15 
Mar
2019
14:53
25
579
13431
Virtual karabakh

Yeni Zelandiya məscidlərinə hücumlarda erməni izi - FOTO

Yeni Zelandiyada məscidlərdə ibadət edən müsəlmanları kütləvi şəkildə qətlə yetirmiş terrorçuların silahlarında erməni dilində yazı olub.

Terrorçulardan biri – 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar görmək olur.

Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib.  Xüsusilə bir avtomatın üzərində olan “Սարիղամիշի Ճակատամարտ” - “Sarıqamış döyüşü” yazısı diqqət çəkir.

Bu, Birinci Dünya Müharibəsi dövründə Türkiyə və Rusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri