Xəbər lenti
20/04/2018 [00:09]:
Qoxuların yuxuya təsiri ortaya çıxdı - ARAŞDIRMA...
19/04/2018 [23:52]:
"Şəxsən mən bu əvəzlənməni necə etmək lazım gəldiyini bilirəm...” - Media eksperti
19/04/2018 [23:48]:
"Türkiyəni yenidən sıxışdırmağa çalışırlar..." - VİDEO
19/04/2018 [23:15]:
Ermənistanda etirazlar yenidən alovlanır – VİDEO
19/04/2018 [22:57]:
Mühərriki partlayan təyyarəni xilas etdi, qəhrəman pilot adını aldı...
19/04/2018 [22:56]:
İraq Suriyanı bombalayır
19/04/2018 [22:53]:
"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov
19/04/2018 [22:52]:
Antibiotik qəbulundan sonra üzünü itirdi - FOTO
19/04/2018 [22:51]:
Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər - Amma görün, o, nə etdi...(FOTO)
19/04/2018 [22:47]:
Xorvatiya prezidenti İlham Əliyevi təbrik edib
19/04/2018 [22:40]:
Məşhurların ən ilginc alışqanlıqları: Barmağını əmən də var, gündə 70 fincan çay içən də...
19/04/2018 [22:28]:
Qatar relslərə ilişən traktoru parçaladı - VİDEO
19/04/2018 [21:58]:
Xocalı soyqırımı abidəsi Sahil bağında da ucaldıla bilərdi... - Kölgədə qalan tarix
19/04/2018 [21:58]:
Prezidentdən yeni - Təyinat
19/04/2018 [21:55]:
Müşərrəf Akay Ehtiram Hüseynovu qonaq dəvət etdi - FOTO
19/04/2018 [21:28]:
Məhərrəm Həsənov həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu
19/04/2018 [21:26]:
İlham Əliyev ilk rəsmi səfərini bu ölkəyə edəcək - Tarix açıqlandı
19/04/2018 [21:25]:
Azərbaycan Ordusu desantçıxarma əməliyyatları üzrə taktiki-xüsusi təlim keçirib - FOTOLAR
19/04/2018 [21:08]:
“Kəlbəcərlilər İlham Əliyevin qələbəsin qeyd edir" adlı növbəti tədbir keçirildi
19/04/2018 [21:08]:
Zaxarova: "Şadıq ki, Azərbaycanda Skripal məsələsinə obyektiv baxış var"
19/04/2018 [20:42]:
Zaxarova ikitərəfli münasibətlərdən danışdı
19/04/2018 [20:27]:
Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik etdi
19/04/2018 [20:24]:
Türk generallar ömürlük həbs olundu
19/04/2018 [20:19]:
Ermənistanda polis xalq tərəfə keçir
19/04/2018 [20:11]:
Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
19/04/2018 [19:58]:
“Polisə Dəstək” İB Masallıda tədbir keçirib
19/04/2018 [19:56]:
Dünyada 4 milyona yaxın mühacir uşaq məktəbə gedə bilmir
19/04/2018 [19:54]:
Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
19/04/2018 [19:42]:
“Zəngəzur” filmi dünyanın ən böyük video paylaşma sistemində paylaşıldı - VİDEO
19/04/2018 [19:15]:
Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma: saxlanılanlar var
19/04/2018 [19:15]:
Vikipediyada Kəlbəcərin Başlıbel kəndində baş vermiş faciə haqqında məqalə yaradıldı
19/04/2018 [19:03]:
"SOCAR Polymer”: "İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir"
19/04/2018 [18:59]:
Akademik aşağıladığı 200 alimi "susdurdu": Kəmsavadlar...
19/04/2018 [18:54]:
"Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq"
19/04/2018 [18:51]:
Ölülərini torpaqda dəfn etmək əvəzinə, uçurumdan asan qəribə tayfa- FOTOLAR
19/04/2018 [18:44]:
“Prezidentin qərarını alqışlayırıq”
19/04/2018 [18:41]:
Moskvada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirildi
19/04/2018 [18:31]:
“Yüksək səviyyəli liderliyiniz...” - Koreya lideri Əliyevi təbrik etdi
19/04/2018 [18:26]:
Generalın oğlu yenidən məhkəmə qarşısında
19/04/2018 [18:24]:
