DÜNYA


Liviyada terror aktı nəticəsində 33 nəfər ölüb

Bakı, 24 yanvar, AZƏRTAC

Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, terror aktı nəticəsində Liviya ordusunun əks-kəşfiyyat rəisi Mehdi Fallah da xəsarət alıb.

Bomba yerləşdirilmiş iki maşın Benqazinin ən böyük məscidi yaxınlığında, insanlar ibadətdən çıxan zaman partladılıb.

Yerli “Əl-Мərsad” qəzeti terror aktı nəticəsində Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəhbəri Əhməd əl-Feytarinin də həlak olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.