilə daha bir qrafem də düzəldilmişdir. Bu qrafem (C) foneminin qrafik işarəsi olur və Ç kimi yazılır. Yeni latında bu iki işarə C və Ç saxlanılır. Lakin hərflərin ifadə etdikləri səslər dəyişdirilir: Ç-(Ç), C-(C). Beləliklə, iki latın əlifbasından əvvəlki diakritik işarələrin azlığı ilə seçilir. Yeni latında hərflərin fonetik uyğunluq prinsipi daha çox gözlənsə də onda diakritik işarələrin çoxluğu aydın görünür. 

 «Əvvəlki latından az fərqlənən yeni əlifbamızın tətbiq taleyi nə qədər təəccüblü olsa da, əvvəlkilərdən qat-qat çətin olmuşdur. İstər şəkilcə, istər tətbiq texnikasına görə daha mürəkkəb və çətin olan bu əlifbaların tətbiqi müddəti çox qısa, cəmi 1-2 il olduğu»nu vurğulayan A.Axundov yeni əlifbanın şəkil və tətbiq texnikasına görə mürəkkəbliyinin səbəblərini açmır.[30]

İki latın əlifbasının müqayisəli təhlilindən sonra yeni Azərbaycan əlifbasının nə dərəcədə ideal olmasını araşdırmaq mümkündür.

 

5. Yeni Azərbaycan əlifbasının ideallıq dərəcəsi haqqında

Hazırda istifadə olunan əlifbalar fonoqrafik prinsip əsasında tərtib olunmuşdur. Bu əlifbaların mükəmməlliyinin başlıca meyarı ona daxil edilmilş qrafemlərin dildəki bütün fonemləri əhatə etməsi ilə ölçülür. Meyarın əsasında hər qrafemə bir fonemin uyğun gəlməsi  prinsipi durur.

Azərbaycan dilində 32 fonem vardıır. Bu cəhət əlifbada da 32 qrafemin olmasını tələb edir. Azərbaycan dilinin müəyyən tarixi inkişaf dövrlərində bu dilin fonemlər sistemində sağır nun (işarəsi N1, n1; N, n) səsi də olmuşdur.[31] Bu səs müasir Azərbaycan dilində (nq) birləşməsinə uyğun gəlir. İngilis dilində də belə bir səs vardır (    ). Qədim yazılı abidəmiz - «Kitabi Dədə-Qorqud» dastanlarının dilində sağır nun fonemi işləkdir.[32] 1929-cü ildə qəbul olunmuş latın qrafikalı əlifbaya sağır nun fonemini ifadə edəcək qrafem  daxil edilmişdi. Lakin müasir Azərbaycan dilində bu fonemin işlənməməsi həmin fonemə uyğun işarənin dildən çıxarılmasına imkan vermişdir. Azərbaycan dilinin fonemlər sistemində daha bir fonemin varlığı ilə bağlı tədqiqatçılar arasında mübahisələr  gedir. Dilimizə rus dili vasitəsilə keçimş kolxoz, klub, bak, diktor, fakt və bu qəbildən olan sözlərdə işlənən [k] səsi  türk mənşəli Bakı, külək, çörək  sözlərindəki K səsindən fərqlənir. A.Ələkbərov yazır: «k fonemi dilarxası, kar, kipləşən samit olub ədəbi tələffüzdə adətən yalnız arxa sıra saitlərindən əvvəl işlənir. Qeyd etmək lazımdır ki, k səsi Azərbaycan dilinə heç vaxt yad olmamışdır. Məsələn, toqqa, çaqqal kimi sözlərdəki qoşalaşmış  samitlərdən ikincisi imploziv k kimi tələffüz olunur[33] A.Axundov da k səsini Azərbaycan dilinin fonemlər sisteminə daxil edir.[34]  Bir sıra tədqiqatçılar isə bu fikirlə razılaşmırlar. V.Y.Pines yazır: Azərbaycan dilinin daşıyıcısının artikulyasiya ukladı / k/ səsinin tələffüzünə imkan verir. Buna baxmayaraq bu səs hələ ki, Azərbaycan dilinin fonoloci sisteminin müstəqil vahidi deyildir.»[35]

Azərbaycan dili fonemlərinin statistik təhlili (Seçmənin həcmi N=102600 işarə) göstərir ki, bu səs yalnız (C) fonemindən (işlənmə tezliyi F=5)  yüksək tezliklə işlənir (F=159).[36]

Kiril əsaslı Azərbaycan əlifbasına hərf səciyyəsi daşımayan, səsin uzun tələffüzunu bildirən bir diakritik işarə ( ‘ ) – apostrof daxil edilmişdi.[37] Azərbaycan dilinin lüğət fondundakı ərəb mənşəli bir sıra sözlərdə (Ə, E, Ö) foneminin düzgün tələffüz edilməsi məqsədi ilə əlifbaya daxil edilmiş bu işarə yazı prosesində müəyyən çətinliklərə səbəb olurdu. İşarənin işlədilməsi  yazı sürətinin aşağı düşməsi ilə nəticələnir, sözlərdəki hərflərin bir-biri ilə birləşməsinə mane olurdu. Bu isə bir sözün iki hissəyə parçalanmasını, qələmin yazıdan üç dəfə ayrılmasını tələb edirdi. Tərkibində uzun Ə, E, Ö  saitlərinin işləndiyi ərəb mənşəli sözlərin Azərbaycan dilinin lüğət tərkibindəki sayı azdır. Eyni zamanda belə sözlərin dildə işlənmə tezlikləri də yüksək deyildir.

Apostrofun Azərbaycan əlifbasından çıxarılması hələ kiril əlifbasının işlədildiyi dövrdə dəfələrlə müzakirə obyekti olmuşdur.[38]

Yeni Azərbaycan əlifbasına apostrof işarəsi daxil edilməmişdir. Buna baxmayaraq orta məktəb dərsliklərində bu işarə istifadə olunur. Yeni əlifba ilə çap olunmuş bir sıra qəzet və kitablarda da apostrofun istifadə olunması halları müşahidə edilir. Qeyd etmək lazımdır ki, bu yanlış meyldir.

Latın qrafikalı yeni əlifbanın layihəsinin müzakirəsi zamanı da apostrof ətrafında elmi mübahisələr getmişdir. Bu dövrdə F.Cəlilov «Ədəbiyyat və incəsənət» qəzetində «Apostrof lazımdırmı?» məqaləsi ilə çıxış edir. Məqalə geniş müzakirəyə səbəb olur. A.Axundov müzakirəyə təqdim olunmuş məqalələrdəki fikirləri təhlilə cəlb edir və apostrofun dilimizdən çıxarılmasının daha düzgün olması qənaətinə gəlir.[39] Beləliklə, apostrof yeni Azərbaycan əlifbasının işarələr sisteminə salınmır.

Azərbaycan əlifbasına daxil olmayan işarənin işlədilməsi dilin orfoqrafiya normalarına uyğun deyildir. İşarənin orta məktəbdə tədris prosesində istifadəsi bu və ya digər dərəcədə özünü doğrultsa da, ümumən qüsurlu cəhətdir. Tədris prosesində tərkibində uzun Ə, E, Ö saitlərinin olduğu sözlərin istisna hallar kimi öyrədilməsi məqsədəuyğundur. Müxtəlif dillərdə belə istisna hallar dilin öyrədilməsi prosesində nəzərə alınır.

Yuxarıda göstərilənlərə əsaslanaraq demək olar ki, qeyd olunan iki səs ətrafında gedən mübahisələr nəzərə alınmazsa, Azərbaycan dilinin fonemlər sistemində 32 fonemin olması faktı tam təsdiqlənir. Dilin yeni əlifbasında da 32 fonemə uyğun gələn 32 qrafem vardır.  Deməli, əlifbanın kamilliyinin birinci kriteriyası yeni əlifbamız üçün ödənilir.

