SİYASƏT


“ŞƏKİNİN SƏSİ”-“İPƏKÇİ” QƏZETİ PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI SORĞU KEÇİRMİŞDİR

İlham Əliyev Azərbaycana daha da böyük uğurlar qazandıracaq. Onun yenidən Prezident seçiləcəyinə heç bir şübhə yoxdur...

Bu fikirlər 2008-ci ildə Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı Şəkidə nəşr olunan “Şəkinin səsi”-“İpəkçi” qəzetinin öz oxucuları arasında keçirdiyi rəy sorğusunda verilmiş cavabların ana xəttini təşkil etmişdir.

Qəzetin baş redaktoru, əməkdar jurnalist Salis Məmmədov AZƏRTAC- ın müxbirinə bildirmişdir ki, telefon vasitəsilə keçirilən sorğuda qəzetin Şəki-Balakən bölgəsi rayonlarında, eləcə də Naxçıvan, Gəncə, Sumqayıt və Bakı şəhərlərində, habelə Rusiya, Ukrayna, İran, Almaniya və Türkiyədə yaşayan, işləyən və təhsil alan 200 nəfər oxucusu iştirak etmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 94 faizdən çoxu xalqımızın böyük etimadını qazanan, dünyanın ən gənc və bacarıqlı siyasətçisi kimi tanınan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti kürsüsündə görmək arzusunda olduqlarını bildirmişlər.

Sorğuda iştirak edənlər ümummilli liderimiz Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində əldə edilmiş dövlət müstəqilliyimizin ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qorunaraq daha da möhkəmləndirilməsini, inkişaf etdirilməsini çox yüksək qiymətləndirir, Azərbaycanı daha da güclü, qüdrətli və dünyanın ən inkişaf etmiş ölkələri arasında görmək istəyən hər bir soydaşımızı gələn il keçiriləcək növbəti prezident seçkilərində daha fəal iştirak etməklə, Azərbaycanın işıqlı gələcəyinə - İlham Əliyevə səs verməyə çağırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.