Porsuq

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Porsuq
Porsuq

Porsuq
Elmi təsnifatı
Adı Porsuq
Tip Xordalılar (Chordata)
Sinif Məməlilər (Mammalia)
Dəstə Yırtıcılar (Carnivora)
Fəsilə Dələkimilər(Mustelidae)
Cins Meles
Növ Meles meles
Elmi dildə adı
{{{Elmi dildə adı}}}


Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. AvropaAsiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.

Vikianbarda Porsuq ilə əlaqəli mediafayllar var.