Əlifbanın kamilliyinin əsasında duran ikinci prinsip bir qrafemin müxtəlif şəkildə oxunmasının, yəni onun qarşılığının iki müxtəlif səs olmasının aradan qaldırılmasıdır. Müxtəlif əlifbalar üçün bu meyar pozulur. Məsələn, ingilis dilində C hərfi sözdəki yerindən və özündən əvvəlki saitdən asılı olaraq (S) və (K) fonemlərinin qarşılığı kimi çıxış edə bilir.[40]

Rus əlifbasındakı o saiti bir sıra sözlərdə (a) foneminin qarşılığı olur, digər hallarda bu hərf (o) fonemini ifadə edir.[41]

Yeni Azərbaycan əlifbasında göstərilən cəhət yalnız K qrafeminə aiddir. Bu qrafem rus dilindən alınmış sözlərdə (K) tələffüz olunur. Lakin bu hal qeyd olunmuş meyarın pozulması deyildir. Boduen de Kurtenenin irəli sür­düyü yeddinci prinsipə görə dildə olmayan və ya işlədilməsi mümkün olan səslərin deyil, yalnız dilin öz səslərin yazıda ifadəsinə səy göstərilməlidir.

Əlifbanın kamilliyinin üçüncü prinsi ikinci prinsipin xüsusi halıdır. Eyni səs bütün hallarda eyni işarə ilə ifadə olunmalıdır. Əgər bir qrafem yalnız bir səsə uyğun gəlirsə, onda eyni səsə də bir qrafem uyğun gəlmiş olur.

Dördüncü kriteriya yazıda səsin tələffüzünü bildirməyən əlavə işarələrin olmamasıdır. Rus dilində ğ və c işarələri belə funksiyada çıxış edir. Kiril əlifbasına daxil edilmiş apostrof da adekvat rolu oynamışdır. Yeni Azərbaycan əlifbasında isə belə əlavə işarə yoxdur.

Beşinci, altıncı və yeddinci meyarlar da Azərbaycan əlifbası üçün ödənilir.

Aparılmış təhlildən aydın olur ki, Boduen de Kurtenenin əlifbanın ideallığını yoxlamaq üçün təklif etdiyi yeddi prinsipin yeddisi də latın qrafikalı yeni Azərbaycan əlifbasında nəzərə alınmışdır.  Buradan belə nəticə çıxır ki, fonem-qrafem uyğunluğu prizmasından yanaşıldıqda yeni əlifba idealdır. Lakin əlifba yazı ilə bağlı bir sıra digər tələblərə də cavab verməlidir. Bu tələblər əsasən diakritik işarələrlə bağlıdır.

Yeni latının qəbul edilmiş ilk variantında (Ə) fonemini ifadə edəcək hərf Ä olmuşdur. Bu qrafem latın A hərfinə iki diakritik işarənin əlavə olunması ilə düzəldilmişdir. Üzərində iki nöqtənin işlədilməsi nəzərdə tutulmuş üç hərfin (Ä, Ö, Ü) əlifbaya daxil edilməsi, əlbəttə izafi səciyyə daşıyırdı. Çünki bu qrafemlərin həm baş, həm də kiçik hərflərinin nöqtələrlə işlədilməsi lazım gəlirdi. Nöqtənin iki olması isə, əslində hərfə eyni şəkildə olan iki diakritik işarənin əlavə edilməsi demək idi. Bu isə ciddi mübahisələrə səbəb olurdu.  

Həqiqətən, bu dövrdə də hansı hərfin necə qəbul edilməsi ilə bağlı 30-40-cı illərdəki mübahisələr davam edir. Ən çox mübahisə doğuran məsələ Ə (Ä) hərfinin şəkli forması və apostrof işarəsi olur. Ä işarəsinin qəbul edilməsinin səbəbini ümumi prinsipin pozulması ilə bağlı irəli atılan müddəalar olur. Əski latın qrafikalı əlifbanın bərpası baxımından Ə şəkli daha münasib idi. A.Qurbanov və F.Cəlilovun əlifba layihələrində isə bu hərfin Ä şəkli təklif olunmuşdu. İlkin variantda qəbul olunan bu qüsurlu işarənin sonrakı müzakirələrdə tərəfdarları azalır nəticədə  yenidən, Ə şəkli əlifbaya qaytarılır. Beləliklə, əlifbaya kiril  əlifbasında işlədilmiş bir hərf qaytarılmış olur.  «Doğurdan da, kiril əsaslı əlifbamızla latın əsaslı əlifbamız arasında yazı və səslənməyə görə 7 hərf üzrə (a,e,ə,h,x,k,o) tam uyğunluq var. Böyük M hərfi də hər iki əlifbada eyni cür yazılır. 6 hərfin isə yazılışı eyni, səslənməsi müxtəlifdir.» [42]

