11 Sentyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Söhbətə giriş
Culfa şəhəri. Qədim Naxçıvanın Şərqə açılan qapısı. Bəzən düşünürəm ki, şəhərlər də insanlar kimidir. Yaşlaşsalar da, qayğı gördükcə cavanlaşırlar. Elə Culfa şəhəri kimi. Sözümün bu yerində bir qədər geriyə qayıtmaq istəyirəm. O vaxta ki, bu şəhəri hərbçilər və dəmiryolçular şəhəri kimi tanıyırdılar. Qonaq-qaralı bir şəhər kimi. Buraya SSRİ-nin ən ucqar nöqtələrindən gəlib-gedənlər olurdu. Bu şəhərə, təəssüf ki, o vaxt şəhər deməyə adamın dili gəlmirdi. Baxmayaraq ki, ölkəmizin inzibati ərazi bölgüsündə Culfa da rayon mərkəzi idi. Onu da deyim ki, kənd orta məktəbində təhsil alarkən Culfa Rayon Uşaq Musiqi Məktəbində də oxuyurdum. Bu səbəbdən hər həftə 3-4 dəfə Culfaya getməli olurdum. O vaxtdan yadımda darısqal və tozlu-torpaqlı küçələri ilə qalıb bu şəhər. Qayğı görməyən, gözdənuzaq, könüldən iraq bir yurd yeri. Şəhərin mərkəzi ilə kənarları bir-birindən seçilmirdi. İndi də yolum tez-tez Culfaya düşür. O illəri xatırlayıram. Gözlərimə inana bilmirəm. Hər gəlişimdə bir yeniliyin şahidi oluram. O illərdən Culfada, demək olar ki, heç nə qalmayıb...

Şəhər gül-çiçəyə bürünüb, yaşıllıqlar içərisində cilvələnir, onun yaraşıqlı binaları, abad, rahat küçələri göz oxşayır. İnsan qəlbinə xoş duyğular bəxş edən bu mənzərələri görəndə düşünürsən ki, yurda bağlılıq, onun sabahına cavabdehlik hissi olan yerdə hər şeyə nail olmaq mümkündür. Son illər Culfa şəhəri öz gözəl siması ilə, doğrudan da, vəsf olunmağa layiq bir ünvana çevrilib. Bunun kökündə duran amilləri axtarsaq, öncə ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqəti, dahi rəhbərin uzun illər üçün müəyyənləşdirdiyi yenilikçi strategiyanı, ulu öndərin ölkəmizin gələcəyinə hesablanmış siyasətinin uğurlu davamını, culfalıların yurd yerinə bağlılıqlarını görərik. Bu bağlılığın ifadəsidir ki, Culfa şəhəri bu gün öz inkişafının yeni mərhələsindədir.     

Şəhərlə yenidən  tanışlıq və ya rayon mərkəzinin ən gözəl ünvanı: Heydər Əliyev prospekti

Şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Əliyevlə bu qədim yurd yerini gəzə-gəzə söhbət edirik. Məlumat üçün bildirək ki, 12 min sakinin yaşadığı Culfa şəhərinin ərazisi 600 hektardır. Şəhərdə ən gözəl ünvan olan Heydər Əliyev prospekti ilə yanaşı, 16 küçə var. Son illərdə şəhərin inzibati ərazi bölgüsünə daha 3 məhəllə əlavə edilib. Bütün küçə və məhəllələrdə yerləşən ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatların fəaliyyət göstərdiyi inzibati binalarda müasir şərait yaradılıb. Binalara kommunikasiya xətləri çəkilib. İsitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan binalar isti, soyuq, rütubət və radiasiyaya davamlı izolyasiya qatına malikdir. Həyətlərdə geniş abadlıq işləri aparılıb, istirahət yerləri istifadəyə verilib.
Bura Heydər Əliyev prospektidir. Rayonun idarə, müəssisə və təşkilatlarının böyük əksəriyyəti bu ünvanda yerləşir. Culfa Rayon Uşaq Musiqi Məktəbi, Mədəniyyət Evi, uşaq bağçası, Şahmat Məktəbi, Əhalinin Sosial Müdafiə Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsi, Maliyyə, Polis, Vergilər şöbələri, Kapital Bankın rayon filialı, 6 saylı Culfa-Babək Seçki Dairəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, rayon Prokurorluğu və Məhkəmə, Qaz İstismarı İdarəsi və digər təşkilatlar üçün binalar ümummilli liderin adını daşıyan prospektə xüsusi gözəllik bəxş edib. Həmin təşkilatlarda çalışan əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb. Prospektin yolu da yenidən qurulub.
İcra nümayəndəsi ilə üz tuturuq digər ünvanlara. Bura isə şəhid Elşad Nağıyev küçəsidir. Bu küçədə də həyata vəsiqə alan  yeni tikililər son illərin quruculuq ərməğanlarıdır. Belə tədbirlər şəhərin quruculuq xəritəsini xeyli zənginləşdirib. Əhalinin sağlamlığının keşiyində dayanmaq üçün ağxalatlı insanların istifadəsinə verilən xəstəxana binası müasir tibbi avadanlıqlarla təmin olunub. Culfa, əsasən, kənd təsərrüfatı rayonudur. Bu sahənin inkişafına davamlı qayğının ifadəsidir ki, hər il bölgədə tonlarla kənd təsərrüfatı məhsulları istehsal olunur. İstehsalçıların həmin məhsulları satması üçün bəhs olunan ərazidə bazar istifadəyə verilib. Bazarla üzbəüz isə culfalılar böyük ticarət mərkəzinin xidmətindən yararlanırlar.
Şəhərdəki digər küçə və məhəllələrdə də son 18 ildə xeyli iş görülüb. Həmin işləri sadalamaq fikrindən uzağıq. Çünki bu işlər bir deyil, beş deyil. İstədik ki, həmin işlərə, həyata keçirilən genişmiqyaslı tədbirlərə culfalıların münasibətini öyrənək. Culfa Rayon Uşaq Musiqi Məktəbinin müəllimi Tahir Səmədov dedi:
– Culfa şəhəri culfalıların gözləri qarşısında saatbasaat, günbəgün, aybaay dəyişir. Dövlətimizin muxtar respublikanın bütün bölgələrinə göstərdiyi qayğını burada bütün çalarları ilə görmək mümkündür. Sevinirik ki, Şərqin qapısına göstərilən diqqət həm də insanların doğma yurd yerinə bağlılıq hisslərini artırır. Culfa şəhəri sərhəd bölgəsidir. Buraya hər gün İran İslam Respublikasından və bu dövlətdən keçərək ölkəmizin digər bölgələrindən çoxlu qonaqlar gəlir. Onlar da burada, bu kiçik şəhərdə görülən işlərdən heyrətlərini gizlətmirlər. Culfalılar da çalışırlar ki, qurulanları, yaradılanları qoruyub saxlaya bilsinlər, Culfaya gələn qonaqlarda yüksək təəssüratlar yaratsınlar.
Bir neçə il əvvəl “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 1 nömrəli şəhər tam orta məktəbinin müəllimi Kübra Zamanova:
– Muxtar respublikamızın inkişafına həsəd aparmamaq mümkün deyil. Qədim və doğma diyarımız inkişafının elə bir səviyyəsinə qədəm qoyub ki, ötən qısa müddət ərzində belə böyük həcmdə işlər görülməsinə inana bilmirsən. Ancaq bu, reallıqdır. Həyatımızın bütün sahələri yeniliklərlə doludur. Bir neçə il bundan əvvəl Culfanı görən kimsə bu gün bu bölgəyə üz tutsa, buranı tanımaz. Ən gözəl cəhət isə ondadır ki, quruculuq tədbirləri şəhərin mərkəzi ilə məhdudlaşmır, hər tərəfi əhatə edir. Bu da hamımızı sevindirir. İndi deyirik ki, biz də şəhərdə yaşayırıq.
Şəhər haqqında öz ürək sözlərini bildirən 3 nömrəli tam orta məktəbin tarix müəllimi Vidadi Abbasov

