Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

31 avqust 2012, 19:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

XXX London Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əsgərov Toğrul Şəhriyar oğlu
Şərifov Şərif Naibqadjavoviç
Absaidov Saypulla Atavoviç
Şərifov Hicran İbrahim oğlu
Umudov Firdovsi Qəminalı oğlu
Zeynalov Elçin Hidayət oğlu

“Tərəqqi” medalı ilə

Aliomarov Maqomed Aliomaroviç
Bora Salih
Cəfərov Əjdər Xosrov oğlu
Əhmədov Emin Vidadi oğlu
Əlimzanov İlham Şamileviç
Xristov Valentin Snejev
Qaziyev Qacimurad Katiboviç
Məcidov Məhəmmədrəsul Yusup oğlu
Məmmədov Teymur Fizuli oğlu
Nəcəfov Mehman Ağa-Əli oğlu
Ratkeviç Yuliya Nikolayevna
Rəşidov Rəşad Yusif oğlu
Vassilev Zlatan Vanev

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Bayramov Rövşən Cənnət oğlu
Qazyumov Xetaq Ruslanoviç
Stadnik Mariya Vasilyevna

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2012-ci il.