Azərbaycan dilinin latın və kiril əlifbalarının müqayisəsi latın qrafemlərinin dörd qrupunu fərqləndirməyə iimkan verir:

1) həm qrafem konfiqurasiyasına, həm də fonem qarşılığına görə üst-üstə düşən hərflər: Aa, D, Ee, Xx, Kk, M, Oo, Əə;

2) konfiqurasiyaca üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər: Bb, Cc, Yy, Pp, C, Uu, Hh, T, g, m, n, r;

3) konfiqurasiyaca əsas elementləri üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər Q, ğ, Çç,Öö, Üü, F;

4) yalnız latın əlifbasına xas qrafemlər.

Latın əlifbasının sırf özünə məxsus diakritik işarəli hərfləri nəzərdən keçirək. Böyük Q (ku) hərfi O hərfinə diakritik işarə artırılması ilə əmələ gəlmişdir. Diakritik işarə hərfin alt hissəsində istifadə olunur və onunla birləşir. Q hərfinin kiçik hərf variantında diakritik işarə yoxdur: q.

Latın əlifbasındakı diakritik işarəli digər iki hərf t və F hərfləridir. Hər iki hərfdə diakritik işarə hərfi kəsən düz xətt parçasıdır. Bu işarə kiçik t və böyük F hərflərində işlənir.

Nəhayət, diakritik işarə latında işlənən kiçik i və kiçik c hərflərində işlənir. Bu hərflərin kiçik variantları nöqtə işarəsi ilə fərqləndirilir. Əslində, hər iki hərfin latında nöqtəsiz işlənən variantları yoxdur. Beləliklə, latın əlifbasında baş və ya kiçik hərf olmasından asılı olmayaraq cəmi beş hərfdə diakritik işarə vardır. Həmin diakritik işarələr bunlardır:  /./, /-/,/ ͵ /.

Latın qrafikalı yeni Azərbaycan əlifbasında diakritik işərəli 16 hərf vardır: Ç, ç, İ, i, c, t, F, Q, Ö, ö,Ü, ü, Ş, ş,Ğ, ğ. Bu hərflərdən səkkizi baş hərf - Ç, İ, F, Q, Ö, Ü, Ş, Ğ,   səkkizi də kiçik hərfdir:  - ç, i, c, t, ö, ü, ş, ğ.  Əlifbanın 64 işarəsinin  25 faizi diakritik işarəlidir. Bu da hər dörd hərfdən birinin diakritikişərəli olmasını göstərir. Nəzərə almaq lazımdırr ki, Öö və Üü hərflərinin üzərində qoyulan iki nöqtə yazı prosesində iki əməliyyatı özündə birləşdirir. Sait  fonemlər işləklikliyə görə samitlərdən daha məhsuldardır. Təbii ki, əlifbanın döqquz sait fonemindən üçünün diakritik işarəli (özü də iki nöqtə tipli)  olması əlifbanın qüsurlu cəhətidir. Beləliklə, aydın olur ki, fonem-qrafem uyğunluğu nöqteyi-nəzərindən ideal olan Azərbaycan əlifbası, diakritik işarələrin çoxlüğüna görə yazı üçün ideallıqdan uzaqdır.

 

6. Yeni əlifbaya keçid prosesində xəttin təkamülü

Latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqi müəyyən hazırlıq mərhələləri ilə həyata keçirilmişdir. «Əlifbanın tətbiqi, əlbəttə, ilk növbədə oxu və yazı vərdişləri ilə bağlıdır. Həmin vərdişləri qazanmaq üçün isə bütünlüklə həmin əlifba mühitinə düşmək tələb olunur. Tam və mütləq əlifba mühiti olmadan buna nail olmaq mümkün deyil.»[43] Latına qrafikalı əlifbaya keçid prosesində belə mühit ilk əvvəl yalnız orta məktəblərdə aşağı sinif şagirdləri üçün yaradılmış, sonralar yuxarı sinif şagirdlərini də əhatə etmişdir. İlk dövrdə yazı üçün mühit olsa  da, oxu vərdişlərinin inkişafı üçün əlavə ədəbiyyatın nəşri, təəssüf ki, ləng getmişdir.

