Ruslan Abışovdan ateist söhbətinə reaksiya

19.01.2018 | 758 dəfə oxunub

"Neftçi"nin kapitanı Ruslan Abışov sabiq komanda yoldaşı Pavel Dreksanın onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, açıqlamasında çexiyalı futbolçunun ateist olduğunu bilən axşam Ruslanın onunla danışmaması ilə bağlı söylədiyi fikir haqda bunları deyib:

"Bu barədə çox danışmaq istəmirəm. Futbola aid olmayan mövzudur. Paveli mədəni və yaxşı insan kimi tanıyıram. İnanmıram, elə söz desin. Ola bilsin, Çexiya mətbuatı onun sözlərini təhrif edib.

Tanıyanlar bilir ki, insanlara dini baxışlarına, milliyətinə və ya irqinə görə qiymət vermirəm, tolerant adamam. Dreksayla aramızda heç vaxt narazılıq, inciklik və təbii ki, belə söhbət olmayıb. Əksinə, həmişə əla münasibətimiz olub. O, çox yaxşı insan və futbolçudur. Ona karyerasında və şəxsi həyatında uğurlar arzulayıram".

Dreksa Abışovun qatı dindar olduğunu, daim dua etdiyini də söyləyib. (qol.az)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.01.2018

12:41  Millimizin 2018-də ilk sınağı - YENİLƏNİR

29.01.2018

01:41  "Sevilya" sonda üzüldü VİDEO

00:50  "Milan"ın qələbəsi VİDEO

00:41  Millimiz uduzdu

28.01.2018

27.01.2018

26.01.2018

21:22  Millimiz qələbə qazandı - Yenilənib

25.01.2018

24.01.2018

23.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