"Geyilməmiş ayaqqabılar” filminin nümayişi keçirilib - FOTOLAR
14:32 17 Yanvar 2018
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib.
Femida.az xəbər verir ki, film aprel şəhidlərinin xatirəsinə həsr olunub.
Qarabağ mövzusunda çəkilmiş filmin ssenari müəllifi və baş prodüseri Rza Rzayev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, bəstəkarı Vyaçeslav Şulin, prodüseri Mahir Canasdır.
Filmin rejissoru çıxışı zamanı onu da qeyd etdi ki, filmin böyük auditoriyaya təqdim edilməsində jurnalist Günay Ardanın media vasitəsi ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq məktubu böyük rol oynayıb. Yazıdan qısa müddət sonra Nazirlik filmin təqdimatını öz üzərinə götürüb.
Qeyid edək ki, filmdə rolları Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları ifa ediblər.
Ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır.
Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.
Fotolar: Emin Bağırov
Femida.az
Oxunub: 2760
Oxşar xəbərlər
- Şəhidlərimizə Kərbəlada film çəkildi,filmin qəhrəmanları şəhid anaları oldu + VİDEO
- Azərbaycan Qarabağda film çəkilişlərinə görə Rusiyaya etiraz edəcək
- Şəhid Pərvin Əliyev haqqında çəkilmiş “Təki Vətən yaşasın” filmi təqdim olunub
- Mədəniyyət TV-də "İtirilmiş cənnət" filmi yayımlanacaq
- “Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
- “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi hazırlanıb
- “Titanik”dən sağ çıxan stüardessanın həyatı film olur
- Rus şair Kəlbəcərdəki məşhur məbədi erməni kilsəsi kimi təqdim edən yeni film hazırladı +VİDEO
- "Heydər Əliyev olmasaydı" filminin treyleri yayımlandı - VİDEO
- Azərbaycanlı memarlar haqqında sənədli film çəkilir