Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Mühacirət övladı


 

Elmira xanım Fərəcullayeva, filoloji elmlər namizədi, dosent, Bakı-Slavyan Universitetinin Roman-German dilləri kafedrasının müdiri, Azərbaycan-Fransa Beynəlxalq Dostluq Cəmiyyətinin baş katibi yada salır

 

Mən bu qənaətdəyəm ki, qadın fəallığının problemlərini müəyyən sosial və ya siyasi aksiyalara aid etmək olmaz. Mənim fikrimcə, qadın əhvalatlarının araşdırılması kulturoloji, mədəni əsassız qeyri-mümkündür.

Siz konkret şəxsiyyətin təcrübəsinə istinad edə bilərsinizmi?

Əlbəttə! Mühacirətdə formalaşmış, mədəniyyət xadimləri pleyadasının nümayəndəsi, istedadlı Azərbaycan yazıçısı Banin (Üm-Əl-Banin). Azərbaycan Demokratik Respublikası dövründə onun atası Mirzə Əsədullayev ticarət naziri idi. 1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri Fransa oldu. On beş yaşlı qız iş axtarışında vurnuxurdu: manekençi, satıcı, katibə, tərcüməçi. Demokratik dəyərlərlə tanışlıq, Fransanın incəsənət aləminə vurğunluq, adlı-sanlı rus mühacirləri ilə ünsiyyət: Bunin, Tolstoy, Şalyapin.

Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur. Digər tərəfdən, Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün uydurma qəhrəmanlarını burada yerləşdirməyə lüzum yoxdur - həyatın özü konkret şəxsiyyətin konkret şəraitdə davranışının, onun mürəkkəb ictimai-siyasi silsilədə və fəlsəfi-bədii proseslər silsiləsində təkamülünün və ya tənəzzülünün təsvirini verir.

«Qafqaz günləri» romanında Banin ailə üzvlərinin mütərəqqi cəhdlərini, onların şərq ənənələri fonunda və hətta bir çox hallarda patriarxal əsaslarda yaradılan qərb həyat tərzinə meylini təsvir edir. Şərq və qərb dəyərlərinin bu problemi onun «Nami», «Paris günləri» əsərlərindən keçir. Azərbaycan kökləri gələcək yazıçının qəlbində faydalı cücərtilər əmələ gətirir və öz inkişafında onu dünya mədəniyyətinə məxsusluğu fikrinə gətirib çıxarır.

Bəs Azərbaycan kökləri hansılardır?

Çox zəngin neft sənayeçilərinin nəvəsi - ana tərəfdən babası Musa Nağıyev, ata tərəfdən babası isə Şəmsi Əsədullayev olmuşlar. Belə ki, hər iki baba Abşeron neft fontanları hesabına varlanmış və xəsislik etmədən xeyriyyəçiliklə məşğul olmuşlar. Üm-Əl-Banin mühacirətdə Şəmsi Əsədullayev və Musa Nağıyev haqda yazırdı: «Onlar bu dünyaya kasıb gəlmiş, onu milyonçu kimi tərk etmişlər». Yeri gəlmişkən, məhz Şəmsi Əsədullayev Xanım Əzizbəyovaya qadın cəmiyyətinin məşğələlərini keçirmək üçün öz evində otaqlar təklif etmişdir.

Ailədə Qərbi Avropa mədəniyyəti ruhu tətbiq edilirdi, əsas fikir tərbiyə və təhsilə verilirdi. Xüsusi olaraq Üm-Əl-Banin üçün atası Almaniyadan Anna adlı mürəbbiyə dəvət edir. Ümumiyyətlə, hər iki ailə bu qıza qayğı ilə yanaşırdı, ona, doğuş vaxtı vəfat etmiş anasının şərəfinə qədim Üm-Əl-Banin adı vermişdilər.

 

Ailələr vətənpərvərlik ənənələri ilə məşhur idilər. 1918-ci ildə erməni qırğını dövründə Əsədullayevlər İrana getmiş, vəziyyət normallaşandan sonra vətənə qayıtmışlar. Təsadüfi deyil ki, Vətən mövzusu Üm-Əl-Banin tərəfindən yaradılmış bədii əsərlərdə daim səslənir.

 Azərbaycan mühacirət ədəbiyyatında Üm-Əl-Banin bu günə kimi görkəmli yer tutur və onun yaradıcılığının fəlsəfi-estetik məzmununun öyrənilməsi yaxın gələcəkdə Azərbaycan humanitarlarının fransız həmkarları ilə birgə işi olacaq: onun bədii yaradıcılığındakı mədəni laylar üç mədəni regionu - Azərbaycan, Fransa və Rusiya - təmsil edən alimlərin birgə səyi ilə dərk edilə bilər.

Dissertasiyanızda yazırsınız ki, Üm-Əl-Baninin yaradıcılığı, mühacirət ölkəsinin təsiri ilə bağlı, Azərbaycan-Fransız yaradıcılığıdır.

O, vaxt Üm-Əl-Banin Fransada keçmiş Rusiya imperiyasının «Mühacirət övladı» kimi qavranılırdı. Qərb və Şərqin, Rusiya və Azərbaycanın, onların mədəni ənənə və qarşılıqlı əlaqə münasibəti aspektindən Baninin «İvan Buninin son döyüşü» povesti çox maraqlıdır. Üm-Əl-Banin İvan Buninlə dostluq əlaqəsində olmuş, onu qocalan, lakin böyük insani cazibəsini itirməyən patriarx, rus mühacirət ədəbiyyatının canlı klassiki kimi təsvir etmişdir. İştirak edən hər iki şəxsin keçmiş Rusiya imperiyasına və onun milli əyalətlərinə, Sovet İttifaqına və onun mühacirətlə qarşılıqlı əlaqələrinə, yaşadıqları ölkədə yaradıcılıq dilinə, yazıçının keçmişi və bu günü, onun yaradıcılıq taleyinə müxtəlif münasibət, bu problemlərə iki tamamilə müxtəlif mədəni yanaşmaya dəlalət edir. Üm-Əl-Banin, gəncliyinə baxmayaraq, Azərbaycan mədəniyyətində yadda qalan hadisə olmuş və qalmışdır.

 

 

 

 

 

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb