TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Abbasov Fərzalı Hətəm oğlu 

Abbasov Fərzalı Hətəm oğlu 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952-1964-cü illərdə Ağstafa rayonunda «Nərimanov» və «Lenin» adına kolxozlarda inşaat briqadiri, 1964 - 1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ - nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir.
Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə «Qırmızı Əmək Bayrağı Ordeni», 1976-cı ildə «Lenin ordeni», 1980-ci ildə «Oraq-Çəkic» medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür.
1971-1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974-85-ci illərdə SSRİ Ali Sovetinə, 1985-90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975-90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur.
1990-1991-ci illərdə Kalininkənd XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