Kubada Kastroların 60 illik hakimiyyətinə son - Yeni lider odur
19/04/2018 [18:02]:
Ramil Usubov 42 əməkdaşını CƏZALANDIRDI
19/04/2018 [18:00]:
Prezident Bakı-Rusiya dövlət sərhədi yolunun tikintisinə pul ayırdı
19/04/2018 [17:59]:
Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib
19/04/2018 [17:55]:
Azərbaycanda əxlaqsızlıq tüğyanının qarşısı necə alınmalıdır? - İlahiyyatçı cavab verir...
19/04/2018 [17:54]:
Elmira Süleymanova: "Aliment fondu yaradılmalıdır"
19/04/2018 [17:53]:
Evdə dodaqlarınız üçün təbii kremin hazırlanması...
19/04/2018 [17:53]:
Polşa prezidenti İlham Əliyevi təbrik edib
19/04/2018 [17:52]:
Finlandiyalı həmkarı İlham Əliyevi təbrik etdi
19/04/2018 [17:37]:
"Bu görüşün Qarabağ məsələsinə nə istisi, nə də soyuğu olmayıb və olmayacaq"
19/04/2018 [17:28]:
“Quilling”: Kağız sənəti - FOTOLAR
19/04/2018 [17:25]:
"Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil"
19/04/2018 [17:13]:
"Daha Serj Sərkisyan adında adam yoxdur, onun statusu fahişədən də aşağıdır..."
19/04/2018 [16:52]:
Ayrılıq ağrısının müddəti bəlli oldu...
19/04/2018 [16:50]:
Rusiya və NATO rəsmiləri Bakıda görüşdü
19/04/2018 [16:42]:
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın - TƏKLİF
19/04/2018 [16:31]:
“UPBA Bakı-2018”-in iştirakçıları Heydər Əliyevin məzarını ziyarət ediblər
19/04/2018 [16:29]:
Ombudsman sosial şəbəkələri hüquqi cəhətdən tənzimləməyə çağırdı
19/04/2018 [16:27]:
Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı
19/04/2018 [16:26]:
Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək
19/04/2018 [16:25]:
Avtomobillərə pərdələrin vurulacağı vaxt açıqlandı
19/04/2018 [16:16]:
Brent markalı neft bahalaşdı - 4 il sonra ilk
19/04/2018 [16:03]:
Məşhur teleaparıcı dünyasını dəyişdi - FOTO
19/04/2018 [16:02]:
Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının konfransı işinə başladı
19/04/2018 [15:55]:
Sarkisyan 3 naziri vəzifəsində saxladı
19/04/2018 [15:54]:
Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirildi
19/04/2018 [15:43]:
“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır
19/04/2018 [15:43]:
Ermənistanda saxlanılanların sayı 100-ə çatıb
19/04/2018 [15:41]:
Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar
19/04/2018 [15:34]:
DİN: "Taleh Xasməmmədov üç polisə xəsarət yetirdiyi üçün saxlanılıb"
19/04/2018 [15:30]:
Şəbnəm Tovuzlunun gizli saxladığı həyat yoldaşı -“Tenderlər kralı” Ramazan Mirzəyev…
19/04/2018 [15:16]:
Ayrılığın üzü dönsün... - Rafiq Əliyevdən o dünyadakı xanımına 8-ci məktub
19/04/2018 [15:06]:
Prezident Corc Buşa başsağlığı verdi
19/04/2018 [14:55]:
Stiven Siqal İlham Əliyevi təbrik edib
19/04/2018 [14:54]:
Azərbaycan Pakistandan döyüş təyyarələri alır
19/04/2018 [14:42]:
Qazaxın icra başçısı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış oldu -FOTOLAR
19/04/2018 [14:38]:
Yoldaşı Gəncə üsyanına başçılıq edən, təyyarə qəzasında ölən general qızı...
19/04/2018 [14:38]:
İsrail ordusu silahlandı - YANLIŞ SİQNAL
19/04/2018 [14:37]:
“Böyük güclərin Bakı görüşü münasibətlərin gərgin olduğu dövrə təsadüf edir”
19/04/2018 [14:27]:
Doğuş zamanı ölən anaların sayı açıqlandı
19/04/2018 [14:25]:
Ötən il 37 min qadın abort olundu - Məktəbli də var
Bütün arxiv bir sırada
18/04/2018 [21:31] - Cəmiyyət - ( 3141 dəfə baxılıb)

Başlıbel faciəsindən 25 il ötdü - Şahidlər danışır...



Bu gün Başlıbel faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin iclas zalında təşkil olunmuş tədbirdə ictimaiyyətinin nümayəndələri, ziyalılar, Kəlbəcər gəncləri, habelə 1993-cü il aprelin 18-də erməni quldurlarının Başlıbel kəndində törətdiyi kütləvi qətllərin şahidləri iştirak ediblər.

Moderator.az xəbər verir ki, tanınmış jurnalist Elxan Salahov tədbiri giriş sözü ilə açaraq Başlıbel faciəsi ilə bağlı qısa məlumat verib. 
O, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətlləri Qarabağ müharibəsinin qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, rayonun işğalı zamanı 2000 nəfərdən çox əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini tərk edə bilmədiyindən düşmən ordunun mühasirəsində qalıb. Aprelin 2-də kən sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar: “Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də  sığınacağı tərk edərək yalnız gecələr gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını məcburi köçkünlükdən üstün tutub”. 

Artıq Başlıbel faciəsindən 25 il ötdüyünü deyən Elxan Salahov 93 yaşlı Ələsgər babanın hələ də itkin sayıldığını söyləyib. 

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: “Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar.Ertəsi gün  ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərar gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna gğrə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki,  “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular.  Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar”.
İsmət Əzizov deyib ki, bütün bunları “Qalaça” kahasına sığınmış dinc sakinlər öz gözləri ilə görürdü. Ancaq xeyli qüvvəsi olan düşmənə atəş açmaq həm “Kahanın başı”ndakı evlərə sığınmış xəstə və qocaların, həm də “Qalaça”da gizlənimiş camaatın məhv olması və ya girov aparılması demək idi: “Ona görə də biz yalnız müşahidə etməklə kifayətləndik. Erməni quldurları əldə etdikləri qəniməti özləri ilə aparırdılar”.

Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsini yararaq Başlıbelə pənah gətirən və burada kahalara sığınmış yerli sakinlərə qoşulmuş keçmiş döyüşçü Səlim Mehtiyev də ermənilərin bu kənddə törətdiyi qətliamın şahidlərindən biridir. O, çıxışında erməni quldurlarının kahalara amansız hücumunun təfərrüatlarını danışıb: “Başlıbeldəki sığınacaq yerimizi “Qalaça”dan “Portda”ya dəyişəndən sonra kahalardan bir qədər aralıda - “Qayabaşı”da post qurmuşduq. Aprelin 18-də günorta saatlarında ağ rəngli bir “NİVA”  “Kahanın başı”ndan gəlib  “Taxta yurdun düzü” istiqamətinə keçdi. Maşın gizləndiyimiz kahanın qabağına çatanda silahı qaldırdım ki, erməniləri vuram. Hava məsafəsi təxminən 50-60 metr olardı, əmin idim ki, quldurları vura biləcəyəm. Amma Ələkbər atəş açmağa razı olmadı, dedi, mənim bütün külfətim buradadır, atəş açsan, hamımızı kahada qıracaqlar.  Ona görə atəş açmadım, “NİVA” isə kahanın qənşərindən keçib düz dərənin boğazına qədər getdi. Təxminən yarım saatdan sonra görük ki, ermənilər “Taxta yurd” tərəfdə çöllərə səpələnmiş mal-qoyunun hamısını qabaqlarına qatıb kəndə tərəf aparırlar. “NİVA”nı isə dərənin boğazında saxlamışdılar. Heyvanı kəndə tərəf aparan iki ermənidən biri düz gəlib bizim kaha ilə üzbəüz düzənlikdə - “Portda bulağı”nın üstündə dayanıb diqqətlə ətrafa baxdılar. Deyəsən, bu dəfə bizi görmüşdülər, kahaya tərəf  güllə atdılar. İlk güllələrdən biri qonşu kahada olan Elşad Əzizovu sol çiynindən yaraladı. Çox çəkmədi ki, içərisi silahlı ermənilərlə dolu olan “QAZ-66” kahalara yaxınlaşdı. Düşmən ordusunun canlı qüvvəsini hadisə yerinə çatdıran ikinci “ZİL -131” maşını isə yuxarıdan hərlənərək “Portda” kahalarının arxasında, üst tərəfdə mövqe tutdu. “ZİL-131” markalı maşınında 30-35 nəfər düşmən əsgəri kahalara tərəf sürətlə irəliləyir, 62 nəfərin sığındığı kahaları aşağıdan və yuxarıdan mühasirəyə alırdı. Aşağıdan atəş açaraq kahalara doğru yaxınlaşan ermənilər Azərbaycan dilində söyüşlər söyərək həyasızcasına “Buralar bizimdir, siz burada nə gəzirsiniz?!” deyib irəli atılırdılar. Əksəriyyəti saqqallı “boevik” və rütbəli zabitlər idi.  “ZİL-131”dən düşənlərin 6-sı düz kahaların yaxınlığına gəlib Azərbaycan dilində müraciət edərək bizi təslim olmağa səslədilər. Yarı Azərbaycan, yarı türk ləhcəsində deyirdilər ki, təslim olanlarla işimiz yoxdur, hamınızı Qarabağa aparacağıq, oradan Bakıdakı erməni əsirlərinə dəyişəcəyik. Yaşlı adamların, xüsusən də qadınlardan bəziləri ermənilərin yalanlarına inanaraq kahalardan çıxdılar. Həmin adamların əksəriyyətini girov apardılar, bir neçə nəfəri yerindəcə güllələdilər...”

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən  gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri  qətlə yetirmişdi: “Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”.

Tədbirdə ermənilərin Başlıbel kəndində törətdiyi vandalizm aktlarından geniş bəh olunub. Şahidlərin dediyinə görə, İkinci Dünya Müharibəsi iştirakçısı, hər iki ayağını alman faşizminə qarşı müharibədə itirmiş Hüseyn Hüseynov Başlıbel kəndinin mərkəzində, kolxoz idarəsinin binasında diri-diri yandırılmışdı. Mühasirədə qalanlar onu əsasından, papağından, bir də sinəsində kömür kimi yanmış medalından tanımışdılar. 

Bundan başqa, quldurlar 53 yaşlı ruhi xəstə Qənaət Ağamirovu da işgəncə ilə öldürmüşdülər. Üz-gözündə, qulaqlarında, burun dəliklərində siqaret yanığının izi aydın görünürdü...

Ermənilərin törətdiyi vandalizmə “Nəbinin kahası”ndan kəndə enən cavanlar daha çox rast gəlirdilər. Həyət-bacalarda qulduların daha iyrən əməllərinin izləri qalmışdı.Başlıbel kəndinin mərkəzi məhəllələrində keçini buynuzundan, inəyi ayaqlarından dirəyə asımışdılar. Ermənilərin heyvanlara qarşı bu cür amansız davranışları dəhşət saçırdı. Quldurlar  toyuq-cücələri dimdiyinə məftil keçirilərək ağacdan asmışdılar.  

Mühasirədə qalanların ərzaq dalınca kəndin mərkəzinə gələrkən həyətlərin birində gördükləri  mənzərə isə daha dəhşətli idi. Həyətdəki it anasını itirmiş körpə quzunu əmizdirir, sanki yetim quzunun kimsəsizliyini duyurmuş kimi ona mehribanlıq göstərirdi.

Tanınmış ziyalı, Əməkdar jurnalist Əlövsət Ağalarov deyib ki, bu faktlar işğalçı Ermənistanın əsl mahiyyətini çılpaqlığı ilə ortaya qoyur.  Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Başlıbel kəndində dinc əhalini hədəf seçməsi, insanlığa açıq-aşkar meydan oxuyaraq müharibə, kütləvi qətliamlar yolunu tutması, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına məhəl qoymamasına cəhd kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Ermənistanın bu vəhşiliyi, xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə alması bir gerçəkliyi də ortaya qoyur: “İşğalçı rejim bu vandalizm siyasətini davam etdirdikcə daha çox insanlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü terrorizmin qurbanı olacaq”.
Başlıbeldə 113 gün mühasirədə qalmış şahidlərin çıxışından sonra tədbir sual-cavab və müzakirə formasında davam etdirilib. Moderator.az saytının baş redaktoru Zülfüqar Huseynzadə ölkə ictimaiyyətinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən vətəndaşların bu problemə laqeyd münasibətindən şikayətlənib. O, işğalın ömrü uzandıqca öz yurd-yuvasından didərgin salınmış insanların doğma torpaqlara qayıtmaq istəyi azaldığını təəssüf hissi ilə qeyd edib: "Xalqımız çox böyük faciələr yaşayıb. Ən böyük faciə laqeydlik və unutqanlıqdır. İşğal altında olan rayonların hər birinin orta hesabla 60 min nəfər əhalisi var. Amma həmin rayonların işğalının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edənlərin sayı 20-30 nəfərdən çox olmur".

Zülfüqar Hüseynzadə Başlıbeldə mühasirədə qalmış 62 nəfərin başına gələnləri xatırladaraq bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün partizan hərəkatı yaradılmalıdır. Onun sözlərinə Azərbaycan hökuməti sülh danışıqlarından imtina etməli və torpaqların müharibə yolu ilə azad edilməsi istiqamətində əməli addımlar atmalıdır.

Kəlbəcər rayonundan olan şair-jurnalist Namiq Dəlidağlı da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xoşluqla çıxmayacağı qənaətinin ildən ilə möhkəmləndiyinin söyləyib: "Hər kəs bilir ki, Ermənistanın Azərbayaca qarşı ərazi idialarının arxasında Rusiya dayanır. Bizim torpaqlarımızı Ermənistan tək öz gücünə deyil, xarici havadarlarının dəstəyi ilə işğal edib. Sülh danışıqlarının davam etdiyi 25 il ərzində Ermənistan məhz xarici havadarlarına arxalanaraq münaqişənin həll yolunu uzatmaqla məşğuldur. Artıq bu gerçəklikləri gizlətmək mümkün deyil, bütün dünya reallıqları bilir və regionda baş verənlər hər kəsə bəllidir. Odur ki, biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik. Müharibə qaçılmazdır, qanla alınan torpaqları heç vaxt sülh yolu ilə geri qaytarmayacaqlar". 