Məlumdur ki, şagirdlər əsas yazı vərdişlərini orta məktəbin I-II siniflərində mənimsəyirlər. Bu dövrdə hər bir hərfin elementləri, onların yerinə yetirilmə ardıcıllığı, hərfin tam yazılışı, hərflərin birləşdirilməsi yolları və üsulları tədris olunur, şagirdlər bu məsələlərlə bağlı konkret tapşırıqlar yerinə yetirirlər. İbtidai təhsilin sonrakı iki ilində yazı vərdişlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir. Yazı təlimi dövrü üçün səciyyəvi olan şagird xətləri aşağı vərdişli xətlər kimi səciyyələnir. Orta məktəbdə təhsilin qalan dövründə yazı vərdişlərinin formalaşması və təkmilləşməsi prosesi davam edir.  Orta yazı vərdişli xətlər əlaqəli və tez yazmanın praktik mənimsənilməsinin tamamlanmamış mərhələsində olub, orta sürət və hərəkət əlaqələndirilməsi ilə səciyyələnən tam formalaşmamış xətlərdir.

 Yeni əlifba orta məktəbin bütün siniflərində eyni vaxtda tətbiq edilmişdir. Bu baxımdan, orta məktəbin 1-ci sinif şagirdləri yazı vərdişlərini mənimsəmə prosesinə latın əlifbasının qaydaları ilə başlamışlar. Onlardan fərqli olraq ibtidai təhsili başa vurmuş şagirdlər kiril əlifbasının yazı qaydalarını öyrəndikdən sonra yeni əlifba ilə yazmaq məcburiyyətində qalmışlar. Təbii ki, bu cəhət onların yazı vərdişlərinə yiyələnmə səviyyələrinə təsir göstərmişdir. Şübhə yoxdur ki, kiril əlifbası əsasında mənimsənilmiş bir-sıra vərdişlər yeni əlifba ilə yazı prosesində üzə çıxa biləcəkdir.  

Respublika Prezidenti Heydər Əliyev dövlət dilinin vəziyyətini nəzərə alaraq, ötən il iyun ayının 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərman imzalamışdır. Bu fərman bütün respublikada yeni əlifbanın tam tətbiqini gerçəkləşdirdi. Yeni əlifbadan istifadə respublikanın bütün vətəndaşları üçün məcburi oldu.

Kiril əlifbası ilə yazı vərdişləri formalaşmış, yeni əlifbadan davamlı və ardıcıl istifadə etməyənlərə məxsus əlyazmalarda bir sıra səhvlərin qeydə alınma ehtimalı çoxdur. Kirildən latın yazısına keçənlərin əlyazmalarında  aşağıdakı səhvlərin üzə çıxması mümkündür:

1) Kiril əlifbasında «Ç» qrafeminin istər baş, istərsə də kiçik hərf formasında diakritik işarə yoxdur. Həmin əlifbadakı C qrafeminin isə, əksinə, həm baş, həm də kiçik hərf formasının son elementi diakritik işarədir.[44]  Latında isə diakritik işarə ç hərfinin son elementidir.[45] Daha bir cəhət diqqəti cəlb edir. Kirildə Ç və C hərflərinin sıralanma ardıcıllığı ilə latındakı sıralanma ardıcıllığı fərqlənir (kirildə Ç, C; latında C, Ç ). Qeyd olunan iki cəhət latında yazı prosesində assosiativ olaraq ç ilə c qrafemlərinin qarışıq salınmasına səbəb olacaqdır. Daha doğrusu əlyazmada Ç əvəzinə C, C əvəzinə Ç istifadə oluna bilər. Aşağıda belə səhvlərə aid nümunələr verilmişdir. Sözlərin düzgün yazılışı mötərizədə göstərilmişdir.

 2) Latında Gg və Ğğ qrafemlərinin qarışıq salınması da gözləniləndir. Bu səhvin əsasında duran səbəbi nəzərdən keçirək. Kirildə G qrafemi K qrafeminə diakritik işarə artılması yolu ilə düzəlir. Deməli, kirildə g hərfinin son elementi dikritik işarədir. Latında isə G hərfində diakritik işarə yoxdur. Bunun müqabilində ğ qrafemi g qrafeminə diakritik işarə artırılması yolu ilə düzəlir və diakritik işarə hərfin son elementidir. Ona görə də latında g hərfinin yazılması zamanı sonda ona diakritik işarənin əlavə edilməsi hadisəsi baş verə bilər. Deməli, G və Ğ hərflərinin həm kiçik, həm də böyük formalarının qarışıq salınması ehtimalı vardır.

 3) Latında M qrafeminin kiçik hərf forması kirildəki T qrafeminin kiçik forması ilə üst-üstə düşür. Bu az ehtimallı olsa da, yazıda t əvəzinə m hərfindən istifadə olunmasına zəmin yaradır. Bununla yanaşı, latında m qrafeminin kiçik hərf forması əvəzinə onun kiril variantının işlədilməsi hadisəsinin baş verməsi də mümkündür.

 4) Latındakı d hərfi əvəzinə kirildəki d hərfinin işlədilməsi nəticəsində D və G hərflərinin kiçik variantlarının qarışdırılması hadisəsi ilə üzləşmək olar.

 5) Kiril S hərfinin yazılış sadəliyi (birelementli hərf) onun az ehtimalla S qrafeminin əvəzinə işlədilməsinə zəmin yaradır.

 6) Kiril əlifbası ilə yerinə yetirilmiş əlyazmalarda kirildəki Pp (er) hərfinin latın əlifbasının P (pe) qrafeminin baş hərfi ilə yazılışı geniş yayılmışdı. Bu cəhət latında P əvəzinə R hərfinin və əksinə R yerinə P-nin yazılmasına  səbəb ola bilər.

 7) Kirildəki N hərfinin latın n hərfinin əvəzinə işlədilməsi hadisəsi də müəyyən ehtimala malikdir.

 Yeni latın əlifbasında diakritik işarələrin çoxluğu yazı prosesində bu işarələrin əvəzlənməsi hallarını meydana çıxaracaqdır. O və U hərflərinin üzərindəki iki nöqtədən ibarət diakritik işarə düz və ya əyri xətlə əvəz edilməsi ehtimalı yüksəkdir. Məsələn

 Ö hərfi yazıda kirildəki Ö formasında yazıla bilər. Bunun əsas səbəbi kiril ö hərfindəki diakritik işarənin hərfləri birləşdirmək və bu hərfin yazılışı zamanı qələmi kağızdan ayırmamaq  imkanıdır. Eyni zamanda ö hərfinin üzərindəki iki nöqtənin qoyuluşu həm yazı sürətini aşağı salır, həm də nöqtələrin qoyulması müəyyən çətinliklə əlaqələnir.

Ç, Ş və Ğ hərflərinin yazılışında istifadə olunan diakritik işarələrin də müxtəlif şəkildə istifadəsi qeydə alınacaqdır. Məsələn:

 Latın və kiril qrafikalarında kalliqrafik məqsədlə istifadə olunan elementlərin bir-biri ilə qarışması, bitişdirici xətlərdən istifadədə müxtəliflik, latın hərflərinin ingilis dilinə uyğun yazılış formaları Azərbaycan əlifbasına aid əlyazmalarda özünü göstərəcəkdir.

Kiril və latın əsaslı əlifbaların qrafik cəhətdən tam üst-üstə düşən hərflərinin əlyazma variantlarının aşağıdakı yazılış formaları rast gələ bilər:  a) latın qrafikası normalarına uyğun; b) kiril qrafikası normalarına uyğun; c) qarışıq.

Təbii ki, kiril əsaslı əlifba əsasında yazı vərdişlərinə yiyələnənlər latın əlifbasına keçərkən oxşar hərflərin kiril variantlarının yazılışına üstünlük verəcəklər. Kiril və latın əsaslı əlifba hərflərin yazılış formaları, hərflərin  birləşdirilmə xüsusiyyətləri ədəbiyyatda verilmişdir.[46]  

Əlyazmalarda göstərilən səhvlərin qeydə alınmasının mümkünlüyü ilə bağlı irəli sürülmüş müddəaların doğruluq dərəcəsi eksperimental yolla və yaxud müxtəlif şəxslərə məxsus əlyazmaların tədqiqi ilə yoxlanılmalıdır. Tədqiqat reprezentativ nəticəyə imkan verəcək həcmdə və sayda əlyazmalar əsasında aparılmalıdır.



[1]. Пиктографик вя идеографик йазылар, бу йазыларын инкишаф тарихи щаггында ятрафлы мялумат цчцн бах: Лоукотка Ч. Развитие письма. М., 1950; Вахек Й.К. К проблеме письменного языка: Письменный и печатный языки// Праъский лингвистический круъок. М., 1967;  Фридрих И. История письма. М., 1979; Зиндер Л.Р. Очерк общей теории письма. М., 1987; Дьяконов И.М. Письмо.//Лингвистический энциклопедический словарь. М., 1990; Киселева Л.И. О чем рассказывают средневековые рукописи. Л., 1978; Добиаш –Роъдественская О.Л. История письма в средние века. М.-Л., 1987;  Мусорин А.Ю. Словарь письменности народов мира (Предварительные материалы)//Сибирский лингвистический семинар. Новосибирск, 2001, №1. –с.52-55 вя

 [2]. Гельб И. Опыт изучения письма. М., 1982

[3]. Дьяконов И.М. Предисловие//Тайны древних письмен. М., 1976, с.6.

[4] Бах: Дьяконов И.М. К возникновению письма в Двуречье. Москва, 1970, с.42

[5] Бах: Сцлейменов О. Аз-Йа. Бакы, 1993, с.162-194

[6] Мамедов А. Теоретические проблемы восстановления первичных корней в тюркских языках//Азярбайъан филолоэийасы мясяляляри. 2-ъи бур. Бакы, 1984, с.5-21.

[7]. Ятрафлы мялумат цчцн бах: Энциклопедия – Россия – Он –Лайн. http://www.krugosvet.ru. P.4

[8] . Ялавя мялумат цчцн бах: Дрингер Д. Алфавит. М., 1963; Кондратев А.М. Книга о букве. М.,1975; Люблинская А.Д. Латинская палеография. М., 1969: Федорова Е.В. Введение в латинскую эпиграфику. М., 1982; Degering H. Lettering. London, 1965: Paleographia Latina. London, 1974 вя с.

[9] Бах: Истрин В.А. Возникновение и развитие письма. Москва, 1965; Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-XI вв. Л., 1980; Васильев Д.Д. Корпус енисейских письменных памятников. Л., 1982; Ряъябов Я., Мяммядов Й. Орхон-Йенисей абидяляри. Бакы, 1993, вя с.

[10]  Бах: Ряъябов Я., Мяммядов Й. Орхон-Йенисей абидяляри. Бакы, 1993, с.50

[11] Бах: Ворошил Г. Об одной древнетюркской письменности//Советская тюркология. 1981, №5, с.76.

[12] Бах: Щербак А.М. О рунической письменности в юго-восточной Европе//Советская тюркология. 1971, №4, с.81; Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-XI вв. Л., 1980, с. 7

[13] Бах: Ворошил Г. О новонайденном списке албанского алфавита//Советская тюркология. 1971, №2, с.130-131

[14]. Ятрафлы мялумат цчцн бах: Абдуллайев И. История Азербайдъанской письменности. М., 1953;  Я.Щагвердийев. Мирзя Фятяли вя яряб ялифбасы мясяляси// М.Ф.Ахундов. Бакы, 1962. с.90-92; Мцасир Азярбайъан дили. Бакы, 1978, с. 39-47; Земфира Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу. Бакы, 1998, с.19-46 вя с.

[15] Мцасир Азярбайъан дили. Бакы, 1978, с. 40.

[16] Бах: Земфира Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу. Бакы, 1998, с.46.

[17] Бах: Мцасир Азярбайъан дили. Бакы, 1978, с.49-50

[18]. Бах: Мцасир Азярбайъан дили. Бакы, 1978, с.49-50

[19] Бах: Мцасир Азярбайъан дили. Бакы, 1978, с.55-65; Земфира Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу. Бакы, 1998, с.56-61 вя с.

[20] М.Ш.Ширалиев. Азербайдъанский язык. Баку, 1989, с.45; Я.Дямирчизадя. Мцасир Азярбайъан дили. Ы щ., Бакы, 1972, с.262; А.Ахундов. Азярбайъан дилинин фонетикасы. Бакы, 1984;  Ф.Ъялилов. Азярбайъан дилинин сяс гурулушу. Бакы, 1983; Йеня онун тцрк дилляринин фонотактикасы. АДУ няшри. Елми ясярлярин тематик мяъмуяси. Бакы,1986

[21] Ф.Ъялилов. Азярбайъан дилинин морфонолоэийасы. Бакы, 1988

[22] Ахундов А. Бир даща ялифбамыз щаггында//Халг гязети. 20 декабр 1991

[23] Мящкямя-хятт експертизасы нязяриййя вя тяърцбясинин ясас терминляри. Бакы, 1992, с.8

[24] И.А.Бодуен де Куртене. Несколько слов по поводу «Общеславянской азбуке». СПБ, 1871, с.12.

[25] Реформатский А.А. Введение в языковедение. Москва, 1967, с.367

[26] Бах: Гурбанов А. Цмуми дилчилик. 1-ъи ъилд. Бакы, 1989, с.536-537.

[27] Бах: Мяммядов Я.Ъ. Яряб дили. Бакы, 1992, с.5

[28] Ахманова О.С. Словарь лингвистических терминов. М.,Советская энциклопедия, М.,1966, с.158-159-608 с.

1 Бах: Покровская З.А. Кацман Н.Л. Латинский язык. М., 1987, с.15

[29] .Бах  Принципы детализации знаков Азербайдъанской письменности. Баку, 1986, с.111

[30] Ахундов А. Дилимизя дювлят гайьысы// Азярбайъан дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.9-12

[31] Бу фонем щаггында бах: Мирзязадя Щ. Азярбайъан дилинин тарихи фонетикасына даир гейдляр// Филолоэийа факцлтясинин ясярляри. Бакы, 1958, с.17; Ахундов А. Азярбайъан дилинин фонемляр системи. Бакы, 1973, с.255-257 вя с.

[32] Бах: Китаби-Дядя Горгуд. Бакы, 1988

[33] Алекперов А.Г. Фонематическая система современного азербайдъанского языка. Баку, 1971, с.88

[34] Бах: Ахундов А. Азярбайъан дилинин фонемляр системи. Бакы, 1973, с.252.

[35]. Пинес В.Я. О фонеме / k/ в азербайдъанском языке// Советская тюркология. 1973, №4, с.67

[36] Бах: Рахманов Дъ.А. Статистико-дистрибутивный анализ азербайдъанского текста: Дисс. … канд филол.наук. Баку, 1988, с.32

[37] Апострофун ишлянмяси барядя бах: Азярбайъан дилинин орфографийа лцьяти. Бакы,1974, с.14.

[38] Ъялилов Ф.А. Апострофун йазы мядяниййятимизя мцнасибяти// АДУ-нун елми ясярляри. Ъурналистика серийасы. Бакы, 1985, №2, с.29-32.

[39]. Бах: Ахундов А. Апостроф лазымдырмы?//Ахундов А. Дил вя мядяниййят. Бакы, 1992, с.79-81.

[40] Бах: Учебник английского языка. Ч.1, М., 1974, с.33

[41] Бах: Современный русский литературный язык. М., 1988, с.161.

[42]. Ахундов А. Дилимизя дювлят гайьысы// Азярбайъан дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.11

[43] Ахундов А. Дилимизя дювлят гайьысы// Азярбайъан дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.11

[44] Бах: Принципы детализации знаков Азербайдъанской письменности. Баку, 1986, с.132-133

[45] Кязимов Г.И., Меликов А.С., Мусаев Г.А. Особенности современного азербайдъанского алфавита на базе латинской графики. (Методическое пособие). Баку, 1997, с. 11

[46] .Бах: Криминалистическое исследование рукописей выполненных на некоторых языках народов СССР. Москва, 1973; КязимовГ.И., Меликов А.С., Мусаев Г.А. Особенности современного Азербайдъанского алфавита на базе латинской графики. Баку, 1997; Мяммядов Н.Б., Рящманов Ъ.Я. Латын графикалы йени Азярбайъан ялифбасы. Бакы, 1992; Рящманов Ъ. Йени Азярбайъан ялифбасы. Бакы, 1992; Кяримов Й.Ш. Щцснхятт. Бакы, 2001 вя с.