Kot-d'İvuar

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Kot-d'İvuar Respublikası
République de Côte d'Ivoire
Kot-d'İvuar
Kot-d'İvuar bayrağı
Bayrağı
Kot-d'İvuar gerbi
Gerbi
Şüar: "Union - Discipline - Travail"
"Birlik, İntizam və çalışqanlıq"
Kot-d'İvuar xəritədə yeri
Paytaxt Yamusukro (de-yure)
Abican (de-fakto)
Ən böyük şəhər Abican
Rəsmi dillər Fransızca
Hökumət Respublika
Alassane Dramane Uattara[ 4.XII.2010 ~]
Daniel Kablan Dunkan[21.XI.2012 ~]
Yaranması
• Müstəqillik
7 Avqust 1960
Sahəsi
• Ümumi
322,463 km2 (124,504 sq mi) (69-cu yer)
• Su (%)
1,4
Əhali
• Təxmini  (2016)
23,5 milyon (56)
• Siyahıya alma (15.V.2014)
22.261.331
• Sıxlıq
72/km2 (186.5/sq mi)
ÜDM (AQP) 2015 təxmini
• Ümumi
78,6 milyard $ (92)
• Adambaşına
3 300 $ (183)
ÜDM (nominal) 2008 təxmini
• Ümumi
23,508 milyard $ (98)
• Adambaşına
1.132 $ (89)
Valyuta Qərbi Afrika CFA frankı (XOF)
Saat qurşağı GMT (UTC+0)
• Yay (DST)
 (UTC+0)
Telefon kodu 225
İnternet domeni .ci
Kot-d'İvuar dövlətinin regionları

Kot-d'İvuar ( Ölkə adı Fil Dişi Sahili ya da Fil Dişi Sahili Respublikası olaraq da istifadə edilə bilər)(Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını ( şimaldan saat istiqamətində )Mali, Burkina Faso, Qana, LiberiyaQvineya dir. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur .

Ölkə adı[redaktə | əsas redaktə]

Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir.

Coğrafiya[redaktə | əsas redaktə]

Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzi nin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var.

Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir. Ölkənin ən yüksək nöqtəsi Qvineya sərhədinin yaxınlığında yerləşən 1.752 m yüksəkliyə sahib olan Nimba Dağıdır. Ölkənin şimal bölgəsinin bir hissəsi Yuxarı Qvineya Yaylaları olaraq adlandırılan bölgədə yerləşir. Bundan başqa qalan bölgələrdə orta yüksəklik 200 m-dən 350 m arasında dəyişir.

Əhali[redaktə | əsas redaktə]

Fil dişi Sahilində son olaraq 2014-ci ildə həyata keçirilən rəsmi əhalinin siyahiyaalınma nəticələrinə görə 22.671.331 əhali müəyyən edilmişdir. Bu son rəsmi siyahiyaalınma nəticəsi olub, 2015 təxmini sayma nəticələrinə görə ölkədə 23.295.302 əhali yaşadığı təxmin edilmişdir.

Fil Dişi Sahili gənc bir əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 58,89%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,34%-i 65 yaş və yuxarıdır.

0-14 yaş : 37.94% ( kişi 4,456,646 / qadın 4,381,907 )
15 -24 Yaş : 20.95% ( kişi 2,459,156 / qadın 2,420,284 )
25 -54 Yaş : 33.53% ( kişi 3,997,615 / qadın 3,812,563 )
55 -64 Yaş : 4.25% ( kişi 495,177 / qadın 493,854 )
65 Yaş və üzəri : 3.34% ( kişi 375,276 / qadın 402,824 )

Dil[redaktə | əsas redaktə]

Ölkənin tək rəsmi dili Fransızca dır . Bu dilidən başqa ölkə daxilində 77 fərqli dil danışılmaqdadır. Bu dillər arasında baule və diula ən geniş istifadə edilən dillərdir. Bundan başqa yerli etnik əsaslı Senufoca, Yacoubaca, Anyice, Attiece, Kulangoca, Tagwanaca və Lobice kimi fərqli dillərdən də istifadə edilir. Rəsmi dilidən başqa açıq ara danışıq dili Dioulacadır. Ölkə əhalisinin 61%-i bu dili bilir və danışır. Xüsusilə ölkənin şimal hissəsində yeniş yayılan dil, eyni zamanda ticarət dili olaraq da istifadə edilir. Ancaq ölkənin Fransa koloniyası olmasından sonra ölkədə rəsmi olaraq istifadə dil Fransızcadır.

Din[redaktə | əsas redaktə]

Ölkə daxilində İslam ən geniş yayılmış din mövqeyində olub , əhalinin 40,2%-i bu dinə inanır. Ölkənin ən geniş yayılmış ikinci din isə 38,7% ilə Xristianlıq dinidir. Bunun içərisində katolik məzhəbinə mənsub xristianların nisbəti 19.3%, protestant məzhəbinə mənsubları 19,3% səviyyəsindədir. Bu iki dindən başqa 2011-2012 məlumatlarına görə yerli Afrika dinlərinə inananlarıdan başqa hər hansı bir dinə mənsub olmadığını bəyan edən kiçik bir qrupda mövcuddur.

İstinadlar[redaktə | əsas redaktə]