Qədim şəhərin tarixi

barədə məlumat verir. Bildirir ki, 1727-ci ildə Culfa rayonunun ərazisi bir neçə nahiyədən ibarət olub. Culfa isə kənd kimi Dərəşam nahiyəsinə daxil edilib. 1926-cı ildə dairə mərkəzinə çevrilib. Buraya rayon statusu 1930-cu ildə verilib. Rayon mərkəzi 1949-cu ilə kimi Əbrəqunus adı ilə fəaliyyət göstərib. Həmin il Culfa rayonu yaradılıb. 1963-cü ildə indiki Ordubad rayonunun ərazisi də Culfa rayonuna daxil edilib. 1965-ci ildə rayonlar ayrılıb.
Vidadi müəllim onu da bildirir ki, qədim Culfa indi yerləşdiyi ərazidən 4-5 kilometr aralı məsafədə olan Gülüstan kəndi ərazisində Araz çayı boyunca uzanan karvan yolu üzərində qərar tutub. Culfa haqqında bir çox alimlər, səyyahlar, tacirlər maraqlı fikirlər söyləyiblər. Tarixi mənbələrə görə, 1603-cü ildə şəhər I Şah Abbas tərəfindən dağıdılıb. Bunu alman alimi A.Oleari də öz əsərində yazır. İngilis taciri Nyuberiyə görə, o vaxt şəhərdə evlərin sayı 3 minə, əhalinin sayı isə 20 min nəfərə çatırdı. Culfa şəhərinin adına Səfəvilər dövlətinin başlıca şəhərləri arasında rast gəlmək olur. Tarixçi Şərafəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində deyilir ki, Culfa Naxçıvan vilayətində Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziyaülmük körpüsü salınıb. Şəhərin adının etimologiyasına gəldikdə isə, “Culfa” sözü müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün “toxucu” mənasını verdiyini, müxtəlif mənbələrdə “Cula”, “Cülahə”, “Culh”, “Culha” yazılan bu sözün fonetik dəyişikliklərə uğrayaraq “Culfa” şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir. Bu da o deməkdir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla, burada da müxtəlif istehsal sahələri mövcud olub.
Sahibkarlıq inkişaf etdirilir
Son illər muxtar respublikamızda sahibkarlıq mühitinin inkişaf etdirilməsi güclü sahibkarlar təbəqəsinin formalaşmasına stimul olub.  Müxtəlif istehsal və emal sahələrinin fəaliyyət göstərdiyi Culfada əhalinin zəruri tələbat mallarına və xidmət sahələrinə olan ehtiyacını ödəmək məqsədilə hərtərəfli şərait yaradılıb. Sahibkarlar bu şəraitdən səmərəli istifadə edir, daxili bazarda yerli istehsal məhsullarının xüsusi çəkisinin artırılmasına çalışır,  göstərilən qayğıya əməli işlə cavab verməyə səy göstərirlər. Hazırda Culfa şəhərində 5 çörək istehsalı, 1 göbələk emalı müəssisəsi, 2 şadlıq evi, bazar, 2 ticarət mərkəzi və digər istehsal, emal və xidmət sahələri var. Əhali bu sahələrin fəaliyyətindən razılıq edir.

Qışa hazırlığın vəziyyəti...

Bu barədə məlumat almaq üçün Culfa Rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi ilə əlaqə saxladıq. Bildirdilər ki, Culfa şəhərinin əhalisinə – 18 binanın 766 mənzilinə 2013-2014-cü ilin payız-qış mövsümündə istilik enerjisi 13 qazanxana vasitəsilə veriləcəkdir. Həmin qazanxanaların 3-ü mərkəzləşdirilib. Hər iki təşkilat tərəfindən qısa müddət ərzində binadaxili istilik xətlərinin yoxlanması başa çatdırılıb. Şəhərin Heydər Əliyev prospektində, M.Əsgərov, M.Hüseynzadə küçələrində yerləşən binalarda cari təmir işləri aparılır.
Öyrəndik ki, həmin təşkilatların balansında olan avtomaşınlar və digər texnikalar işlək vəziyyətə gətirilib, kifayət qədər ehtiyat hissələri əldə olunub. Görülən işlər belə deməyə əsas verir ki, 2013-2014-cü ilin payız-qış mövsümü Culfa şəhərinin sakinləri üçün problemsiz başa çatacaq.

Hər açılan sabah həyatın davam etdiyinin göstəricisidir. Culfa şəhərində də hər açılan sabah bir yeniliklə müşahidə edilir. Bu yeniliyi yaradanlar Naxçıvanın müasir tarixinə öz imzasını yazan insanlardır. Odur ki, onların əməyi öz yurdunu qəlbən sevənlər tərəfindən yüksək dəyərləndirilir. Yurdunu qəlbən sevənlər isə qurulanların, yaradılanların qayğısına qalmağı bacarırlar. Bilirlər ki, bütün bunlar onlar və gələcək nəsillər üçündür. Özün üçün olanın qədrini bilmək öz sabahını düşünməkdir.
Sabahınız daha xoş olsun.

Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

Xəbər lenti

4159897
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
487
13416
487
148261
4159897

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter