1news.az

Sevgi, hörmət və bərabərlik naminə  – VİDEO

8 Yanvar saat 09:52 ~ 1 dəqiqəlik oxu 605
Sevgi, hörmət və bərabərlik naminə  – VİDEO

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı fiziki məhdudiyyətli şəxslərlə bağlı ölkənin ilk sosial çarxını hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirib ki, 2018-ci ilin ilk günlərində sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltməkdir:

“ƏSA Teatrı olaraq qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək olmalı, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir”.

Qeyd edək ki, təkcə Azərbaycanın deyil, bütün regionun ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı 2016-cı ilin sentyabr ayının 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən müstəqil şəkildə təsis olunub.  19 dekabr 2017-ci ildə ƏSA  sayca üçüncü tamaşasını təqdim edib. ABŞ yazıçısı Con Steynbekin eyniadlı  povesti əsasında hazırlanan ilin son tamaşası – “Adamlar və Siçanlar”  ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Leyla Əliyeva ƏSA Teatrının premyerasında – FOTO

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net