Laçın rayonundan məcburi köçkün Tale Şahməmmədov isə torpaqlarının 20 faizinin işğal altında olan Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi sahəsində ciddi problemlərin olduğuna diqqət çəkib. O, hazırkı gənclərin bir çoxunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəfdarı olmasını onların müharibədən qorxması kimi dəyərləndirib: "Gənclərin bu ruhda tərbiyə olunması çox zərərlidir. Biz sülhsüvər və humanist xalq olduğumuz üçün gənclərin də bu ruhda böyüməsi müsbət haldır. Ancaq bizim ana-bacılarımız Xocalıda, Ağdabanda, Başlıbeldə dəhşətli faciələr yaşayıblar, gənclərimiz ermənilərin törətdiyi bu qətliamları unutmamalı, döyüşkən ruhda böyüməlidir. Bu, xüsusilə Kəlbəcər, Laçın işğal altındakı digər rayonların gənclərinə aiddir. Onlar Xocalı, Ağdaban, Başlıbel faciələri ilə bağlı bilgilərini artırmalı, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi bu qanlı cinayətlər barədə daha çox məlumat öyrənməlidir".

Tanınmış jurnalist Məhəmməd Nərimanoğlu isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dünyaya tanıtdırmaq üçün davamlı, həm də elliklə çalışmaq lazımdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi elə vəhşiliklər var ki, onlar haqqında nəinki beynəlxalq ictimiayyətdə, hətta Azərbaycan vətəndaşlarında dolğun məlumat yoxdur: "1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı erməni quldurlarının kəlbəcərlilərin başına gətirdikləri bu gün çoxlarına bəlli deyil. Ermənilər Kəlbəcəri işğal edərkən saysız-hesabsız vandalizm aktları törədiblər ki, bəlkə də bəşəriyyət tarixində belə hadisələrə heç vaxt və heç yerdə rast gəlinməyib . Halbuki Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən bu qətliamların canlı şahidlərinin bir çoxu hələ həyatdadır, yaşayırlar. Təkcə bu insanların Başlıbel kəndində gördükləri faktlar əsasında çoxli kitablar yazmaq, sənədli filmlər çəkmək olar".

Antibiotik qəbulundan sonra üzünü itirdi - FOTO
Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər - Amma görün, o, nə etdi...(FOTO)
“Prezidentin qərarını alqışlayırıq”
"Bu görüşün Qarabağ məsələsinə nə istisi, nə də soyuğu olmayıb və olmayacaq"
Yoldaşı Gəncə üsyanına başçılıq edən, təyyarə qəzasında ölən general qızı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Qoxuların yuxuya təsiri ortaya çıxdı - ARAŞDIRMA...
Dünya
Ölülərini torpaqda dəfn etmək əvəzinə, uçurumdan asan qəribə tayfa- FOTOLAR
Maraqlı
“Quilling”: Kağız sənəti - FOTOLAR
Dünya
"Daha Serj Sərkisyan adında adam yoxdur, onun statusu fahişədən də aşağıdır..."
Gündəm
“Böyük güclərin Bakı görüşü münasibətlərin gərgin olduğu dövrə təsadüf edir”
Həftənin ən çox oxunanları
Oteldə ölən deputatla bağlı iddia rəsmən təkzib edildi - Prokurorluqdan açıqlama
“Qanla götürülən torpaq heç vaxt verilməz” - Füzulidəki erməni çoban azərbaycanca dedi...-Video
Toyuq budu ilə fahişə yanına gedən kişi pis vəziyyətdə qaldı...
Əhaliyə müharibə xəbərdarlığı - “ƏRZAQ TƏDARÜKÜ GÖRÜN…”
"Sən demə, sənin "dux"un azərbaycanlılara çatırmış... -Aspasibo Volodya kişinin udaçnı olmayan oğlu"
“Yaşlı adamlar, hamilə qadınlar və uşaqlar evdən bayıra çıxmasınlar” - XƏBƏRDARLIQ...
Atasız-anasız şəhidin xalasından Birinci Vitse-Prezidentə ürəkdağlayan MÜRACİƏT...
ABŞ, İngiltərə və Fransa Suriyada hərbi əməliyyatlara başladı - Moskva şokda...
Qız ona xəyanət edən oğlan dostunun maşınını yandırdı - FOTO + VİDEO
Pusiyanın "dəlisov" silahını Tramp "ağıllı" raketiylə vurdu... - "Putin başa düşdü ki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin