347
Aktual 24 dekabr — 10:11

Rusiyada Su-57 qırıcısı qəzaya uğradı

Rusiyada beşinci nəsil Su-57 qırıcısı sınaq uçuşları zamanı qəzaya uğrayıb.

Virtualaz.org REN TV-yə istinadən xəbər verir ki, insident Xabarovsk vilayətində, Dzemqi aerodromundan 111 kilometr məsafədə baş verib. Pilot katapult edə bilib və sağ qalıb, onu Mi-8vertolyotu ilə evakuasiya ediblər.

Rusiyanın güc strukturlarındakı mənbə deyib ki, qəzada əsas versiya kimi texnikanın nasazlığı və pilot səhvi nəzərdən keçirilir. Su-57 qırıcılarının istehsalını həyata keçirən Birləşmiş aviatikinti korporasiyasında qəzanın baş verdiyini təsdiqləyiblər. Məlumata görə, katapult sistemi ştat rejimdə işləyib, təyyarəçi katapult edib və sağ qalıb. Yerdə dağıntı baş verməyib. Mənbə deyib ki, qəzaya uğrayan Su-57 qırıcısı Müdafiə Nazirliyinə məxsus olmayıb və mülki təyyarəçi tərəfindən sınaqdan keçirilirdi. Həmin mənbə bu həftə Rusiya Müdafiə Nazirliyi üçün ilk seriya istehsal Su-57 qırıcısının təhvil veriləcəyini açıqlayıb.

Virtualaz.org

Xəbərlər