IT Team tərəfindən göndərildi | İyul 10, 0010

Ağdam Qəhrəmanları 5-ci hissə

Rövşən Şamil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, 1985-ci ildə orta məktəbi bitirərək BDU-nin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur.1985-87-ci illərdə hərbi xidmətdə olmuşdu.1992-ci ildə BDU-nun sonuncu kurs tələbəsi olan R.Hüseynov “Xocalı faciəsi” baş verdikdə bu dərdə dözə bilməyərək 20 nəfər tələbə dostları ilə tağım komandirliyi ixtisasına yiyələnmək üçün Ali Ümumqoşun komandirlər məktəbinə üz tutdular.”Bakılı tələbələr” adladırılan tağım Goranboy cəbhəsinə göndərildi, Rövşən Hüseynov komandir təyin edildi.Rövşən Hüseynov düşmənə qarşı keçirilən döyüşlərdə fədəkarcasına döyüşmüş düşmənin texnika və canlı qüvvələrini məhv etmişdi.11 may 1992-ci ildə qəhrəmancasına həlak olmuşdu.14 may diplom işinin müdafiəsi qəhrəman döyüşçüyə qismət olmadı.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 

Canpolad Yaqub oğlu Rzayev 05 sentyabr 1969-cu ildə Ağdam rayonunun Çuxurmərhələ kəndində anadan olmuş ,1985-ci ildə Əhmədavar kənd orta məktəbini bitirmişdir.Daha sonra Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.Erməni qəsbkarları növbəti dəfə torpaq iddiası ilə təcavüzə başlayarkən, Vətənin ağır günündə ilk özünmüdafiə dəstəsi yaradanlardan biri, sonralar “Qatır Məmməd” ləqəbi ilə məşhurlaçmış Yaqub Ələsgər oğlu Rzayev oldu.Yaqub kişinin ilk oğlu Canpolad Rzayevdə dəstəyə üzv oldu.Dəstənin üzvləri hünər meydanında öz sözlərini deyərək düşmənə ağır zərbələr endirir, itkilərə məruz qoyurdular.Bütün döyüşlərdə Yaqub və Canpolad Rzayevlərin öndə getməsi döyüşçülərə ruh yüksəkliyi verir, qələbəyə inamı artırırdılar.863 saylı hərbi hissə statusu verilmiş dəstə hər cür silah və texnika ilə təchiz olunurdu. 26 fevral , qanlı Xocalı facisəi günü Xocalılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atıldı.Həmin döyüşdə Canpolad Rzayev BRDM-indən açılan güllələrdən həlak olur.Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazmış Canpolad Rzayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür

Hidayət Eldar oğlu Rüstəmov 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş,səkkizillik məktəbi bitirdikdən sonra Ağdam rayon 50 saylı TPM –də sürücülük ixtisasına yiyələnmiş, idmanın sambo növü ilə məşğul olmuşdur.H.Rüstəmov 1988-90-cı illərdə hərbi xidmət çəkmiş və 1991-ci ilin iyununda Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılan post-patrul alayına işə düzəlmişdir.Vətən təəssübkeşliyini hər şeydən uca tutan Hidayət Rüstəmov ona tapşırılan hər bir tapşırığın öhdəsindən uğurla gəlir ,Martuni rayonunun Əmirallar, Kuropotkino, Muğanlı, Qaradağlı kəndlərində yaşayan həmyerlilərimizin erməni quduzluğundan qorunmasında şücaətlər göstərmişdi.Onun qorxmazlığına görə ona “Mirpaşa” ləqəbi də vermişdilər.Dekabr ayının 23-də baş verən döyüşdə tankdan atılmış mərmidən Hidayət Rüstəmov həlak olmuşdu.Vətən uğrunda xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.


Kateqoriyalar

%d bloqqer bunu bəyənir: