DÜNYA


Tacikistanın nazirlik və komitələrində vahid geyim forması tətbiq ediləcək

Düşənbə, 5 yanvar, АZƏRTAC 

Tacikistanın nazirlik və komitələrində xüsusi emblemi və nişanı olan vahid geyim forması tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, Tacikistan Prezident Aparatı işçilərinin formasının mavi rəngdə olması nəzərdə tutulur.

Hazırda geyim eskizləri üzərində xüsusi qrup çalışır. Eskizlərin hazırlanması ilə bağlı təlimatda tacik qadınlarının milli və dövlət bayramlarında necə geyinmələri, paltarların hansı parçadan tikilməsi haqqında tövsiyələr var.

Məlumatda bildirilir ki, Tacikistanın Təhsil və Elm Nazirliyi bütün tədris müəssisələrinə məktub göndərib. Məktubda tələbələrə və şagirdlərə martın 1-dək milli parçalardan tikilən paltarlar geyinmək məsləhət görülür.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.