"Paşa Bank"ın bazar payı artıb

“PAŞA Bank” ASC-nin 2018-2020-ci illər ərzində aktivlər üzrə bazar payı 13 %-dən 17 %-ə çatıb.

“Report” xəbər verir ki, bunu bu gün keçirilən onlayn mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov qeyd edib.

T.Kazımovun sözlərinə görə, Bankın aktivləri 6 mlrd manatı ötüb: “Kredit portfelimiz 112 % artaraq 2,2 mlrd manata çatıb. Kredit portfelimizin 90 %-i real sektorun, 2 %-i dövlət sektorun və təxminən 3 %-i biznesin payına düşür. Kredit qoyuluşları üzrə bazarın 25 %-i bizim payımıza düşür".

Onun bildirdiyinə görə, kiçik və orta sahibkarlara verilən kreditlərin həcmi 600 % artıb, Bank müştərilərinin sayı isə 150-dən 800-ə yüksəlib.

"Ötən 3 il ərzində aktiv müştərilərimizin sayını 1 500-dən 8 900-dək artırmağa nail olmuşuq”, - T.Kazımov qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ən çox nöqsan KİVDF, QHT-lərə Dəstək Şurası və Aqrar Xidmətlər Agentliyində qeydə alınıb - SİYAHI

SONRAKI XƏBƏR

Qazi adı altında reketlik edənlər - VİDEO