İDMAN


Ramil Şeydayev “Dinamo Moskva” klubuna transfer edilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna transfer edilib.

AZƏRTAC paytaxt təmsilçisinin saytına istinadla xəbər verir ki, R.Şeydayev Moskva təmsilçisinin heyətinə azad agent statusu ilə keçib. İyirmi üç yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.

R.Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti başa çatdığı üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada 18 oyunda 4 qol vurub.

“Dinamo” 2018-2019-cu il mövsümündə Rusiya çempionatında 33 xalla 12-ci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.