Bizimlə əlaqə

Müsahibə

“Babam bəlkə də zəhərlənərək öldürülüb” – Kazımbəyli və Xoyskinin İtaliyadakı biznesmen varisi (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

“Ailəmin tarixi kökləri ilə bağlı məlumat öyrənmək üçün Azərbaycana gedəcəyəm”

“Atamın ailəsi müsəlman olsa da, mənim xristian dininə ibadət etməyim barədə qərar verdi”

“Şirkətim  Kazımbəyin adını daşıyır: K-BEK”

“Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir”

Cahangir bəy Kazımbəyli –Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri. Dərin hərbi biliyə malik olan polkovnik. 1888-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə qayıdıb. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb, özü doğma şəhərinə qayıdıb, mübarizəyə başlayıb və Gəncə üsyanına başçılıq edib. 1920-ci ilin mayında bolşeviklərin hakimiyyəti ələ aldığını eşidən günü həm Gəncədə XI Orduya, həm də “Yelendorf” (indiki Göygöl) tərəfdən gələn daşnak və bolşevik qüvvələrinə amansız zərbələr vurub.

May ayının 24-dən 25-nə keçən gecə artıq şəhərdəki bolşevik ordusunu tərksilah edib, burada hakimiyyəti ələ alıb. Bir qədər sonra qiyamın yatırılacağını hiss edən C. Kazımbəyli bədbinləşməyib, əksinə nikbinliklə deyib: “Qoy biz məğlub olaq, lakin qoy düşmən də öz qələbəsinə yüzlərlə, minlərlə meyitlərin üzərindən addımlayıb keçsin. Qoy 28 may günü tariximizə təkcə müstəqilliyimizin elan olunduğu bir gün kimi yox, həm də vətən mehrabında böyük qurbanlar günü kimi həkk olunsun. Qoy 28 may günü düşmən amansız müqavimətlə qarşılaşsın. 28 may gününün ləyaqətli müqaviməti bizim mənəvi qələbəmizi sübut etsin”. Düşmənlər qədim Gəncəni bir həftə artilleriya və pulemyot atəşinə tutublar. Minlərlə itki verdikdən sonra artıq müqavimətin mənasız olduğunu görən Cahangir bəy və silahdaşları 5 iyun gecəsi döyüş mövqelərini tərk ediblər. Bundan sonra C. Kazımbəyli canından artıq sevdiyi doğma vətənindən mühacirət etmək məcburiyyətində qalıb.  Bir müddət sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub.

(Cahangir Kazımbəylinin həyat yoldaşı Valiyə Xoyski və övladları)

“Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Valiyə xanım Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, “Azəri-türk” dərnəyini yaradıblar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal olunanda əsir düşüb. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunu ilə əməkdaşlıq edib. Cahangir bəy Kazımbəyli  AXC liderilərindən biri olan Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə qurub. Abbas, Mustafa, Əli bəy adlı oğulları dünyaya gəlib.

HafizTimes.com bir neçə il davam edən axtarışdan sonra nəhayət ki, Cahangir bəy Kazımbəylinin İtalyada yaşayan varisini tapıb, həmsöhbət olmağa çalışıb. İtalyada biznes sahəsində böyük uğurlar qazanmış Daniel Kazımbəy eksklüziv müsahibəsində Kazımbəyli-Xoyski ailəsi ilə bağlı uzun illər gizli qalmış məqamlara aydınlıq gətirib, Gəncə-Azərbaycanla bağlı fikirlərini ifadə edib. Daniel Bəy ailəsinin fotolardan ibarət şəxsi arxivini də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

Daniyel Kazım Bəy – 1962-ci ildə Roma şəhərində dünyaya gəlib. Romadakı La Sapienza Üniversitetində İqtisadiyyat üzrə təhsil alıb.  Daha sonra Milandakı Bocconi Üniversitetində Biznesin İdarə olunması üzrə magistr təhsili alıb.  Son 22 ildir ki,  Daniel Kazım Bəy İtalyada tekstil (idman geyimləri ) biznesi ilə məşğul olur. O, Cahangir bəy Kazımbəylinin oğlu Mustafanın övladıdır.

(Nənəm Valiyə xanım, babam Cahangir bəy və oğlanları)

-Siz Azərbaycanda hörmətli bir ailəni təmsil edirsiniz. Kazımbəy ailəsi haqqında düşüncənizi bilmək istərik…

-Çünki Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra babam Cahangir bəy Kazımbəyli oranı tərk edib. Daha sonra ailəmizin bütün üzvləri Azərbaycandan gediblər. Mən yalnız Kazımbəy ailəsinin üzvü olan atam və əmilərimlə əlaqə saxlaya bildim. Babamı isə heç vaxt tanımadım. Mən dünyaya gəlməmişdən öncə o vəfat etmişdi.  Amma xüsusi olaraq vurğulaya bilərəm ki, mənim babamın şəxsiyyəti  ləyaqətin, xeyirxahlığın, mədəniyyət  və gözəlliyin nümunəsi olub. Həyatımda bildiyim ən yaxşı insan olub.

(Cahangir Kazımbəyli, Valiyə Xoyski və oğlanları)

Atanız, əmiləriniz barədə bilmək istərik. Kazımbəy ailəsinin üzvləri necə həyat yaşadı? Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınız?

 -Atamın qardaşı Əli Kazım Bəy İstanbulda yaşayırdı.  İtaliyada İqtisadiyyat təhsili aldı və daha sonra bank direktoru olaraq İstanbula geri qayıtdı. Onun qızı Lalə Kazım Bəy hazırda İstanbulda yaşayır və İnsan Resursları üzrə professordur.  3 gün öncə onunla Yunanıstanda qarşılaşdıq. Əli bəy 7 il öncə vəfat etdi.

Əli bəy Kazımbəyli və həyat yoldaşı

Atamın Abbas adlı böyük qardaşı isə Almaniyada (Kassel) yaşayırdı.   O, riyaziyyat üzrə professor idi. 30 il öncə dünyasını dəyişib.

Mənim atam Mustafa isə İstanbulda dünyaya göz açıb.17 yaşına qədər ailəsi ilə birlikdə Varşavada (Polşa) yaşayıb. Berlində Mexanika Mühəndisliyi Universitetində təhsil alıb. Berlində müharibə olan zaman   o, ailəsi ilə birlikdə Avstriyaya (Kitzbhuel) qaçıblar. 1946-cı ildə isə  Romaya gəlib. 1959-cu ildə anam Giulia tanış olub və ailə həyatı qurublar. Atam Romada ticarət və patent üzrə bir ofisdə çalışırdı. O, 2004-cü ildə Romada vəfat etdi.

Cahangir bəy Kazımbəyli və oğlu Mustafa Kazımbəyli

– Babanız Cahangir bəy Kazımbəylinin həyatı ilə bağlı nələr bilirsiniz? Onu kim və nə üçün qətlə yetirib? Zəhərlənərək öldürülməsi məsələsi nə dərəcədə doğrudur?

-Babamın öldürülməsindən əmin deyilik. Amma atam mənə demişdi ki, o təxminən mədə infeksiyasından dünyasını dəyişib. Amma o da əmin deyildi. Heç kim babamın nə üçün və kim tərəfindən öldürüldüyünü bilmir.

“Mənim atamın ailəsi müsəlman idi. Amma atam mənim xristian dininə ibadət etməyim barədə qərar verib”

O, İtaliyada italyan bir xanım ilə ailə həyatı qurub. Atamın bu qərarına görə, mənim də bütün həyatım xristianlıqla bağlı oldu.

Amma bütün dinlərə hörmətlə yanaşıram. Dininə görə insanların şiddətə, zülmə məruz qalmasının qəti əleyhinəyəm.

(Cahangir Kazımbəyli və həyat yoldaşı Valiyə Xoyski)

-Nənəniz Valiyə xanım Xoyski necə bir insan idi? Onu necə xatırlayırsınız?

 -Təəssüf ki, nənəmi də heç vaxt görməmişəm. Yunanıstanda Olimpus dağında təyyarə qəzası zamanı dünyasını dəyişib. Atam  həmişə mənə deyirdi ki, nənəm qeyri-adi istedada malik, mükəmməl  bir insan idi. O, əsl insani duyğulara malik şəxsiyyət, böyük bir Xan Xoyski idi.

Valiyə Xoyski və oğlanları: Əli, Abbas və Mustafa

-“Kazımbəy” soyadı sizin həyatınıza nələr bəxş edib?

-Kazım Bəy ailəsinə məxsus olmaqdan qürur duyuram. Mən bu müsahibədən sonra başa düşürəm ki, atam niyə bu qədər xüsusi bir insan olub.

-Biznes fəaliyyətinizlə bağlı məlumat verin. K-BEK Sport  şirkətinizi  necə qurdunuz? K-BEK Sport-un fəaliyyəti nədən ibarətdir?

K-BEK Sport şirkətini 2015-ci ildə qurmuşam. Şirkətimin adı da ailəmizlə bağlıdır. “Kazım Bəy” deməkdir. Şirkətimiz dağ-xizək idman növləri üzrə ixtisaslaşmış geyim brendidir. Satış üçün əsasən  on-line səhifəmizdən istifadə edirik. (www-k-bek.it) “İtalyada hazırlanan” ilk aktif idman geyimi dəstini 2019-cu ildə bazara təqdim etməyi planlaşdırmışıq.

-İdman geyimlərinin istehsalı, satışı sahəsində  hansı nailliyyətlər qazanmısınız?

 -Biz aktiv idman geyimləri sahəsində İtalyan tekstil şirkəti olaraq xüsusi yer tutmuşuq. Bizim işimiz  xüsusi texnologiya ilə parçalardan italyan dizaynlı məhsullar hazırlamaqdır. Dağlarda xilasetmə və nəzarət tədbirləri üçün İtaliyanın Carabinieri hərbi qrupunu və  700-dən çox xizək təlimçini idman geyimləri ilə təmin edirik.

Əli bəy Kazımbəyli

“İdman geyimləri, tekstil biznesi üzrə 22 ildən artıqdır ki, fəaliyyət göstərirəm”

-Romadakı İqtisadiyat Universitetindən məzun olduqdan sonra 4 il boyunca bir reklam agentliyində çalışdım. Bun ilk təcrübəmdən sonra Milandakı Bacconi Universitetində magistr təhsili almağa qərar verdim. Elə həmin vaxtdan etibarən tekstil sahəsində də çalışmağa başladım.

Əli Kazımbəylinin qızı və nəvəsi

 -Atanız, əmiləriniz heç doğma yurdunuz Gəncəyə gəldilərmi? Ailəniz Azərbaycan, Gəncə haqqında nə danışırdılar?

 -Atamgil heç vaxt Azərbaycana, Gəncəyə qayıtmayıblar. Çünki ailəmin geri qayıtması heç də asan deyildi. 10 il öncə ailəmin qohumlarından biri Azərbaycana gedib. Hökumət Xan Xoyski ailəsinə aid hər şeyi ona göstərib.

Bəs siz heç Azərbaycana gəlibsiniz?

 -Çox təəssüf edirəm ki, heç vaxt Azərbaycanda olmamışam. Ancaq bilirəm ki, gözəl təbiətə və zəngin mədəniyyətə sahib bir ölkədir. Bakı indi böyük və gözəl bir şəhər olub. İndi bir məqsədim var, ailəmin tarixi kökləri ilə bağlı daha çox məlumat öyrənmək üçün Azərbaycana getməliyəm.

-Son olaraq oxucularımıza nə demək istərsiniz?

 -Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir. Bu möhtəşəm Cahangir Bəy Kazımbəylinin ailəsinin üzvü olmaqdan qürur duyuram. Mütləq gəlib oraları ziyarət edəcəyəm. Ailəm haqqında daha çox məlumata sahib olmaq üçün Azərbaycana səfər etməkdən şərəf duyaram.

Qeyd: Daniyel bəy bir müddət öncəki müsahibəsində doğma babası Cahangir bəy Kazımbəylini yanlışlıqla “Mirzə Kazım Bəy” kimi təqdim etmişdi. Daniel bəyin doğma ailəsini müəyyən etməkdə bizə dəstək olan Kazımbəyli ailəsinə və diqqətli oxucularımıza təşəkkür edirik!

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Atamın adına bir küçə də yoxdur`-Bəstəkarın oğlu Zərdabi ailəsinin bütün gizlinlərini açıqladı (TARİXİ FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Ankarada olan zaman Həsən bəy Zərdabinin “itkin” oğlu Safvet Məlik-Zərdabinin evini, məzarını ziyarət etdik”

“Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi”

“O, deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin”

“Rauf Hacıyevin adına bir küçə də yoxdur”

“Nazir işləyən atam bütün qapıları üzümüzə bağladı”

Fuad Rauf oğlu Hacıyev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların  böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu!

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib  Soltan Məlikova nənəlik edib.

Bir müddət öncə Türkiyədən Azərbaycana qayıdan Fuad Raufoğlu və həyat yoldaşı Zəminə Hacıyeva eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıblar. Fuad Hacıyev müsahibə zamanı özü, ailəsi və fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib. Həsən bəy Zərdabinin nəticəsi, Qərib Soltan Məlikovanın nəvəsi olan Fuad Raufoğlu Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Zərdabi ailəsi ilə bağlı uzun illər gizli qalmış, heç bir Zərdabişünasın üzə çıxara bilmədiyi tarixi faktları HafizTimes.com-a açıqlayıb. Həmçinin Hacıyevlər ailəsi illərdir ki, hər kəsin ümidlə gözlədiyi fotoşəkillərdən ibarət şəxsi arxivlərini də eksklüziv olaraq HafizTimes.com-a təqdim ediblər:

-Bacınız Nanə xanımın erkən vəfatına görə dərin kədərimizi ifadə edirik…

-Çox sağ olun. Bacım Nanənin bu yaxınlarda qəfildən beyninə qan sızdı. Bunu heç gözləmirdik. Vətənimizə yenicə qayıtmışıq. Gəlib bizimlə də görüşdü. İki gün sonra Nanənin vəfat xəbərini aldıq. Bu bizim üçün çox ağır oldu. Dərin sarsıntı keçirdik…

-Ailənizlə bağlı bilmək istərik. Necə bir ailədə böyüdünüz? Rauf Hacıyevin övladı olmaq nə deməkdir? Atanızın adı  sizin həyatınıza, karyeranıza necə təsir etdi?

-Əlbəttə ki, bir az çətinliklər oldu. Rauf Hacıyevin övladı olmaq böyük bir məsuliyyət tələb edir. Atamı çox sevərdim. O, ciddi bir insan idi. Məni daha çox Qərib Soltan nənəm böyüdüb. Atam çox tələbkar idi. Həmişə bizə deyirdi ki, dərslərinizi oxuyun. Musiqi məktəbinə də aparardı. Uşaqlıq illərim fərqli keçməyib. Pianoda ifa edərdim.

(Nanə Hacıyeva və Zəminə xanım)

-Rauf Hacıyev övladlarına qarşı sərt münasibət göstərirdi?

-Atam bizə qarşı çox da sərt münasibət göstərmirdi. Amma həddindən artıq tələbkar idi. Kiçik bacım Nanəni bir az ərköyün böyütmüşdü.  Biz hamımız Nanəni çox sevərdik.  Amma o bizi çox erkən tərk etdi…

(Selcuk Universiteti Konservatoriya tələbələri ilə birlikdə)

-Rauf Hacıyevlə bağlı nəyi etiraf etmək istərsiniz?Atanızla bağlı heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərsiniz.

-Atam çox düzgün bir insan idi. Hətta o, öz uşaqlarına da güzəştə getməzdi. O vaxt həyat yoldaşım Zəminə xanımla birlikdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olmuşduq. Bu fakültə həmin il açılmışdı. Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov bizim müəllimlərimiz olub. Çox görkəmli rejissorlar, aktyorlar bizə dərs deyirdilər.

Zəminə Hacıyeva: “Fuadla imtahanlara girən zamanı tanış olduq. Bir-birimizi ilk dəfə orada gördük. O vaxt müəllimlər qadın olduğuma görə mənə çox da diqqət yetirmədilər. Dedilər ki, gəlin bunu rejissorluqdan aktyorluğa keçirək. Tofiq müəllim çox təkid edirdi. Hətta Fuada zarafatla deyirdi ki, “kartof-soğanla olmaz. Sən onunla evlənirsən, bu iş belə davam edə bilməz”. Mən isə aktrisa olmağı düşünmürdüm. Heç Fuad da bunu istəmirdi.  Biz Fuadla birlikdə orada təhsil aldıq. Fuad çox istedadlı idi. Hətta Moskvada da imtahanlarda iştirak edirdi. Amma o, Vətəni seçdi.

-Rauf Hacıyev sizi belə asanlıqla gəlin kimi qəbul etdi?

-Fuad müəllim də qulaq asır. Yəqin məni təsdiqləyər… Çünki bizim aramızda yalan yoxdur. Fuad mənə çox aşiq idi. Müzakirə edəcək bir məsələ yox idi. Kimsə Fuada müdaxilə etməzdi ki, “bu qız olmasın, başqası olsun” və s. O vaxtlar Fuadı çox incitdim(gülür). Amma sonda hər şey çox gözəl oldu, biz ailə həyatı qurduq.

Fuadın atası, qaynatam Rauf Hacıyev çox dürüst bir insan idi. O vaxt bütün müəllimlərimiz deyirdilər ki, Fuadla Zəminə də gəlib teatrda çalışsınlar. Amma qaynatam Rauf Hacıyev bizə icazə vermirdi. Deyirdi: “Qətiyyən olmaz! Mən Mədəniyyət naziriyəm və mənim uşaqlarım da mədəniyyət sahəsində çalışa bilməzlər!” Rauf Hacıyev bizə belə bir qadağa qoydu. Biz də çox kədərlənirdik. Hətta Fuad deyirdi: “Mən Moskvaya gedirəm, burada qala bilmərəm. Atam bizə heç bir yerdə çalışmağa imkan vermir. Bizim sənətimiz budur! Biz rejissoruq. Teatrda çalışmalıyıq”.

Rauf Hacıyev bizə icazə vermədi. Nə yaxşı ki, müəllimlərimiz bizə dəstək oldular. Müəllimlərimiz dedilər ki, Rauf Hacıyev icazə verməsə də siz İncəsənət İnstitutunda qalın və bizimlə birlikdə çalışın. Tofiq Kazımovun, Mehdi müəllimin əməkləri danılmazdır. Beləliklə biz onların köməkçiləri olaraq çalışmağa başladıq.

(Yaxın dostum Cahangir Zeynalovla birlikdə)

Rauf Hacıyevin xasiyyəti gözəl idi. Mədəni bir insan idi. Hətta indi də bəzi insanlar bizimlə qarşılaşdıqları zaman Rauf müəllimin onlara etdikləri yaxşılıqlardan söhbət açırlar. Hər kəsə yaxşılıq edib. Amma öz uşaqlarına qarşı belə deyildi. Deyirdi ki, mən özüm hər kəsə örnək olmalıyam: “Mən Nazir ola-ola uşaqlarımı da nazirliyə işə düzəldə bilmərəm!”.

(Qərib Soltan, Mehriban Ələkbərov, R.Hacıyevin qızı Natavan H. və F.Hacıyevin nəvəsi Fidan H.)

-Rauf Hacıyevin qadağalarından sonra Azərbaycanı tərk edib Türkiyəyə köçməli oldunuz?

-Biz 25 il Azərbaycanda çalışdıq. Hətta İnstitutda kafedra müdiri Mehdi müəllim də öz yerinə məni gətirdi. 16 ilə yaxın Rejissorluq fakütləsinin rəhbəri kimi çalışdım. Daha sonra professor oldum. Zəminə xanım da professordur. İndi yaxşı tələbələrimiz var. İnanın ki, teatrda çalışanların 80 faizi bizim məzunlarımızdır.

O vaxtlar Türkiyəyə getmək, orada çalışmaq kimi düşüncəmiz yox idi. Həmin vaxtlar bizim səhnəyə qoyduğumuz bütün əsərlər hər yerdə, Dövlət televiziyamızda da nümayiş etdirilirdi. Həmin tamaşalara görə çoxsaylı mükafatlara layiq görüldük. Bir dəfə Aktyorlar Evində  Jan Batist Molyerin heç vaxt təqdim olunmamış bir əsərini səhnələşdirdik. Adını isə “Köylü damat” qoymuşduq. Həmin tamaşanı izləmək üçün Türkiyədən də çoxlu qonaqlar gəlmişdi.

(Türkiyə, Konya- rektorla birlikdə)

O vaxtlar Türkiyədə Fuad Qafarov adlı bir rəssam dostumuz vardı. Dedi ki, Türkiyədə rejissorlar sizdən bəhs edirlər: “Gəlin burada sizinlə birlikdə bir konfrans təşkil edək”. Bizi də həmin konfransa dəvət etdilər. Fikirləşdik ki, həm də gedib Türkiyəni gəzib-görərik. Həmin vaxt türk dilini bilmirdik. Cəmi bir-iki kəlmə bilirdik. Buna görə də konfrans üçün çıxış mətnini əvvəldən hazırladıq. Konfrans çox uğurlu keçdi.

(Viktoriya Albert Muzeyi-Sərvər Qəniyev, Şəfiqa Məmmədova)

Zəminə Hacıyeva: “Fuad orada türklərin çox da bilmədikləri mövzulardan danışdı. Onlar da gördülər ki, bizim danışdıqlarımızdan bixəbərdilər. Hətta o qədər gözəl məlumatlar verdi ki, oradakılar türklər demişkən “şaşırdılar”. Dostumuz Fuad isə bizə türkcə kəlimələri yazıb öyrətdi”. Rektor Xəlil Cin bizə yaxınlaşıb dedi ki, mənim sizə bir təklifim var: “Biz Konyada bir konservatoriya açmak istəyirik.  Razısınızsa, bizimlə Konyada qalın”. Biz isə ona türkcə danışa bilmədiyimizi söylədik. O vaxtlar daha çox rus dilində danışırdıq. Hətta bizim üçün tərcüməçi də tutdular.  Beləliklə düz 25 il Türkiyədə fəaliyyət göstərdik. Bir müddət olar ki, Türkiyədəki işimizdən uzaqlamışıq.  Hər ikimiz də “xərçəng” xəstəliyinə tutulduq. Hazırda müalicə olunuruq.

(Nərminə Hacıyeva, Mehriban Ələkbərova, Qərib Soltan V.)

-Türkiyədə tutduğunuz mövqedən razısınızmı? Siz  yenə də çalışmaq üçün Türkiyəni seçərdiniz?

-Çox razıyıq. Çünki orada bizə xüsusi bir münasibət göstərirdilər. Həm də biz ora Azərbaycandan getmişdik. Azərbaycana qarşı böyük sevgiləri var. İndi isə dövlətlər arasında daha yaxın münasibətlər qurulub. O vaxt isə nadir hallarda Türkiyədə azərbaycanlı görərdik. Biz orada bütün Azərbaycanı təmsil edirdik. Hətta orada “bölüm başqanı” olaraq fəaliyyət göstərirdim. İlk vaxtlar türkcə yanlış danışanda da sevinirdilər, alqışlayırdılar ki, biz ruhdan düşməyək. Hazırda isə Türkiyədə çəkilən bütün filmlərdə, seriallarda bizim tələbələrimizi görə bilərsiniz. Hətta Türkiyədəki teatrların 80 faizinə bizim yetişdirdiyimiz rejissorlar rəhbərlik edir.

“Fuad Hacıyev Türkiyədə rejissorluğun əlifbasını öyrədib”

-Artıq yorulmuşuq. Vətənə qayıtdıq. Türkiyədəki fəaliyyətimizdən, gördüyümüz münasibətdən, işlərimizdən razı qaldıq. Bizi çox sevirlər. 25 ildən sonra dedik ki, işdən uzaqlaşmaq istəyirik. Onların bizi yola salmaları çox tərsirli və gözəl idi. Böyük bir restoranda məclis təşkil etdilər. Bütün tələbələrimiz, müəllim yoldaşlarımız orada idi.  Çoxlu hədiyyələr gətirmişdilər. Hətta bizim xəstəliyimizi də sağaltmaq üçün hər şey edəcəklərini bildirdilər. Bizə orada ev də verdilər. Qayıtmağımızı istəmirdilər. Dili bilmədiyimiz üçün ora qorxa-qorxa getmişdik. Amma sonda elə bil bizi göylərə uclatılar…

Azərbaycanda da bizi çox sevirdilər. Türkiyəyə getməyimiz bir təsadüf idi. Gənc idik. Deyirdik ki, 4 ildən sonra ilk tələbələrimiz məzun olduqda Azərbaycana qayıdarıq. 4 il başa çatdı, mükafatlar aldıq, tədbirlər keçirdik. Orada 4 ildən bir rektor dəyişir. Yeni rektorlar bizə qayıtmağa icazə vermirdilər. Deyirdilər ki, bizdən öncəki rektorlarla neçə çalışdınız? Axı bizimlə niyə çalışmırsınız? Biz də məcbur olub qalırdıq…İnsanın öz fəaliyyətini təkmilləşdirməsi mühümdür. Həmin vaxt heç Azərbaycan dilini də yaxşı bilmirdik. Bəxtiyar Vahabzadə o vaxt deyirdi ki, “Eh Fuad nə yaxşı ki, sən o vaxt Türkiyəyə getdin.  Onlar sənə dilimizi öyrətdilər…”.

(Hüseyin Seyidzadə ilə birlikdə)

-İllər sonra qayıtdığınız Azərbaycanda nə ilə qarşılaşdınız?

-İndi hiss edirik ki, Vətən üçün çox darıxmışıq! İnsanlarla qarşılarışıq: bəziləri sevincli, bəziləri isə kədərli… Gözəl binalar ucalıb. Bakı çox dəyişib. Köhnə Bakımızdan əsər-əlamət qalmayıb. Nyu-Yorka bənzəyir.

-Azərbaycanda nəyin  dəyişməsini istəməzdiniz?

-İnsanların səmimi, gözəl, dürüst qalmasını istərdik. Mən insanda yalnız dürüstlüyü sevirəm.

(H.Zərdabi və həyat yoldaşı Hənifə xanım-Safvet bəyin evindəki portret)

-Sizi daha çox görkəmli maarifçi, Azərbaycan Milli mətbuatının banisi Həsən bəy Zərdabinin nəvəsi kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

-Fuad Həsən bəyin nəvəsi ola bilməz. Fuadın atısı Rauf Hacıyev Həsən bəyin nəvəsi idi. Fuad isə nəticəsidir…

Hələ o vaxtlar atam Rauf Hacıyev Həsən bəyin Parisdə yaşayan qızı Pəri xanımla (Əlimərdan bəy Topçubaşının həyat yoldaşı) əlaqə saxlayırdı. Onların övladı Ələkbər Topçubaşı ilə də yaxın münasibəti vardı. Biz də Parisə gedən də onların məzarını ziyarət etdik. Atam danışırdı ki, Parisdə olanda onların məzarından bir ovuc torpaq götürüb Azərbaycana gətirib və Həsən bəy Zərdabi, həyat yoldaşı Hənifə xanımın məzarı üzərinə səpib.

(Safvet Məlik-Zərdabi)

-Həsən bəy Zərdabinin illərdir ki, axtarılan sonuncu övladı Safvet Zərdabi ilə heç görüşmüsünüz? Safvet Zərdabi ilə bağlı nələr bilirsiniz? Həsən bəyin “itkin” oğlu ilə  bağlı yalnız sizin məlumatlı olduğunuz qeyd edilir…

-Biz Ankarada olan zaman Həsən bəy Zərdabinin sonuncu övladı Safvet Məlik-Zərdabinin evini ziyarət etdik. Orada Safvetin həyat yoldaşı Nəfisənin bacısı Aişə xanım yaşayırdı. O, bizə Safvetin iş vəsiqəsini, sənədlərini təqdim etdi. Sənəddə də qeyd olub ki, Safvet Almaniyada təhsil alıb. O həm memar, həm də mühəndis bölməsinin məzunu olub. Soyadı isə “Məlik-Zərdabi” kimi qeyd olunub. Biz onun adını “Saffet” kimi yazırdıq.Amma “f” hərfi bir dənə olub. Bütün bu sənədlərin şəkillərini sizə təqdim etdik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

Nəfisənin bacısı Aişə çox yaşlı qadın idi. Gözləri zəif görürdü. O, bizə Safvetlə bağlı xeyli məlumat verdi. Hətta qeyd edim ki, atam Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə gedərkən Safvet əmiyə çox şey göndərirdi. Həmin vaxt bizim bir qızımız dünyaya gəlmişdi. Safvet əmi də qızımıza Türkiyədən gözəl geyimlər alıb göndərmişdi. Rauf Hacıyev Safvet Məlik-Zərdabi ilə həmişə əlaqə saxlayırdı.

Fuad Raufoğlu: “Atam o vaxt Safvet ilə görüşünü film kimi çəkmişdi. Həmin video lenti bizə də göstərib. İlk dəfə Safvet Zərdabinin üzünü həmin videoda görmüşdük. Amma təəssüf ki, onun özünü biz görə bilmədik. Həmin vaxt heç Nəfisə xanım da həyatda deyildi. Nəfisə xanımın bacısı Aişə xanım Həsən bəy Zərdabi ilə Hənifə Xanımın divardan asılmış qədim protretini bizə bağışladı. Aişə xanım dedi ki, “Safvet həmin portret illərlə öz evində, ən yüksək yerdə saxlayıb. Safvet evinə qonaq gələn hər kəsə həmin portreti göstərib deyirmiş ki, bunlar mənim ata-anamdır. Gözləri dolarmış…”

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safvet Məlik-Zərdabi və Nəfisə xanımın övladı olmayıb?

-Onların bir övladı olub. Amma çox yaşamayıb, vəfat edib. Aişə xanım tez-tez deyirdi ki, bacısı Nəfisə xanım çox gözəl olub. Əsil türk qızı olub. Safvetlə Nəfisə çox mehriban olublar. Bir-birini seviblər. Təəssüf ki, biz onları görə bilmədik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

– İllərdir ki, bütün Zərdabişünaslar Safvet Məlik-Zərdabi və həyat yoldaşı Nəfisə xanımın məzarı axtarırlar. Amma nədənsə tapa bilmirlər. Onların məzarı haradadır?

-Safvet bəylə Nəfisə xanımın məzarı Ankaradadır. Fuad gedib onların məzarını tapıb, ziyarət etmişdi. Məzarın yerini Nəfisənin bacısı Aişə xanım bizə demişdi. Biz də bir müddət Ankarada yaşamalı olduq. Fuad həmin qəbirstanlığa tək getməmişdi. Teatrdakı aktyor dostları ilə birlikdə getmişdilər və Safvet bəyin məzarını tapdılar. Məzarları önündə dayanıb onların ruhuna rəhmət oxuyublar. Göz yaşlarını saxlaya bilməyib… Biz yenidən Ankaraya gedəndə onların evinə baş çəkəcəyik. Aişə xanım bəlkə də indi dünyasını dəyişib.

-Safvet Məlik-Zərdabinin evi necə idi?

-Zəngin bir saray deyildi. Sadə bir ev idi. Çox qədim idi.

(Moskva. “Yol ayrıcı operattası”. H.Rauf, H. Fuad və Zəminə Hacıyeva)

-Safvet Məlik-Zərdabi niyə heç Azərbaycana gəlməyib?

-O vaxtlar çox çətin idi. Qadağalar var idi. Həmin qadağalar aradan qalxandan sonra Safvet bəy də dünyadan köçdü. Bu barədə bizə atam danışardı. O, Azərbaycanı çox görmək istəyirmiş…

(Türkiyə Mədəniyyət naziri Fikri Sağlar ilə birlikdə)

Bir məqamı da qeyd edim ki, Safvetin evi başqa ünvanda idi. Safvet bəylə Nəfisə xanım vəfat etdikdən sonra Aişə xanım onların evini dəyişib. Hətta biz Aişə xanıma yardım-pul təklif etdik ki, bəlkə ehtiyacı var. Amma o, dedi ki, Safvet və Nəfisə xanım ona hər şey veriblər.

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safet bəylə Nəfisə xanımın məzarları necə idi?

-Çox sadə məzarlardı. Türkiyədə bizdəkilərdən fərqli olaraq məzar üstləri çox sadə olur. Kiçik bir daş qoyurlar.

(Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova)

-Həsən bəy Zərabinin qızı Qərib Soltan xanımla da bağlı yalnız sizin ailənizin məlumatlı olduğu qeyd edilir. Qərib Soltan xanımı necə xatırlayırsınız?

-Qərib Soltan bizim nənəmizdir. Gözəl bir insan idi. Bizim evdə onun canlı-canlı rəsimləri var. Qızımız dünyaya gələndə Qərib Soltan nənəni də videoya çəkdik. O, uşaqla elə gözəl oynayırdı ki… Hətta ikinci qızımıza nənəmiz Qərib Soltanın adını qoyduq. Rauf Hacıyev birinci qızımın adını isə Naminə qoydu.

(Qərib Soltan Məlikova, Fuad Hacıyev və Natavan Hacıyeva)

Məni də, bacılarımı da, Nanəni də Qərib Soltan nənə böyüdüb. Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi. Hətta o, deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qərib Soltan qoyduq.  Qızımız Qərib Soltan indi Kanadada yaşayır.

(Rauf Hacıyev anası Nanə xanımın qucağında)

-Qərib Soltan xanımın vəfat etdiyi günü necə xatırlayırsınız? Onu sizin ailə dəfn etdi?

Atam Rauf müəllim Qərib Soltan nənəni çox sevərdi. Hətta o, öz anası Nanədən də çox Qərib Soltanı sevərdi. Nanə xanım (Rauf Hacıyevin doğma anası) da Həsən bəyin qardaşının qızı idi. Nanənin həyat yoldaşı Maştağadan idi. Musiqi alətində ifa edirdi. Sənət ruhlu insan idi. O, vəfat etdikdən sonra Qərib Soltan gördü ki, Nanə çox kərdələnir, arıqlayıb xəstələnib. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgil Qərib Soltan nənə böyüdüb. Qərib Soltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik.

(Qərib Soltan Vəzirova)

Zəminə Hacıyeva: “Fuad Qərib Soltan nənəsinin çoxlu videolarını çəkib. O vaxtkı kameralar çox köhnə idi və yaxşı çəkmirdi. Hərdən həmin videolara yenidən baxırıq. Qərib Soltan nənə üzünü əli ilə bağlayır, gülə-gülə deyir ki, çəkmə-çəkmə Safvet…

(Soldan 3-cü Qərib Soltan Məlikova, 2-ci Nəcibə xanım Axundova)

-Uzun müddətdir ki, Qərib Soltanın məzarı ilə bağlı müəmmalı fikirlər qeyd olunur. 3 nəfərin eyni məzarda basdırıldığı bildirilir. Necə oldu ki, Qərib Soltanı Nanə xanımla eyni məzarda dəfn etdiniz?

-Ora Nanənin (Rauf Hacıyevin doğma anası) məzarı idi. Qərib Soltan nənə isə vəfat etməmişdən öncə həmişə deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin. Nanəyə həmişə “bacım” deyirdi. Nanə erkən vəfat etdikdən sonra Qərib Soltan nənə çox kədərlənirdi. Onlar bir-birini çox sevirdilər. Hətta illər sonra bir bacımız da dünyaya gəldi (Rauf Hacıyevin qızı). Qərib Soltan nənə özü onun adını da Nanə qoydu.

(Rauf Hacıyevin doğma anası Nanə)

Mən şəxsən Qərib Soltan nənənin dəfn mərasiminə gəlmişdim. Biz hamımız onu çox sevirdik. Qərib Soltan nənənin yeri bizim üçün başqa idi. Heç kim Qərib Soltan nənəni əvəz edə bilməz.

(Atası Soltan Hacıyev)

Zəminə Hacıyeva: “Hökumət Qərib Soltana böyük bir ev vermişdi. O həm də çox tanınmış bir müəllimə idi. Lenin ordeni də vardı…”

(Rauf Hacıyevin qızı Nanə və gəlini Zəminə xanım)

-Qərib Soltan xanımın son vaxtlar ağlını itirməsi ilə bağlı  iddialar səsləndirilir.Bu nə dərəcədə doğrudur?

-Qətiyyən belə deyil. Qərib Soltan nənə çox hafizəli qadın idi. Yaddaşı da yerində idi. Həmişə deyirik ki, onun kimi yaddaşımız olsun. Vəfat edənə qədər onun yaddaşı da, ağlı da yerində olub.

-Qərib Soltan xanım heç vaxt ailə həyatı qurmayıb?

-Bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qərib Soltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qərib Soltan nənə bizimlə birlikdə yaşayırdı. Hamız bir evdə olurduq. Rauf müəllimin də, Qərib Soltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik.

-Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının harada olması ilə bağlı illərdir ki, müxtəlif iddialar səsləndirilir. Hənifə xanımın məzarının yerinin naməlum olduğu yazılır. Bu barədə yalnız Rauf Hacıyevin ailəsinin məlumatlı olduğu qeyd olunur. Siz bu barədə nə bilirsiniz?

(Həsən bəy Zərdabi və Hənifə xanım)

-Atam nazir işləyəndə hökumət tərəfindən ona tapşırıq verilib ki, Həsən bəyin məzarını Bayıl tərəfdəki qəbirstanlıqdan (Şıxov) Fəxri Xiyabana köçürsünlər. Atam mənə dedi ki, Həsən bəyin məzarı qazılanda oradan iki nəfərin sümükləri çıxıb. Yəni ki, Hənifə xanımın məzarı da orada olub. Eyni məzarda basdırılıblar. Daha sonra onların hər iksini Fəxri Xiyabanda dəfn etdilər. Amma Hənifə xanımın adı məzar daşı üzərinə qeyd olunmadı. Bütün bunları mənə atam danışıb. Bəlkə də düşünüblər ki, qadınla kişinin eyni məzarda basdırılması düzgün deyil və buna görə də Hənifə xanımın adı orada qeyd olunmayıb…

Zəminə Hacıyeva: “Biz Fuadla Hənifə xanımın ailəsinin Nalçikdə olan evlərinə də baş çəkmişik. Hənifə xanımın ailəsi yəni Abayevlər orada yaşayır. Çox məşhur bir musiqiçi qohumları da vardı. Biz onların hamsı ilə görüşdük. Dəyərli bir ailədir”.

-Həsən bəyin qətlə yetirilən oğlu Midhətin qızı Fatma xanım Zərdabinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

-Sovet hökuməti onları sürgün etmişdi. Rauf Hacıyev Fatma xanım Zərdabini Bakıya gətirib. Hətta Bakıda onun üçün ev də aldıq. Burada işləyirdi. Fatma xanım çox da yaşlı deyildi. Onun həyat yoldaşı ilə problemləri vardı. O da erkən vəfat etdi. Fatma xanımın bir oğlu var. Hamımız ona Alik deyirdik. Alikin də bir Hacıağa adlı oğlu var. Onların da övladları, ailələri var. Xeyli vaxt Bakıda yaşadılar. Stavropolda onların yazlıqları var idi. Daha sonra isə oraya köçdülər. Amma Alik hərdən Bakıya gəlir. Bizimlə də görüşür.

“Həsən bəyin Parisdə yaşamış qızı Pəri xanımın oğlu Ələkbər Topçubaşı da İren Melikofla evlənmişdi”.

-Yəqin ki, İren xanımı tanıyarsınız? Bakıya da gəlmişdi. Starsburqda yaşayırdı. Gənclik illərində birlikdə olublar. Hətta məncə onların bir qızları da olub. Amma bunu dəqiq deyə bilmərəm. Daha sonra onlar ayrılıblar.

(İncəsənət İnstitutu- A.Aslanov, F.Poladov, H.Xanızadə, Y. Nuri, H. Əbluç, V. Fətullayeva, Əliabbas)

-Sonda nə demək istərsiniz?

-Zəminə Hacıyeva: “Rauf müəllim çox utancaq idi. Heç vaxt özü, övladları barədə danışmazdı. Fuad da atasına oxşayır. Fuadın atasının adına heç bir küçə də yoxdur. Fuad deyir ki, mən utanıram. Necə deyim  Rauf Hacıyev!? SSRİ Xalq artisti, böyük bəstəkar…! Hamı danışır ki, Rauf müəllim hər kəsə dəyər verirmiş. Heç vaxt deməyib ki, bunun vəsiqəsi var, onun yoxdur və s. İnsanları fərqləndirməyib. Hər yerdə onun mahnılarını ifa edirlər. Fuad utanır. Deyir ki, mən necə gedim deyim ki, mənim atamın adına bir küçə də yoxdur?! Rauf Hacıyev də belə idi! Heç vaxt özünü, uşaqlarını düşünməzdi. Həmişə deyirdi ki, yox siz bu sahəyə getməyin, birdən deyərlər ki, atası bunları vəzifəyə qoyub.

(Rauf Hacıyev)

Siz bilirsinizmi ki, Fuad Raufoğluna nə vaxt fəxri ad verilib!? Rauf Hacıyev artıq nazir deyildi. Brejnev Bakıya gəlmişdi. O, həmişə Bakıya gələndə parad kimi kütləvi tamaşa hazırlanırdı. Fuad da orada rejissorluq edirdi. Həmin vaxt dövlət özü Fuada fəxri ad verib. Yəni ki, Fuad atası Rauf Hacıyevə görə fəxri ad almayıb. Atası Fuad üçün heç nə etmədi…

(F. Hacıyev və M. Maqomayev sinif yoldaşı və dost olublar. Həmişə məktublaşıblar. M. Maqomayev vəfat etməmişdən öncə sonuncu məktubunu da F. Hacıyevə göndərib. Aşağıda sağdan 4-cü F. Hacıyev. Yuxarıda sağdan 4-cü M.Maqomayev)

Fuad Raufoğlu: “Atam deyirdi ki, mən sizin üçün kimsəyə ağız açmaram. Özün çabala-vuruş bir yerlərə ucal. Sənin yetimlərdən, atasızlardan nəyin artıqdır?!”

Zəminə Hacıyeva: “Mənim atam şəhid olub. Şəhid qızıyam. Heç vaxt Rauf Hacıyev oğlu Fuada demədi ki, niyə bu yetim qızla ailə həyatı qurursan. Əksinə dedi ki, o da bizim canımızdır, qızımızdır. Məni də qızı kimi bağrına basdı. Biz tək başımıza Moskvada 4 əsəri tamaşaya qoymuşuq. Amma burda bunu kimsə bilmir…

Fuad deyir ki, atamın böyük xidmətləri olub: “Vaqif Mustafazadəni Bakıya o, gətirib. “Qaya kvarteti”nin başında o durub. Estrada Orkestrinə rəhbərlik edib. 10-a yaxın operetta yazıb. Onun operettaları hər yerdə səhnələşdirilir. Biz də Türkiyədə onun operettalarını səhnələşdirdik. Amma buradan heç bir səda çıxmadı. Yalnız həmin vaxt mədəniyyət naziri işləyən Polad Bülbüloğlu bir təbrik məktubu göndərdi. Dörd şəhərdə Üzeyir Hacıbəyovun əsərlərini səhnəyə qoyduq.

(F. Hacıyev Ü.Hacıbəylinin pianosunda dərs çalışır)

Fuad Hacıyev: “Üzeyir Hacıbəyov atamın müəllimi olub. Hələ də evimizdə onun pianosunu xatirə kimi saxlayırıq. Həmin pianoda Üzeyir Hacıbəyov ifa edirdi. Üzeyir bəy bizə çox gəlib-gedirdi. Nənəm Qərib Soltanla Üzeyir bəy çox yaxın dost idilər”.

Sonda biz gözəl xalqımıza, millətimizə təşəkkür edirik. Nə yaxşı ki, bizim Xalqımız, Vətənimiz var! Yoxsa biz də Safvet kimi orada qalıb, vəfat edərdik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Azərbaycanlı milyonçuların məşhur erməni varisi: “Həmin vaxt bərk sarsıntı keçirdim” (TARİXİ MÜSAHİBƏ-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Anam həmişə deyirdi ki, biz Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır”.

“Bunlar aid olduğumuz torpaqda kökümüzün necə kəsildiyini mənə yenidən xatırladır”

“Qarabağla bağlı sizə deyə bilərəm ki, çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”

“Birdən orada kiminsə Türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram”

“Mənim varlığımdan necə xəbər tutdunuz?!”

“Banin mənim doğma xalam idi. O, xəstə xarakterini gizlətməyə çalışdı”.

“Yəqin ki, Azərbaycanda  sizdən başqa mənim haqqımda heç kim bilmir. 29 mart 1969-cu ildən 4 oktyabr 2013-cu il tarixinə qədər “Souren Melikian” imzası ilə məşhur “International Herald Tribune”nun hər şənbə-bazar nömrələrində həftəlik sənət sütununda məqalə-araşdırmalarım nəşr olunub. Yəqin ki,  jurnalistlər arasından bəziləri yazılarımı oxuyub. Bəlkə də orada bir neçə nəfər də mənim yazlarımı oxuyub. 77 yaşıma çatmamışdan iki ay, bir gün öncə təqaüdə çıxdım. Yəqin ki, bəzi insanlar da muzey dünyası ilə bağlı “Əsədullah Suren Məlikian-Şirvani” imzası ilə yazdığım kitablarımı, fransızca məqalələrimi oxuyublar.  Göndərdiyiniz fotoşəkillə bağlı sualınıza cavab vermək istərdim. O, həqiqətən də mənim anam “Kowsar”(Kövsər) xanım Əsədullayevanın şəklidir. Banin mənim anamın ən  gənc bacısı idi. Sizə çoxlu suallarım var. Mənim varlığımdan necə xəbər tutdunuz? Mənim anamın qərbdə çəkilmiş şəklini necə tapdınız?”

Əsədulla Suren Məlikian Şirvani – Məşhur tarixçi, sənətşünas alim və jurnalist. İran incəsənəti və mədəniyyəti üzrə mütəxəssisdir. Hazırda Fransa Elmi Araşdırmalar Mərkəzinin “İnsan və cəmiyyət elmləri” (CNRS) şöbəsinin baş elmi işçisi, Sorbonna Paris Universitetinin professoru və Toronto (Kanada) şəhərində yerləşən Ağa Xan Muzeyinin (Aga Khan Museum) tədqiqatlar üzrə direktorudur. Məqalə və araşdırmaları 44  il ABŞ-ın nüfuzluİnternational Herald Tribune” qəzentində yayımlanıb. O, Azərbaycanlı məşhur  milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəticəsidir. Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Şəmsi oğlu Əsədullayevin qızı  Kövsər Əsədullayevanın yeganə oğludur. Qeyd edək ki, Suren Məlikianın anası Kövsər Əsədullayeva  Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı, 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Ümmül Banu Əsədullayevanın (Banin) doğma bacısıdır. Hazırda 83 yaşı var. 

Əsədulla Suren Məlikian Şirvani eksklüziv olaraq HafizTimes.com-un suallarını cavalandırıb. O, müsahibə zamanı illərdir ki, gizli qalmış bir çox tarixi məqamlara aydınlıq gətirib. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:

-“Lycee Condorcet”də orta təhsil aldım. 1954 və 1955-ci illərdə bakalavr təhsilinin ilk mərhələsini başa vurdum. 1960-cı ildə Paris Milli Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (École des Langues Orientales) ərəb dili, 1961-ci ildə isə fars dili üzrə dərəcə aldım. Fransa hərbi dəniz qüvvələrində 18 aylıq hərbi xidmətimi başa vurduqdan sonra yenidən universitetə qayıtdım. 1966-cı ildə  Sorbonna Paris Universitetində  “Ərəb-fars dili və ədəbiyyatı üzrə magistr təhsili aldım. 1968-ci ilin iyul ayında Sorbonnanın Paris III bölməsində fars dili və ədəbiyyatı üzrə “doktorluq” (fəlsəfə doktoru) dərəcəsinə layiq görüldüm. 1972-ci ildə Sorbonnada ikinci dəfə doktorluq dissertasiyasını müdafiə etdim və Fransa Universitetlərində verilən ən yüksək dərəcəli doktorluq dərəcəsinə layiq görüldüm.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni necə təsvir edərsiniz?

-1936-cı ildə dekabrın 5-də Parisdə anadan olmuşam. Hələ lap uşaq ikən anam və atamla birlikdə Almaniyanın işğalı altında olan Fransanın paytaxtında yaşayırdıq. Mənim altı yaşım olanda atam ağır xəstəliyə düçar olmuşdu. Həmin vaxtlar çox çətin idi. Balaca bir evdə yoxsulluq içərisində yaşayırdıq. Anam Kövsər xanım və atam Kevork Melikiyana olan bağlılığım məni həyata daha dözümlü yanaşmağa məcbur edirdi. Mən onun aristokratik tərzinə, səxavətinə heyran oldum, çox gənc olsam da onun zəngin bir mədəniyyətə sahib olduğunu təqdir edirdim. Ancaq o, çox xəstə idi və təəssüf ki, mən anamla olan münasibətimi onunla qura bilmirdim.

(Babam Ambartsum Melikian)

-Anamla hər cəhətdən çox dərin bir münasibətimiz vardı. Amma atamla belə deyildi. Çünki, o biri həyatda onunla belə münasibət qura bilməzdim. Atam 1945-ci ildə dünyasını dəyişmişdi. Bu elə də erkən bir ölüm deyildi.

Atamın mənə böyük bir təsiri olmuşdu. Atamdan mənə nəhəng bir tarixi kitabxana miras qalmışdı. Onun Orta Şərq qədim sivilizasiyalarının tarixinə olan marağı, ölümündən sonra kitabları vasitəsi ilə mənə ötürüldü.

Atam vəfat etdiyinə görə ailəm haqqında hər şeyi yalnız anamdan eşitdim. O, nadir hallarda mənə öz anası Ümmül Banunun ölümü haqqında danışardı. Deyirdi ki, həmin vaxt onun cəmi səkkiz yaşı olub. İllər ötməsinə baxmayaraq anam öz anasının ölümünü hər zaman dərin kədərlə xatırlayırdı. Onun “özünə nəzarət  masqası”nın altında gizlətməyə çalışdığı dərin kədəri hər zaman gözlərindən hiss olunurdu.

-Babanız Mirzə Əsədullayevi (Şəmsi Əsədullayevin oğlu) heç görmüsünüzmü? Onu necə xatırlayırsınız?

-Babam Mirzə Əsədullayevi heç vaxt görməmişəm. Çünki mən doğulmamışdan cəmi bir neçə ay öncə babam vəfat etmişdi. Mənim təəssüratlarıma görə, anam da daxil olmaqla digər üç bacısı da heç vaxt ataları ilə yaxın münasibətdə olmayıblar. Onun həyat yoldaşı Ümmül Banu çox gənc yaşda doğuş zamanı vəfat etmişdi. Bundan sonra o, dərhal “ossetian” xanımla ailə həyatı qurub və öz övladlarına  sevgi bəxş etməyib.

Dörd bacı eyni vaxtda alman, fransız və ingilis olan üç dayə tərəfindən tərbiyə edilib. Onlara görə bu dörd bacının hamısı Qərbi Avropa dillərinin hər 3-nü də bilməli idilər…

“Bu portret 1905-ci ildə Bakıda yaşayan İtalyan bir rəssam tərəfindən çəkilib. Nənəm Ümmül Banu sonuncu qızını dünayaya gətirən zaman vəfat etmişdi. Həmin dünyaya gələn uşağa da ananın adını – Ümm Əl- Banin (Banine) adını qoyublar. Anam heç vaxt həmin rəssamın adını söyləmədi. Həmin rəssam Bakıda zəngin ailələrin portretlərini çəkirmiş. Bu portreti yalnız sizə göndərdim”.

-Şəmsi Əsədullayev sizin üçün kim olub?

-İran adətlərində çox nadir hallarda rast gəlinən qısaldılmış “Şəmsi” sözü, yəni “Şəms Əl Din Əsədullayev” mənim üçün yalnız bir addır. Mənə elə gəlir ki, o, anamın babası yox, ulu babası olub. Amma mən də səhv edə bilərəm… Anamın ailəsi ilə bağlı xatirələrini yazmadığıma görə böyük bir səhv etmişəm. Səbəb isə budur ki, onlar məni sıxıntılı bir itki hissi baş-başa qoyub tərk etdilər. Və bütün bunlar aid olduğumuz torpaqda kökümüzün necə kəsildiyini mənə yenidən xatırladır…

-Valideynləriniz Əsədullayevlər ailəsinin həyatı barədə sizə nə danışırdılar? Bu ailənin faciəsinin səbəbi nə idi?

– 1920-ci ilin dekabrında rus ordusu Bakını yenidən işğal etdi və müstəqil “Müsavat” hökuməti dövrünə son qoyuldu. Ailəmizin evi, oradakı bir çox mühüm sənətkarlıq nümunələri, xüsusən də fars dilindəki əlyazmalar məhv edildi. İnsanların bir qismi müqavimət göstərmək məqsədi ilə ümidsiz bir cəhdlə dağlara çıxdılar. Anamın əmisi uşaqlarından yalnız biri 2-ci Dünya müharibəsinə qədər mübrizə apardı. Onun adının “Əli” olduğunu bilirdim. Mənə deyilənə görə, o,  1943-cü ildə döyüşdə öldü.

-Ümm-Əl-Banu, yəni məşhur xalanızı (Banin) necə xatırlayırsınız? O, necə bir həyat yaşayırdı? Tez-tez görüşdünüz? 

-Dörd bacının hamısı bir-birindən tamamilə fərqlənirdi. Ümm-Əl-Banu (digər adı “Banine”) daha çox qərbyönümlü oldu və özünü azad bir fransız ziyalısının personajında təqdim etdi. Hərçənd ki, mən bunda xüsusi bir inandırıcılıq görmədim.

`Banin İslama düşmən kəsildi`

-O, sərt yanları olan sürətli bir zəkaya sahib idi. Özü və dünya arasındakı dərin xəstə xarakteri gizlətməyə çalışdı. O, öz irsini acıqla rədd etdi və İslama açıq bir düşmənçilik nümayiş etdirdi. Nəticədə bu məni ondan uzaqlaşdırdı.

Banin Parisin 16-cı “arrondissement”də və ya “40 rue Lauriston”da bir mənzildə yaşayırdı. Deyə bilmərəm ki, onun hansısa bir düşüncəsi məni daha çox təsirləndirib. Fəlsəfəyə meyilli deyildi. Xüsusi ilə şəxslərə və situasiyalara reaksiya verirdi.

Qeyd etməliyəm ki, anam həmişə bacısının, yəni xalamın “Banine” imzası ilə yazdıqlarını götürməməyim barədə mənə ciddi xəbərdarlıq etmişdi. Ümm Əl-Banu, ərəbcə “Umm al-Banin” yəni “İki nəvənin anası” kimi (Həsən və Hüseyni nəzərdə tuturam) tərcümə olunur. O,  Bakıdan gedəndə çox gənc idi, fransız intellektual mühitinə xitab edən və Qafqaz xalqlarının düşüncələrini qərəzli əks etdirən formada ailəmizin rəsmini dünyaya təqdim etdi.

(Sürəyya Əsədullayevin jurnalist oğlu Tommi Franklin)

-Xalanız Sürəyya Əsədullayevanı necə xatırlayırsınız? Onun oğlu,  jurnalist Tommy Franklin haqqında bilmək istərdik. Onunla heç görüşürdünüz?

-Tommi Franklinin həyatı haqqında çox az şey bilirəm,  “Süriyə”nin oğlu idi. Onun adı “Sorayya” kimi səsləndirilirdi.  Həyat yoldaşı Vəziri idi.  “Tony Franklin”nin əsl adı Fərrux idi.  Fransada radioda müxbir olaraq çalışırdı.

Sürəyya bacısı Kübra xalama çox bağlı idi.  O, ürəyində dərin kədər olan bir xarakterə sahib idi. Şən zarafatları ilə həmişə bunu gizlətməyə çalışırdı.

-Dayınız Şəmsi Əsədullayevlə (Mirzə Əsədullayevin ikinci həyat yoldaşından olan oğlu) heç görüşmüsünüz?

-Anamın ögey qardaşı, yəni mənim yarı-dayım Şəmsini bir dəfə, uşaq olan zaman görmüşdüm.

-Xalanız Kübra Əsədullayeva necə yaşayırdı? Rəssam idi? Onun çəkiyi rəsmlərin oğurlanması ilə bağlı məlumatlar var. Bu həqiqətdir?

-Kübra Əsədullayeva Theakston adlı bir ingilis səhmdarla ailə həyatı qurmuşdu. Sankt-Peterburqda məskunlaşan bir ailənin övladı idi. O, daha çox orta sinifdən yuxarı olan bir rus kimi idi.

Kübra “naif” tərzdə rəsimlər çəkən həvəskar bir rəssam idi. Onu çox da tanımırdılar.  Kübra Əsədullayevanın çəkdiyi rəsimlərin oğurlanması ilə bağlı sizin qeyd etdiyiniz məlumatdan xəbərsizəm. Əgər belədirsə, oğru rəssamdan daha çox həvəskar imiş…

-Əsədullayeva bacıları  Bakı-Azərbaycan haqqında nə danışdılar? Onların Azərbaycan haqqında düşüncələri necə idi?

-Anam və bacıları bəzən görüşürdülər. Həmin vaxt onlar öz doğma şəhərləri Bakı, Azərbaycan haqqında danışardılar. Amma onların söhbətlərini dəqiq xatırlamıram.

Anamın hissləri məndə silinməz izlər qoyub. Bunu yaxşı xatırlayıram. Anama kimliyi ilə bağlı sual verəndə cavabı birbaşa belə olardı: “Biz iranlıyıq. Biz Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır”.

-Sizin atanız haqqında bilmək istərdik. O, erməni əsilli idi?

-Atam əsrlər boyu Azərbaycan mədəniyyətinin qəlibində yer tutan erməni əsilli bir ailədən idi. (Mənim atam Azərbaycan mədəniyyəti ilə böyümüş yaşamış erməni nəsilindədir).

(Azərbaycan milli geyimində nənəm Ümm əl-Banin. Nənəm bu donu toyunda geyinib)

-Bəs valideynləriniz necə ailə həyatı qurublar?

-Çox təssüf edirəm ki, anama atamla necə tanış olması barədə sual verməmişəm. Hərçənd ki, bu sualı verməyə mənim yaşım da icazə verirdi.  Bakıda uşaq, gənc olarkən bir-birini tanıyıblar. Hər ikisi də ayrı-ayrılıqda Parisə gəliblər. Gənc, yetkin vaxtlarında yaşadıqları “travma”lardan sarsıldılar. Sonra iki milyon əhalisi olan xarici bir şəhərdə yoxsullaşdılar, itkin düşdülər. Onların yenidən qarşılaşmaq ehtimalı çox az idi. Amma onlar yenə də qarşılaşdılar və ailə həyatı qurdular.

-Ananınız ilk dəfə Bakıda ailə həyatı qurmuşdu. Bu barədə nə bilirsiniz?

-Anam həqiqətən də ilk dəfə Bakıda cənab Həsənovla ailə həyatı qurub. Onların bir oğlu olub. Qardaşımın (ögey) adı İsmayıl Həsənov idi. 1917-ci ildə üç yaşında o, bu dünyanı tərk etdi. Bu barədə artıq heç nə bilmirəm.

-Sizin haqqınızda bilmək istərdik. Ailəsinizmi? Övladlarınız varmı?

-1984-cü ildə ailə qurmuşam. İsgəndər və Kərim adlı iki oğlum var.

(Suren Melikiyanın həyat yoldaşı Suzan Stonge)

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi? Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşmək istərsiniz? Azərbaycan dilini bilirsinizmi?

-Heç vaxt ayaq basmadığım Şimali Azərbaycan, Bakı barədə fikir söyləmək mənim üçün çox çətindir. 2002-ci ildə Cənubi Azərbaycandakı Təbrizə getmişdim. Həyat yoldaşım Susan Stronqe ilə birlikdə bir ziyafətdə iştirak etdik. Birdən orada kiminsə Türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram. Öz-özümə çox təəccübləndim. Bütün uşaqlıq xatirələrim gözümdə canladı. Bütün bədənim əsməyə başladı. Mən heç vaxt belə olmamışdım. Hər yerdə tamamilə irad eşitsəm də, yad kimi görünsəm də aid olduğumu hiss etdiyim dünyanın dilində danışmıram.

-Biz həmişə özümüzü iranlı kimi təqdim etdik. Vilayətimiz Azərbaycan, doğma şəhərimizin isə Bakı olduğunu qeyd etdik. Mən özüm də ömrüm boyu  belə demişəm. Bəziləri və ya oxucularınızın əksəriyyəti bu fikirlə razılaşmaya bilər. Amma bir jurnalist oxucuları sevindirməyə çalışmamalı, onlara məlumat vermək üçün əlindən gələni etməlidir. Beləliklə, “Yaşasın Azərbaycan, yaşasın İran!” Qorxuram ki, Stalin Vətənimizin mədəni məhvini başa çatdıra bildi. Bu Azərbaycan Respublikasında rəsmi mövqe olmaya bilər. Amma bu bizim ailəmizin, mənim fikirlərimdi. Nəzərinizə çatdırıram  və xahiş edirəm ki, açıq şəkildə bəyan edin ki, mən  türkcə danışan Azərbaycandan olan bir iranlıyam.

– Azərbaycanda ailənizi sevən oxucularımıza nə demək istərsiniz?

-Azərbaycanda mənim ailəmi “sevən”lər… Dərindən təəccübləndiyimi ifadə edirəm. Onlarla Azərbaycan dilində ünsiyyət qura bilmədiyimə görə çox təəssüflənirəm. Mən onları öz mədəni keçmişlərinə sadiq olmağa və ən böyük şairlərimizin – Gəncənin Nizamisi, Xəqani ( Onu “Şirvani” deyə çağırırlar. Bu söz isə Şimali Azərbaycanın tarixi adı olan “Şirvan”dan götürülüb), Mücrədin Beyləqaninin dilini öyrənməyə çağırardım.

Sizin suallarınızı cavablandırdım. İran incəsənəti və mədəniyyətini tədqiq edən və həyatım boyu aylıq-gündəlik qəzetlərdə məqalələr yazan bir sənətşünas olduğuma görə, gənc bir həmkarımın jurnalistikada etdiyi zəhmətkeş araşdırmalara böyük rəğbətlə yanaşıram. Fikirləşirəm ki, bu, bir jurnalistin karyerası üçün faydalı ola bilər. Bu müsahibəni bir “çevriliş” kimi təqdim edə bilərsiniz. Çünki keçmişdə həmişə ailəm və özümlə bağlı suallara cavab verməkdən imtina etmişəm.

`Nəhayət, sual verdiniz ki, Bakıya gəlmək istəyirəmmi?`

 -Mənim üçün ağır psixoloji sarsıntı olsa da, doğma yurdumuzu görmək istərdim. Şirvanşahanlar Sarayını ziyarət etmək və Pir Hüseyn türbəsində olmaq istərdim. Tədqiqat işim üçün Bakı Muzeylərində və Azərbaycanın digər şəhərlərində erkən İslam dövrünə aid bəzi metal qabları, keramika əsərlərini öyrənmək və fotoşəkillərini çəkmək istərdim. Ancaq zaman keçir. Uzaq yerlərə necə səyahət edə biləcəyimi bilmirəm. 83 yaşım tamam olacaq. Ancaq dediyimiz kimi, Allah Kərimdi.

-Mən Qarabağ-Şuşadanam. Amma 30 ilə yaxındır ki, doğma  Şuşama gedə bilmirəm! İşğal olunub…!Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan və Ermənistanın xarici güclər tərəfindən qurulan tələyə düşmələrinin faciəvi nəticələri müasir dünya ilə bağlı ümidsizliyi artırır. Həmin güclər bu kiçik Respublikaları bir-birinə qarşı qızışdıraraq onları zəiflətməyə çalışırlar. Nəticədə onlar arasında süni qarşıdurmalar yaranır. Bundan da həmin güclər öz mənfur məqsədləri üçün istifadə edirlər.

Mənim atamın nənəsi də “Qarabağ”dan idi.(Ya da sizin yazdığınız kimi “Karabakh”dan idi). İnanıram ki, o da Şuşadan idi.

Heç bir şeyin əbədi qalmayacağı barədə bir fikir var. Ona görə də rahat ola bilərsiniz. Tarix bizə bunu da öyrədib: “Çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

NASA-da işləyən, “MARS”da olan azərbaycanlı: “Yadplanetlilər yerə enib” (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycan mənim Vətənimdir”

“Süni intellekt heç vaxt insan amilini üstələməyəcək”

“Əks təqdirdə, 50 il sonra doğma planetimizin qorxunc mənzərəsini görəcəyik”

“Bakıda böyümək bir xoşbəxtlik idi”.

 “Öz doğma Azərbaycan dilimi eşidəndə zövq alıram”

Allen Mirdirov – Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. 2010-cu ildən bəri ABŞ-ın Milli Kosmik Agentliyində (NASA) çalışır. Hazırda NASA-nın Merilanddakı Goddard Kosmik Uçuş Mərkəzində (Space Flight Center) aerokosmik mühəndis və nəzarətçidir. O, Amerika Milli Aerokosmik Agentliyinin (NASA)“Hİ-SEAS” (Hawaii Space Exploration Analog and Simulation) proqramı çərçivəsində Marsa uçmaq üçün seçilən 6 astronavtdan biri olub. Havayda başlayan Marsa şərti 8 aylıq uçuş zamanı ekipaj üzvləri planetlərarası kosmik gəmini imitasiya edən xüsusi kapsulda qalıblar. Bir neçə ay öncə isə Allen Moskvada dörd aylıq “SIRIUS-19” eksperimentində iştirak edib. Əsas məqsədi uzun müddət təcrid vəziyyətində qalmanın kosmonavtın psixoloji və fizioloji vəziyyətinə təsirini müəyyən edən eksperment zamanı əldə olunmuş məlumatlar Beynəlxalq Kosmik Stansiyada və kosmosda istifadə ediləcək. A. Mirqədirov həmçinin NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində müdir vəzifəsində çalışır. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 40 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Mirqədirov Bakıda dünyaya gəlib. 10 yaşında ikən ailəsi birlikdə ABŞ-a köçüb.

Allen Mirqədirov HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məsələlərdən söhbət açıb, Azərbaycana olan sevgisini ifadə edib.

 Bakı şəhərindəki 145 saylı orta məktəbdə təhsil almışam.(8-ci kilometr qəsəbəsi) Uşaqlıq illərim Bakıda keçib. O illəri yaxşı xatırlayıram. Həqiqətən də düşünürəm ki, dünyada ən yaxşı uşaqlıq illəri keçirmişəm. Uşaqlıq dostlarım, möhtəşəm qonşularım, Bakıda yetişən dadlı meyvələr, ləziz yeməklər hər zaman ən yaxşı dövr kimi yaddaşımda yaşayacaq. Bakıda böyümək bir xoşbəxtlik idi. Belə bir təcrübəyə sahib olduğum üçün çox şanslıyam. Bəzi qonşularımızla bu günə qədər də dostluq edirəm. Mənim üçün böyümək hər gün futbol oynamaq və hərdən dəcəllik etmək idi. Ancaq Bakıda böyüməyin ən yaxşı tərəfi dostlarımız və qonşularımızla qurduğumuz möhkəm bağlardır.Bu əlaqələrimiz ömrümüz boyu davam edəcək.  5-7 yaşında iki övladım var. Valideynlərim, bacım və iki gənc qardaşım var. Hamısı Bakıda doğulub böyüyüblər. Hazırda valideynlərim və qardaşlarım Avropada yaşayır. Bacım və bir ABŞ-da yaşayırıq.

-Bəs Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

-Azərbaycan mənim ailə üzvlərimin dünyaya gəldiyi bir yerdir. Bizim Vətənimizdir! İnanıram ki, biz dünyanın ən yaxşı şəhərindən – Bakıdan gəlmişik. Ora kimi başqa bir yer mövcud deyil. Həmişə köklərimizi xatırlayacağıq.

-Bakını necə xatırlayırsınız?

-Yaxşı xatırlayıram ki, yayda Bakıda hava çox isti olurdu.  Amma siz həmişə Xəzər dənizinin sahilindəki gözəl çimərliklərdən birinə gedə bilərsiniz. Ailə olaraq getdiyimiz bəzi çimərlikləri – Şıxovo və Bilgəhi yaxşı xatırlayıram. Bakıda dörd fəsil vardı: qış, yaz, yay və payız. Qışda qar yağardı, yazda çiçəklər açardı, yayda hava həddindən çox isti keçərdi, payızda bol miqdarda yağış və xəzan olardı. Bakıda ilin hansı fəslini yaşamağımızdan aslı olmayaraq hər şey çox gözəl idi. Mən yayda Bakıda yetişən meyvələrin əhatəsində böyüdüm.

-NASA məcaranız necə başladı?

– San Diego Dövlət Universitetini (SDSU) Aerokosmik mühəndislik ixtisası üzrə magistr dərəcəsi ilə bitirdim.  Bundan sonra başa düşdüm ki,  mənim məqsədim NASA tərəfindən işə götürülməkdir. Buna görə də, NASA-da işləmək istəyərkən bir neçə yüksək maaşlı iş təkliflərini də rədd etdim. Müraciətimdən on ay sonra NASA-dan iş təklifi ilə bağlı bir zəng gəldi. Mən də dərhal iş təklifini qəbul etdim. O vaxtdan bəri burada çalışıram.

-Bütün bu uğurlarınızı nəyə borclusunuz?

-Həyatda indiyə qədər qazandığım əksər uğurlarıma görə həm yüksək təhsili, həm də övladlarının bütün cəhdlərini dəstəkləyən valideynlərimə borcluyam. İkincisi isə Bakıdakı 145 nömrəli məktəbdə oxumaqla başlayan və ömrüm boyu davam edən yüksək keyfiyyətli təhsilə borcluyam.  İnanıram ki, 1980-ci illərdə Bakıda böyüyərkən aldığım şəxsi təcrübələr, savadlı müəllimlərim, onların keyfiyyətli təlim metodları və ailəmin dəstəyi mənim gələcəyimin formalaşmasında əvəzsiz rol oyanyıb.

-NASA-dakı adi iş gününüzü necə təsvir edərsiniz?

-Mən NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində də işləyirəm. Dünyadakı peyklər və yer stansiyaları arasındakı müxtəlif telekommunikasiya əlaqələrinin yaradılması, saxlanması, yenilənməsi, izlənməsi və problemlərinin aradan qaldırılmasına görə məsuliyyət daşıyırıq. Sadəcə olaraq, vaxtımın böyük hissəsini işçilərimi həvəsləndirməyə, tapşırıqları yerinə yetirmələrinə sərf edirəm. Mənim vəzifələrimdən digəri isə şöbəmizin də daxil olduğu Yerin monitorinqi, radio tezliyi və optik rabitə və gələcək rabitə texnologiyasının inkişafı ilə bağlı çoxsaylı layihələrə nəzarət etməkdir.

– NASA-da çalışmağın ən çətin tərəfi nədir?

-Düşünürəm ki, NASA-da çalışmağın ən çətin tərəfi işin inzibati və bürokratik yanlarıdır. NASA Amerika Federal Hökumət Agentliyi olduğuna görə, fəaliyyət göstərməsi üçün Prezidentdən və Konqresdən maliyyə almalıdır. Prezident və ya Konqres NASA-nın maliyyəsini azaltmaq qərarına gəlsə, NASA-nın çox sayda işçisi iş yerlərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bundan başqa, keçmişdə olduğu kimi bəzi proqramların maliyyələşdirilməməsi və ya ləğv edilməsi ilə bağlı hər zaman narahatlıq mövcuddur.

-Süni intellektin gücü insanları ötüb keçəndə və məntiqlə irəliləyəndə bu bizim üçün tamamilə faydalı olacaq, yoxsa fəlakət…?

-Çox yaxşı bir sualdır. Şəxsən mən inanıram ki, süni intellekt bütün incəliklərindən asılı olmayaraq heç vaxt insan amilini üstələməyəcək. Xüsusilə, süni intellekt  yaşamaq üçün əsas olan əmz-səbr, inam, ümid, birlik-bütövlük və digər vacib insani keyfiyyətlərə sahib ola bilməyəcək. Bu səbəbdən də bəşər övladı bu münaqişədə (əgər baş verərsə) həmişə üstün bir pilləyə (bir az da olsa) sahib olacaq. Səmimi qəlbdən ümid edirəm ki, biz heç vaxt insanlar və robotlar arasındakı qarşıdurma mövqeyinə çatmamalıyıq.

– Uzaq bir yerdə insanların yaşadığı bir qalaktikanın mövcudluğuna inanırsınız?

-İnanıram ki, digər planetlərdə və qalaktikalarda da insanlardan fərqli bir formada olsa da həyat var.

-Sizin yad planetlilər nəzəriyyəniz və buna olan inancınız necədir?

-İnanıram ki, yadplanetlilər mövcuddur və keçmişdə onların bir neçə qrupu yerə baş çəkiblər. Bu cür fikirləri nəzərə almamaq üçün sadəcə olaraq hər qitədə çoxlu tarixi sübutlar mövcuddur.

-Yad planetlilərin mövcudluğu barədə konkret olaraq nə düşünürsünüz? Biz yadplanetlilər tərəfindən izlənilirik?

-Mən mütləq şəkildə düşünürəm ki, onlar mövcuddur. Çox ehtimal ki, izlənilirik də! İnsanların müxtəlif elmi tədqiqatlar apararkən Yerdə daha az ağıllı və zəif inkişaf etmiş həyat formalarını müşahidə etdikləri kimi, bəzi inkişaf etmiş müəyyən varlıqlar tərəfindən bizim də səssizcə müşahidə olunmağımız ehtimalı az deyil…Biz sadəcə olaraq bu həqiqətdən xəbərdar deyilik.

-Mars Elon Musk, yoxsa NASA tərəfindən kəşf olunacaq, tədqiq olunacaq?

-Marsa yol NASA və ya Elon Musk mövcud olmamışdan əvvəl kəşf edilib. Marsın müstəmləkə edilməsinə gəlincə isə inanıram ki, NASA və özəl sənayenin (SpaceX və Elon Musk kimi) birliyi baş tutacaq və nəticədə Qırmızı Planetə insanların yerləşdirilməsi prossesi başlanacaq.

– Elon Muskun Mars planları ilə bağlı nə düşürsünüz?

-Məncə Elon Musk çox iddialı bir iş adamı və xəyalpərəstdir. O, dünyada uğurlu bir izaçma keyfiyyətlərinə sahibdir. Səmimi qəlbdən ümid edirəm ki, o, insanlara Marsa uçmaq və məskunlaşmaqla bağlı kömək edir. Bəzi planları nəticəsiz qala bilər, amma onun ideaları davam edəcəkdir.

-O, Marsda nüvə bombası partlatmaq istəyir…

-Qeyd etdiyim kimi, o çox iddialı bir insandır. Amma bəzi planları yəqin ki, nəticə verməyəcək. Nüvə bombaları həmişə yer üzündəki insanları qorxuya salır. Buna görə də Elon Muskun belə bir risk etməsinə icazə verilməsi çox yüksək bir sifariş ola bilər.

-Sizcə necə, insanlar robortlardan qorxmalıdır?

-Xeyr. Robotlar insanların həyatını asanlaşdırmaq üçün yaradılmışdır. Həyatımızda olan robotların mürəkkəbliyini təqdir etməliyik və texnologiya sivilizasiyası kimi inkişafa davam etməliyik.

-Gələcəkdə Marsa uçuş və yaşamaq üçün faydalı ola biləcək məlumatlar nələrdir? Siz təcrübənizi bizimlə bölüşərsiniz.

-Hazırda “SIRIUS” kimi müxtəlif kosmik analoq missiyalarda toplanmış bir çox məlumat Marsa və digər planetlərə  uzun müddətli kosmik uçuşu planlaşdırmağa kömək edəcək. İnanıram ki, ekipajımın Moskvadakı “SIRIUS” missiyasında iştirak etməsi və bu ekspedisiyadan əldə edilən məlumatlar gələcək kosmik missiyalar üçün çox faydalı olacaq.

– Gələcəkdə Marsa real uçuşunuz mümkündür?

-Əlbəttə inanıram ki, texnologiya və resuslarımız belə bir səfərə hazır olan kimi bir gün Marsa uçacağam. Əgər bu gün Marsa uçmağa çağrılsam, getməyə hazıram!

 -“Mars” ilə  bağlı ən çox sevdiyiniz təcrübəniz nə olub?

– 2014-2015-ci illərdə Mars üzərində yaşamağı və işləməyi öyrədən bir analoji kosmik missiyada iştirak etdim (SIRIUS-a oxşar). Bu, yəqin ki, mənim Marsla bağlı ən sevdiyim və təltif edildiyim təcrübəm idi. Bu, Havay Kosmik Tədqiqat Analog və Simulyasiya (HI-SEAS) adlanırdı.

-Kosmosdakı peykləri necə daha çox faydalı edə bilərik?

-Kosmosdakı peyklər Yerin monitorinqindən tutmuş komunikasiya, dərin kosmik tədqiqatlara və s. kimi mühüm sahələr üzrə çox faydalıdır. Məncə, peykləri indikindən daha faydalı etmək üçün yeni bir nəsil peykini inkişaf etdirməliyik. Bununla da həmin peyklər kosmosda yenidən asanlıqla istifadə olunar və orbitdə daha uzun müddət qala bilərlər.

– Azərbaycan artıq 3-cü peykini Kosmosa göndərib…

-Bu çox sevindicidir! Ümid edirəm ki, kosmik tədqiqatlardakı texnoloji irəliləyiş həm Azərbaycan, həm də kosmik missiyalarda iştirak edən digər ölkələr üçün də davam edəcəkdir.

-50 ildən sonrakı dünyanı necə təsvir edərsiniz?

-50 ildən sonra dünyanın necə olacağını proqnozlaşdırmaq çətindir. Amma düşünürəm ki, Mars kimi başqa bir planeti müstəmləkə etmək prossesinin mütləq yarısında olacağıq.  Ən azından, Günəş sistemindəki digər cisimlərə peyklər göndərə biləcəyimiz daimi ay mənbələri üzərində çalışmalıyıq. Yerə gəldikdə isə mütləq şəkildə ümid edirəm ki, hazırkı dünya liderlərimiz ətraf mühitimizi qorumaq və qlobal istiləşmənin qarşısını almaq üçün ciddi qərarlar qəbul edəcəklər; Əks təqdirdə, 50 il sonra doğma planetimizin daha qorxunc bir mənzərəsini görəcəyik.

-Siz Allahın mövcudluğuna inanırsınız?

Mən özümü dindar şəxs hesab etmirəm, amma Tanrı da daxil olmaqla bir çox formada adlandırıla biləcək daha yüksək bir gücün varlığına inanıram.

  -Sizcə dünyanın əsl sahibi nədir?

– Əgər planetimiz Yer haqqında danışırıqsa, o zaman insanlar qida zəncirinin lap zirvəsində dayanırlar. Ancaq Yerdəki digər canlılar üzərində bu qədər böyük bir gücə sahib olduğumuz görə gələcəkdə də həyatın davam etməsi üçün planetimizi və sakinlərini qorumaqla bağlı məsuliyyət daşıyırıq.

-Siz yenidən Azərbaycana qayıtmaq istərsiniz?

-Əlbəttə! Hər iki ildən bir ora getməyə çalışıram. Bakıda hələ də ziyarət etdiyim dostlarım və ailəm yaşayır. Sonuncu dəfə  2018-ci ilin ən isti iyul günlərində Bakıda olmuşam.

-Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşə bilərsiniz?

-Bakıdakı hökumət binasının yaxınlığındakı dənizkənarı parkda gəzməyimi və bulvar boyunca oynamağımı yaxşı xatırlayıram. Suyun yanında yaşamağın necə də gözəl olduğunu xatırlayıram. Doğulduğum və böyüdüyüm gözəl şəhərlə bağlı xatirələrim hər zaman mənimlə birlikdə olacaq.

 -Bu günkü Azərbaycan barədə nə düşünürsünüz?

-Düşünürəm ki, Azərbaycan hər kəs üçün çox mehriban, dost ölkədir. Bunu Bakının ev sahibliyi etdiyi məşhur “Eurovision”, Formula 1 yarışları, konsertlər, idman tədbirləri və s. sübut edir.

-Azərbaycan dilini bilirsiniz?

-Çox təəssüf ki, ABŞ-a köçdükdən sonra məktəbdə öyrəndiyim dili biz az unutmuşam. Bir neçə kəlmə və ifadəni bilirəm. Amma mütləq daha çox şey öyrənməliyəm. Ümid edirəm ki, Azərbaycanda bir müddət vaxt keçirsəm, öz ana dilimi öyrənə bilərəm. Bu məqamda Azərbaycan dilini yalnız Azərbaycan telekanallarına baxarkən eşidirəm. Doğma dilimi eşitməkdən böyük zövq alıram.

 – Sizin kimi olmaq istəyənlərə hansı məsləhətləri verərsiniz?

-Əsas odur ki, təhsilinizi davam etdirin və daim ətrafınızdakı dünya ilə bağlı suallar verin. Astronavt, mühəndis, pilot, elm adamı və ya digər texniki karyera sahibi olmaq istəyən insanlar mütləq riyaziyyat, elm, fizika və digər oxşar fənlərə diqqət yetirməlidirlər. Ancaq  xəyal qurmağı da heç vaxt unutmamalısınız – bu isə hədəflərinə və xəyallarına doğru irəliləyənləri, imtina edənləri və daha asan bir yol seçənləri ayıran bir şeydir. Nəhayət, gələcək illərdə daha uğurlu olmaq üçün sağlam həyat tərzi sürməli və özünüzə qayğı göstərməlisiniz.

– Azərbaycanda sizi sevən, müsahibənizi diqqətlə oxuyan oxucularımıza nə demək istərsiniz?

 -Oxuculara demək istəyirəm ki, bu günə qədər onlardan aldığım isti və mehriban münasibətə görə qürur duyuram və təşəkkür edirəm. Ailəm və qohumlarım mənim “SIRIUS” missiyamla bağlı Azərbaycanda yayımlanmış bir neçə xəbər və video paylaşdılar. Bunu görmək və oxumaq çox xoş oldu. Həqiqətən də bunu gözləmirdim. Nə qədər çətin olsa da, ən yüksək hədəflərə çatmaq üçün çalışmağa davam edəcəm.Ancaq haradan gəldiyimi və köklərimin harada yerləşdiyini heç vaxt unutmayacağam. Başqa bir ölkədə və ya başqa bir planetdə yaşasam da Bakı həmişə Vətənim olacaq!

 -NASA, yoxsa Elon Musk?
-NASA (Mən burada işləyirəm, siz bilirsiniz axı (gülür)
-Mars, yoxsa Ay?
-Mars
-Elm, yoxsa din?
-Birləşməsi
-Ən sevdiyiniz kitab?
“Resurrection” (by Lev Tolstoy)
-Ən böyük mentorunuz?
-Valideynlərim
-Etdiyin ən möhtəşəm şey?
F-15E Strike Eagle hərbi qırıcı təyyarəsində uçdum və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında Hava Qüvvələri Akademiyası kursantı olduğum müddətdə Mach 1.6 sürətinə çatdım.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar